İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə41/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   37   38   39   40   41   42   43   44   ...   121

 

133 


böyük rəqəmdir. Düzdür, əhalinin pul gəlirləri 38 faiz artmışdır 

və  beləliklə,  real  gəlirlər  22  faiz  səviyyəsindədir  və  bu  çox 

böyük  rəqəmdir,  göstəricidir.  Amma  bununla  bərabər,  onu  da 

bilməliyik  ki,  əhalinin  pul  gəlirləri  bərabər  şəkildə  bölünmür. 

Yəni  kasıb  təbəqə  var  –  16  faiz.  Düzdür,  biz  bunu  xeyli  aşağı 

salmışıq.  Amma  yenə  də  vətəndaşlarımızın  16  faizi  yoxsulluq 

şəraitində yaşayır və onlar üçün bu məhsulların, xüsusilə ərzaq 

məhsullarının  bahalaşması  çox  böyük  problemlər  yaradır.  Biz 

2008-ci ildə makroiqtisadi vəziyyəti sabit saxlamalıyıq. Burada 

çıxışlarda səsləndi, əlbəttə ki, həm obyektiv, həm də subyektiv 

amillər  mövcuddur.  Dünyada  neftin  qiymətinin  kəskin  şəkildə 

bahalaşması  bütün  idxal  edilən  malların  bahalaşmasına  gətirib 

çıxarıbdır. Bizim hələ ki, istehlak bazarımız daha çox idxaldan 

asılıdır və Azərbaycanda həyata keçirilən həm  regional inkişaf 

proqramı,  həm  sənayeləşmə  proqramı,  həm  də  sahibkarlığın 

inkişafı proqramı o məqsədi güdür ki, Azərbaycan idxaldan öz 

asılılığını maksimum dərəcədə azalda bilsin. Biz buna tədricən 

nail oluruq. Amma hələ ki, ərzaq mallarının bir hissəsi xaricdən 

gətirilir.  Xaricdə  də  qiymətlər  Azərbaycanda  olan  səviyyədə 

qalxır. 


2007-ci  ildə  dünyada  taxılın  qiyməti  50  faiz  qalxmışdır  və 

bu,  istər-istəməz  bütün  başqa  sahələrə  də  öz  mənfi  təsirini 

göstərir. Əlbəttə, inflyasiyanı yaradan obyektiv səbəblərdən biri 

də Azərbaycanda əhalinin pul gəlirlərinin artmasıdır, maaşların, 

pensiyaların  qaldırılmasıdır.  Yəni,  ümumiyyətlə,  iqtisadi  inki-

şafın  əlamətidir.  Ancaq  subyektiv  səbəblər  də  var.  Məhz 

subyektiv səbəblərin aradan qaldırılmasına biz gərək böyük səy 

göstərək.  Sağlam  rəqabət  prinsipi  tam  bərqərar  olunmalıdır, 

inhisarçılıq  meyilləri  aradan  qaldırılmalıdır.  Bizim  bazarımız 

tam  liberallaşmalıdır,  rəqabət  getməlidir.  İmkan  verməməliyik 

ki, nə idxalda, nə də daxili istehsalda inhisarçılıq yaransın. Ona 

görə  mən ümid edirəm ki, həm  makroiqtisadi, həm də inzibati 

tədbirlər  nəticəsində  2008-ci  ildə  inflyasiya  normal  çərçivədə 

olacaqdır. 




 134 

Deyə  bilərəm  ki,  bundan  başqa,  bizim  iqtisadi  və  makro-

iqtisadi sahədə böyük ciddi problemlərimiz yoxdur. Əksinə, biz 

2007-ci  ili  çox  yaxşı  nəticələrlə  başa  vurduq.  Bizim  valyuta 

ehtiyatlarımız 7 milyard ABŞ dollarını ötüb keçmişdir. 2008-ci 

ildə  xəzinəmizə  çox  böyük  həcmdə  valyuta  ehtiyatları  daxil 

olacaqdır.  Beləliklə,  Azərbaycanın  dayanıqlı  inkişafı  bundan 

sonra da uzun illər təmin ediləcəkdir. Nəzərə alsaq ki, dünyada 

neftin  qiyməti  qalxıb  və  bildiyiniz  kimi,  Dünya  Bankının 

verdiyi bəyanatlara görə, Azərbaycan neftin satışından 2020-ci 

ilə  qədər  200  milyard  dollar  vəsait  toplayacaqdır.  Əlbəttə  ki, 

neftin qiyməti artdıqca, bu rəqəm də artacaqdır. Biz buna hazır 

olmalıyıq  və  elə  etməliyik  ki,  bunun  makroiqtisadi  vəziyyətə 

mənfi təsiri minimum səviyyədə olsun. 

Eyni  zamanda,  biz  artıq  bundan  sonra,  gələcəkdə  heç  bir 

maliyyə sıxıntısı keçirməyəcəyik. Biz sadəcə olaraq, öz  maliyyə 

imkanlarımızdan  ağıllı  istifadə  etməliyik,  onları  lazım  olan 

yerlərə  yönəltməliyik.  Elə  etməliyik  ki,  qısa  müddət  ərzində  bu 

məbləğlər, ölkəmizə gələn maliyyə resursları ölkəmizin hərtərəfli 

inkişafına xidmət göstərsin. Ölkəmiz müasirləşsin, modernləşsin, 

ən  qabaqcıl  texnologiyalar  Azərbaycana  gətirilsin.  Bütün 

sahələrdə – istər tikinti, istərsə də səhiyyə, təhsil, infrastruktur – 

ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilməlidir. Biz bunu 

görürük. Azərbaycanda son illər ərzində, xüsusilə dövlət xətti ilə 

yaradılan  müəssisələr,  həyata  keçirilən  infrastruktur  layihələri, 

tikilən obyektlər dünyanın ən yüksək standartlarına cavab verir. 

Qeyri-neft sektoruna yenə diqqət göstərməliyik. 2008-ci ildə 

qeyri-neft  sektorunun  inkişafı  bizim  üçün  çox  vacibdir. 

Beləliklə,  bizim  iqtisadiyyatımız  neft  amilindən  asılı  olmaya-

caqdır. Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi 

imkanlarımızın  neft  amilindən  asılılığını  tamamilə  aradan 

qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun 

inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də 

özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir. 

Bildiyiniz kimi, biz bir neçə il ərzində sahibkarlara güzəştli 

kreditlər  veririk,  bu  kreditlər  də  yaxşı  işləyir.  Bu  kreditlərin 




 

135 


hesabına  yeni  müəssisələr  –  fabriklər,  emal  müəssisələri 

yaradılır,  özəl  biznes  inkişaf  edir.  İqtisadiyyatımızın  ümumi 

çəkisində  özəl  biznesin  kifayət  qədər  böyük  yeri  var. 

Azərbaycan  iqtisadiyyatı  80  faizdən  yuxarı  özəl  sektorun 

əsasında qurulubdur. 

Mən  artıq  qeyd  etdim,  regional  inkişaf  proqramının  başa 

çatması gözlənilir və artıq hökumətə tapşırıqlar verilibdir, ondan 

sonra  2009–2013-cü  illər  üçün  yeni  regional  inkişaf  proqramı 

hazırlanmalıdır.  O  proqramda  bu  vaxta  qədər  həll  olunmamış 

bütün  məsələlər  öz  əksini  tapmalıdır.  Beləliklə,  2013-cü  ilə 

qədər,  əminəm  ki,  bundan  da  tez  biz  ölkədə  bütün  infrastruktur 

layihələrini  başa  çatdırmalıyıq,  bütün  sosial  məsələləri  həll 

etməliyik  və  hər  bir  kəndin  problemi  öz  həllini  tapmalıdır.  Bir 

sözlə,  biz  bu  imkanlardan,  artan  maliyyə  imkanlarımızdan 

səmərəli istifadə etməliyik və edəcəyik. 

Azərbaycan  Dövlət  İnvestisiya  Şirkətinin  fəaliyyətinin  güc-

lənməsi  də,  əminəm  ki,  müsbət  nəticələrə  gətirib  çıxaracaqdır. 

Bir  müddət  bundan  əvvəl  Dövlət  İnvestisiya  Şirkəti 

yaradılmışdır.  Müəyyən  danışıqlar  aparılır,  amma  hələlik  heç 

bir  nəticə  yoxdur.  Baxmayaraq  ki,  iki  ildən  artıqdır  hər  il 

büdcədə  bu  məqsədlər  üçün  100  milyon  dollar  vəsait  nəzərdə 

tutulur.  Biz  Dövlət  İnvestisiya  Şirkətini  məhz  bu  məqsədlə 

yaratdıq  ki,  Azərbaycan  üçün  lazım  olan  sahələrə  xaricdən 

investisiyaları cəlb etsin, özü investor kimi orada iştirak etsin və 

müəssisələr  yaradıldıqdan,  işə  başladıqdan  sonra  Dövlət 

İnvestisiya Şirkəti öz payını açıq hərraca çıxarsın və beləliklə, 

özəl  sektora  dəstək  versin.  Çünki  Azərbaycana  qoyulan 

investisiyalar,  xüsusilə  özəl  sektor  tərəfindən  qoyulan 

investisiyalar özəl sektorun marağında olan sahələrə yönəldilir. 

Bəzi  hallarda  dövlət  üçün  əhəmiyyətli  olan  sahələr  investisiya 

almır. Çünki özəl sektor buna maraqlı deyil. Dövlət İnvestisiya 

Şirkətinin  əsas  məqsədi  ondan  ibarətdir  ki,  bizim  üçün,  dövlət 

üçün  lazım  olan  sahələrə  vəsait  cəlb  edək.  Mən  əminəm  ki, 

2008-ci ildə bu şirkətin fəaliyyəti daha da uğurlu olacaqdır. 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə