İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə44/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   40   41   42   43   44   45   46   47   ...   121

 142 

zavodlarımız  işləyir.  Sən  də  direktor  olmusan,  yaxşı  bilirsən. 

Amma  onlar  hələ  ki,  tam,  yəni  dünya  səviyyəsində  məhsul 

buraxmır.  Baxmayaraq  ki  yenidənqurma  işləri  aparılıb  və  bəzi 

məhsullar dünya səviyyəsinə çatdırılıbdır. Amma onlar çoxdan 

tikilib, ekoloji cəhətdən havanı korlayır. 

Azərbaycanda  yeni,  müasir  neft  kimyası  kompleksi  tikil-

məlidir.  Beləliklə,  biz  həm  neftimizi,  həm  də  qazımızı  daha 

səmərəli  şəkildə  emal  edib  dünya  bazarlarına  çatdıracağıq.  Bu 

həm məşğulluqdur, iş yerləridir, həm sənaye potensialıdır, həm 

də yenilikdir, müasirlikdir. Bilirsiniz ki, Avropada indi meyarlar 

çox  güclənib,  çox  sərtləşibdir.  Bizdə  istehsal  olunan  dizel 

yanacağı,  yaxud  da  kerosin  ilə  gələcəkdə  dünya  bazarına 

çıxmaq mümkün olmayacaqdır. Belə olsa, biz yalnız xam nefti 

satacağıq.  O  da  bir  yoldur,  amma  mən  hesab  etmirəm  ki,  bu 

bizim  üçün  əsas  yoldur.  Xam  neft  öz  yerində,  amma  biz  neft 

məhsulları  bazarını  da  itirməməliyik.  Nəzərə  alın  ki,  indi  biz 

müxtəlif  ölkələrdə  –  həm  qonşu  ölkələrdə,  həm  də  Avropada 

neft məhsullarının satışı ilə də məşğul olmaq istəyirik. Ona görə 

2008-ci  ildə  bu  sahədə  konkret  tədbirləri  hazırlayın  və  məruzə 

edərsiniz. 

Bir  sözlə,  sənaye  potensialının  artımı  bizim  prioritet 

məsələmiz olmalıdır. 2008-ci ildə başqa sahələrdə də işlər qəbul 

edilmiş  proqramlar  əsasında  gedəcəkdir.  Nəqliyyat  sektorunda 

həm magistral yollar, həm Bakının yolları, həm də körpülər, yol 

qovşaqları  –  bütün  bunlar  proqramda  var.  Biz  onu  Dövlət 

İnvestisiya Proqramına da salacağıq. Elə etməliyik ki, bütün yol 

infrastrukturu  ən  yüksək  səviyyədə  olsun,  dünya  standartlarına 

cavab  versin.  Həm  mövcud  yolları  yenidən  qurmalı,  həm  də 

mövcud  olmayan,  yeni  şəhərlərarası  yollar  salmalıyıq  ki,  yol 

hərəkəti daha da rahat olsun. 

2008-ci  ildə  də  ekologiya  məsələlərinə  diqqət  göstəriləcək, 

vəsait ayrılacaqdır. Biz böyük ekoloji proqram qəbul etdik. O, 

artıq  icra  olunmağa  başlamışdır.  Mən  görürəm,  artıq  Bibi-

heybətdə  birinci  işlərə  başlanmışdır.  Mən  o  məsələni  Dövlət 

Neft  Şirkətinin  qarşısında  qoydum  ki,  Bibiheybət  buxtasını  və 




 

143 


orada olan çirklənmiş bütün əraziləri siz təmizləməlisiniz. Onlar 

da mənə söz vermişdilər ki, oranı gözəl bir parka çevirəcəklər. 

Elədir? 

R ö v n ə q   A b d u l l a y e v: Bəli, cənab Prezident. May 

ayınadək bu məsələ həll ediləcək. 



İ l h a m   Ə l i y e v: Ora Bakının neftlə çirklənmiş əsas 

yerlərindəndir.  Həm  görüntü  baxımından,  həm  də  ekologiya 

baxımından  çox  mənfi  təsiri  olan  bir  yerdir.  Amma  tarixi  bir 

yerdir.  Azərbaycanın  neft  tarixi  həm  də  oradan  başlanmışdır. 

Ona  görə  biz  o  yeri  abadlaşdırmalıyıq,  orada  gözəl  parklar 

salınacaqdır.  İndi  belə  bərbad  vəziyyətdə  olan  yerləri  biz 

yüksək səviyyəyə çatdıracağıq. 

Əlbəttə,  ekologiya  proqramı  bunlarla  bitmir.  Neft  Şirkəti 

vaxtilə neft sənayesinin fəaliyyəti nəticəsində çirklənmiş yerləri 

təmizləməlidir.  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  də  öz 

vəzifələrini  bilir.  Bu  yaxınlarda  içməli  su  baxımından  ən  pis 

vəziyyətdə  olan  kəndlərə  suyun  verilməsinə  başlanmışdır.  50 

kəndə su verilir. 

H ü s e y n q u l u   B a ğ ı r o v: Bəli, havaların soyuması 

Salyanda,  Neftçalada  və  başqa  rayonlarda  buna  mane  olur. 

Amma 50 kənddə işlər başa çatdırılmışdır. 

İ l h a m   Ə l i y e v: Sonrakı mərhələdə əlavə kəndlər nə-

zərdə tutulmalıdır. 



H ü s e y n q u l u   B a ğ ı r o v: Bəli, əlavə kəndlər üçün 

proqram  hazırdır.  Ümumiyyətlə,  Azərbaycanda  450  min  əhali-

nin  su  problemi  var.  Yəni  su  var,  sadəcə,  onun  keyfiyyət 

problemi var. 

Sizin  tapşırığınızla  həmin  suların  keyfiyyətinin  yaxşılaş-

dırılması ilə bağlı proqram hazırlanıb başa çatdırılmışdır və qısa 

müddətdə  Sizə  təqdim  ediləcəkdir.  Bununla  da  Azərbaycanda 

keyfiyyətsiz su içən insan olmayacaqdır. 



İ l h a m   Ə l i y e v: Çox yaxşı, biz buna nail olmalıyıq. 

Çünki  su  həyatdır,  sağlamlıqdır.  Su  insanların  fiziki  gücüdür, 

insan orqanizmi üçün əsasdır. Biz elə etməliyik ki, Azərbaycan 

vətəndaşları  təmiz  su  içsinlər.  İndi  Oğuz–Qəbələ–Bakı  su 




 144 

kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da 

uzun  illər  ərzində  müzakirə  olunmuşdu,  hətta  Sovet  İttifaqı 

zamanı  müzakirə  edilmişdi.  Müxtəlif  fərziyyələr  var  idi:  su 

ehtiyatları  var,  yoxdur,  bunun  qiyməti  nə  qədər  olacaq,  necə 

olacaq,  maliyyə  haradan  olacaq.  Biz  özümüz  etdik.  Kredit 

istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa 

müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz 

qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il 

istismara  veriləcək  və  Bakı  əhalisi  təmiz  içməli  su  ilə  təmin 

olunacaqdır.  Yenə  də  deyirəm,  bu  mənim  üçün  Bakı–Tbilisi–

Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi 

xarakter daşıyır. Biz neft kəmərini tikdik və neftdən, o kəmərin 

fəaliyyətindən  əldə  olunan  gəlirlə  su  kəməri  də  çəkdik.  Azər-

baycan  nefti  Azərbaycan  xalqına  xidmət  edir.  İnsanların 

sağlamlığına xidmət edir. Ölkəmizin inkişafına xidmət edir. 

Bütün bunları bir daha təhlil edəndə görürük ki, 90-cı illərin 

o ağır şəraitində «Əsrin müqaviləsi»nin imzalanması ulu öndər 

Heydər Əliyevin nə qədər cəsarətli və müdrik addımı olmuşdur. 

Əgər  o  vaxt  bu  müqavilə  imzalanmasaydı,  mən  açıq  deyirəm, 

bunların  heç  biri  bu  gün  olmazdı  və  ümumiyyətlə,  təsəvvür 

etmək  çətindir  ki,  Azərbaycanın  indiki  vəziyyəti  necə  ola 

bilərdi. Bu bizə imkan verdi, bizim qollarımızı açdı. Biz sərbəst 

inkişaf  edirik,  müstəqil  ölkə  kimi  inkişaf  edirik.  Heç  kimdən 

asılı  deyilik.  Öz  taleyimizi  özümüz  həll  edirik  və  uğurla  həll 

edirik. Müstəqil ölkə kimi və uğurlu ölkə kimi, biz sübut etdik 

ki,  Azərbaycan  xalqı  müstəqil  xalq  kimi  yaşaya  bilər, 

Azərbaycan xalqı müstəqil dövlət qura bilər, bu dövləti qoruya, 

möhkəmləndirə bilər. Bu dövlət möhkəm dövlətdir və yerləşdiyi 

bölgədə  öz  təsir  imkanlarını  genişləndirir.  Bu,  hər  bir 

vətənpərvər insanda qürur hissi oyadır. Mən çox şadam ki, biz, 

Azərbaycan  xalqı  qısa  bir  tarixi  müddət  ərzində  güclü  dövlət 

qurmuşuq. 

Mən  burada  səslənən  bir  məsələ  barədə  də  öz  fikrimi 

bildirmək  istəyirəm.  Füzuli  Ələkbərovun  çıxışında  xaricdən 

gələn miqrantlarla bağlı məsələlər səsləndi. Yadınızdadırsa, bu 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə