İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə38/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   34   35   36   37   38   39   40   41   ...   121

 124 

möhkəmləndi.  Azərbaycan  həm  ikitərəfli  formatda,  həm  də 

beynəlxalq təşkilatlar çərçivəsində öz rolunu möhkəmləndirir. 

Bizim ölkəmiz dünyada çox böyük şöhrətə malikdir. Mənim 

bütün  dövlət  və  hökumət  başçıları  ilə,  beynəlxalq  təşkilatların 

rəhbərləri  ilə  keçirdiyim  görüşlərdə  bu,  açıq-aydın  görünür. 

Azərbaycan,  əlbəttə,  öz  prinsipiallığı  ilə,  öz  mövqeyi  ilə, 

müstəqil  siyasəti  ilə  və  etibarlılığı  ilə  2007-ci  ildə  böyük 

beynəlxalq  şöhrət  qazanmışdır.  Bir  sözlə,  mən  bu  sahədəki 

vəziyyəti  qənaətbəxş  hesab  edirəm.  Bu  da  çox  vacibdir.  Həm 

daxili,  həm  də  xarici  siyasət  bir  məqsədə  yönəldilibdir  ki, 

ölkəmiz daha da güclənsin. 

Bizim  üçün  ən  ağrılı,  ən  çətin  məsələ  Dağlıq  Qarabağ 

problemidir.  Bunun  həll  olunmaması,  əlbəttə,  bizi  çox  narahat 

edir.  Biz  çalışırıq  ki,  məsələni  sülh  yolu  ilə  həll  edək.  Amma 

görürük  ki,  buna  nail  olmaq  hələ  ki,  mümkün  deyildir.  Səbəb 

nədir?!  Ermənistanın  qeyri-konstruktiv  mövqeyi  və  dünya 

ictimaiyyətinin  bu  məsələyə  biganə  yanaşması.  Biz  hər  şeyi 

açıq  deməliyik.  Bütün  dünya  etiraf  edir,  bəyan  edir  və  bütün 

ikitərəfli  və  beynəlxalq  görüşlərdə,  rəsmi  sənədlərdə 

Azərbaycanın  ərazi  bütövlüyü  dəstəklənir,  tanınır  və  müdafiə 

olunur. Biz hər yerdə eşidirik ki, siz haqlısınız, sizin torpağınız 

işğal olunubdur və ədalət sizin tərəfinizdədir. Ancaq deməliyəm 

ki, belə şifahi, yaxud da sənədləşdirilmiş beynəlxalq dəstək real 

nəticələrə  çevrilmir.  Real  nəticə  yoxdur.  Biz,  tutaq  ki,  hansısa 

diplomatik  uğurlardan  haqlı  olaraq  məmnun  ola  bilərik.  Çünki 

hər  bir  beynəlxalq  sənəd  bizim  mövqeyimizi  gücləndirir  və 

Azərbaycan  üçün  bütün  yolları  daha  da  açıq  edir.  Artıq  bütün 

dünya  etiraf  edib  ki,  bizim  torpaqlarımız  işğalçı  Ermənistan 

tərəfindən zəbt edilib, azərbaycanlılar etnik təmizləməyə məruz 

qalmışlar. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb və 

Ermənistan  vandalizm  siyasəti  aparmışdır.  Bizim  bütün  tarixi 

abidələrimizi  yerlə  yeksan  etmişdir.  Yəni  bütün  bu beynəlxalq 

etiraf həm danışıqlar prosesində, həm də danışıqlardan kənarda 

məsələnin həlli üçün yolların açılmasında bizə lazımdır. Ancaq 

yenə də deyirəm ki, hələlik biz nəticə görmürük. Deyə bilərəm 




 

125 


ki,  2008-ci  il  bu baxımdan  həlledici il olmalıdır.  Artıq  2008-ci 

ildə açıq görəcəyik ki, biz haradayıq, məsələnin həlli sülh yolu 

ilə  mümkündür,  yoxsa  yox.  Əlbəttə  ki,  ondan  sonra  öz 

qərarlarımızı verəcəyik. 

Danışıqlar  zamanı  müzakirə  olunan  məsələlər  ictimaiyyətə 

artıq  bəllidir.  Azərbaycan  ictimaiyyəti  bunu  bilir.  Mən  çox 

şadam  ki,  bizim  prinsipial  mövqeyimiz  xalq  tərəfindən 

dəstəklənir.  Azərbaycan  öz  ərazi  bütövlüyünü  heç  vaxt  müza-

kirə  etməyib  və  etməyəcəkdir.  Dağlıq  Qarabağın  müstəqilliyi, 

ya hansısa formada gələcək müstəqilliyi, 10 ildən, 15 ildən, 100 

ildən sonra müstəqilliyi müzakirə predmeti deyil və olmayıbdır. 

Bəzi  hallarda  Ermənistan  rəhbərliyi  tərəfindən  daxili 

auditoriyaya  ünvanlanmış  qeyri-ciddi  və  yalan  məlumatlar 

verilir.  Onların  heç  bir  əsası  yoxdur.  Danışıqların  mahiyyəti 

Azərbaycanın 

bütün 


işğal 

olunmuş 


torpaqlarının 

boşaldılmasıdır,  o  cümlədən  Dağlıq  Qarabağa  Azərbaycan 

vətəndaşlarının  qayıtmasıdır.  Danışıqların  mahiyyəti  budur. 

Ağdam,  Füzuli,  Zəngilan,  Cəbrayıl,  Qubadlı,  Kəlbəcər,  Laçın 

rayonlarının boşaldılmasıdır. 

Mən  bunu,  bütün  rayonların  adlarını  xüsusilə  sadaladım  ki, 

sabah  Ermənistanda  öz  siyasi  məqsədləri  üçün  hesablanmış 

yanlış  bəyanatlar  verməsinlər.  Bütün  bu  rayonlardan  erməni 

işğalçı  qüvvələrinin çıxarılması,  o  cümlədən  Dağlıq Qarabağa, 

Şuşaya  azərbaycanlı  köçkünlərin  qayıtması  danışıqların  əsas 

mahiyyətidir. Bu reallıqdır. Əlbəttə, bu bizə ümidlər verir. Belə 

formatda  danışıqların  aparılması  bizə  ümidlər  verir.  Ümidlər 

bizə  hələ  ki,  danışıqlara  sadiq  olmaq  üçün  bir  dəstək  verir. 

Ancaq bu ümidlər bir vaxt tükənə bilər. Əgər biz bundan sonra 

da  görsək  ki,  Ermənistan  tərəfi  qeyri-səmimidir  –  halbuki  biz 

bunu  bu  vaxta  qədər  də  dəfələrlə  görmüşük  –  öz  sözünə  əməl 

etmir,  əvvəlcə  razılaşdırılmış  prinsiplərdən  geri  çəkilir, 

beynəlxalq  vasitəçiləri  aldatmaq  istəyir,  ictimai  rəyi  çaşdırmaq 

istəyir,  danışıqlar  masasında  bir  söz,  rəsmi  bəyanatlarda  başqa 

söz  deyir,  onda  qeyri-ciddi  tərəflə  danışıqların aparılmasına  heç 

bir ehtiyac qalmır. 



 126 

Biz  reallığa  və  beynəlxalq  hüquqa  əsaslanmalıyıq.  Beynəl-

xalq hüquq bizim tərəfimizdədir. Bütün dünya, Dağlıq Qarabağ 

daxil  olmaq  şərtilə,  Azərbaycanın  ərazi  bütövlüyünü  tanıyır. 

Birləşmiş  Millətlər  Təşkilatı,  Ermənistan  istisna  olmaq  şərtilə, 

bütün  ölkələr,  Minsk  qrupunun  həmsədrləri  –  Amerika,  Fransa, 

Rusiya  Azərbaycanın  ərazi  bütövlüyünü  və  Dağlıq  Qarabağın 

Azərbaycan torpağı olduğunu qəbul edir. 

İqtisadi  üstünlük  bizim  tərəfimizdədir.  Bunu  heç  şərh  et-

məyə  də  dəyməz.  Sadəcə  olaraq,  biz  gərək  Azərbaycan  və 

Ermənistan  iqtisadiyyatının  həcminə  baxaq  və  müqayisə  edək. 

Bizim iqtisadiyyatımız 2007-ci ilin nəticələrinə görə, təxminən 

30  milyard  dollardır.  Ermənistanın  iqtisadiyyatı  –  mən  dəqiq 

bilmirəm  –  haradasa  6-7  milyarddır.  Gələcəkdə  bu  böyük 

uçurum daha da genişlənəcəkdir. 

İndi  biz  bilirik  ki,  gələn  il  neftin  satışından,  təbii  qazın 

satışından,  iqtisadi  inkişafdan,  sənayenin  inkişafından  hansı 

maliyyə  resurslarını  əldə  edəcəyik.  Biz  bütün  yolları  açırıq, 

tranzit  ölkəyə  çevrilirik.  Biz  enerji  baxımından  dünya  üçün, 

Avropa üçün əvəzolunmaz ölkəyə çevrilirik. Ermənistan dünya 

birliyinə  nə  töhfə  verə  bilər?  Heç  nə!  Nə  siyasi  baxımdan,  nə 

iqtisadi  baxımdan,  nə  nəqliyyat  baxımından.  Bütün  başqa 

millətləri  oradan  qovub  qapalı  bir  hərbiləşdirilmiş  rejim, 

antidemokratik rejim şəraitində yaşayan mono dövlətdir. Dağlıq 

Qarabağda  kriminal  quldur  dəstəsi  bölgəni  zəbt  edib  və  orada 

hərbi  kriminal  rejim,  qeyri-qanuni  rejim  hökm  sürür.  Ora  heç 

bir beynəlxalq monitorinqin keçirilmədiyi bölgədir və heç kim 

bilmir  ki,  orada  nə  baş  verir,  hansı  silahlar  saxlanılır,  hansı 

terrorist  qüvvələr  saxlanılır,  narkotiklər  necə  yetişdirilir.  Heç 

kim bilmir. Bu, Avropanın içində bir qara ləkədir. 

İqtisadi-siyasi  baxımdan  bizim  üstünlüyümüz  göz  qaba-

ğındadır. Biz bu üstünlükdən istifadə edirik və bundan sonra da 

edəcəyik.  Ermənistanı  bütün  regional  layihələrdən  təcrid 

etmişik.  Biz  bunu  etmişik.  Baxmayaraq  ki,  kimsə  bizi  tənqid 

edir, kimsə tənqid etmir. Mən buna əhəmiyyət vermirəm. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə