İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə52/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   48   49   50   51   52   53   54   55   ...   121

 

171 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

AĞCABƏDİ ŞƏHƏRİNƏ TƏBİİ QAZIN 

VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQİ 

 

17 yanvar 2008-ci il 

 

Əziz ağcabədililər! 



Əziz bacılar və qardaşlar! 

Mən  sizin  hamınızı  ürəkdən  salamlayıram.  Bu  gün 

Ağcabədi rayonunun həyatında çox əlamətdar bir gündür. Uzun 

fasilədən sonra Ağcabədiyə təbii qazın verilməsi təmin olundu 

və bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm. 

Bu  doğrudan  da  çox  önəmli  hadisədir.  Bu  hadisə  Azərbay-

canın  ümumi  gücünü  göstərir.  Qısa  müddət  ərzində  50 

kilometrdən  çox  qaz  xətti  çəkilibdir  və  Ağcabədiyə  qazın 

verilməsi bərpa olunubdur. Bütün bunlar Azərbaycanda son illər 

aparılan əsaslı iqtisadi islahatlar nəticəsində baş verir. Hamımız 

yaxşı  xatırlayırıq  ki,  Azərbaycan  müstəqilliyini  bərpa  edəndə 

hansı  vəziyyətdə  idi.  Bizim  ölkəmizdə  gedən  xoşagəlməz 

proseslər, həm siyasi, həm də iqtisadi sahədə yaşanan böhranlar 

ölkəmizin  gələcək  müstəqil  həyatını  şübhə  altında  qoymuşdu. 

Azərbaycanın  gələcəyi  aydın  deyildi  ki,  biz  hansı  ölkəyə 

çevriləcəyik,  müstəqilliyimizi  necə  qoruyacağıq,  ərazi 

bütövlüyümüzü necə bərpa edəcəyik, Azərbaycanın maraqlarını 

necə təmin edəcəyik. Bütün bunlar Azərbaycan xalqını o illərdə 

çox  dərindən  düşündürürdü  və  biz  hamımız  narahat  idik. 

Hamımız  istəyirdik  ki,  Azərbaycan  o  çətin  günlərdən  çıxsın, 

böhrandan çıxsın və inkişaf dövrünə başlasın. 

Belə  də  oldu.  Xalqın  istəyi  və  dəvəti  ilə  ulu  öndər  Heydər 

Əliyevin  1993-cü  ildə  siyasi  rəhbərliyə  qayıdışından  sonra 

Azərbaycan  inkişaf  dövrünü  yaşamağa  başlamışdır.  Bütün 

xoşagəlməz  hadisələr,  hallar  geridə  qaldı,  Azərbaycanda 



 172 

böhranın  nəticələri  aradan  qaldırıldı,  tənəzzülün  nəticələri 

aradan  qaldırıldı  və  ölkə  yavaş-yavaş  inkişaf  etməyə  başladı.  

Ölkədə sabitlik təmin olundu, ictimai-siyasi asayiş bərpa edildi. 

İqtisadi  islahatlar  başlandı,  siyasi  sistemin  təkmilləşdirilməsi 

işində  böyük  addımlar  atılmağa  başlandı.  Azərbaycan  dünya 

birliyinə  inteqrasiya  siyasətini  uğurla  başladı  və  bu  gün  bu 

siyasət davam etdirilir. 

Bir  sözlə,  müstəqil  dövlət  quruculuğu  prosesi  uğurla 

başlanmışdı və bu gün davam etdirilir. Son illər ərzində görülən 

bütün  işlər  məhz  o  illərdən  başlayır.  Azərbaycanın  dirçəlişi, 

müstəqil  dövlət  kimi  formalaşması  və  dövlətçiliyin 

möhkəmlənməsi  o  illərdən  başlayır.  Bu  gün  isə  o  siyasət,  ulu 

öndər  Heydər  Əliyevin  siyasəti  Azərbaycanda  uğurla  davam 

etdirilir.  İqtisadi  islahatlar  davam  etdirilir,  bölgələrdə  inkişaf 

gedir,  Azərbaycan  dünya  müstəvisində  özünə  layiq  yerini  tuta 

bilibdir. Ölkəmizin beynəlxalq şöhrəti artır və Azərbaycan indi 

o  ölkədir  ki,  onunla  hesablaşırlar,  Azərbaycanın  maraqları 

nəzərə alınır. Bölgədə bizim ölkəmizin iştirakı olmadan heç bir 

layihə,  heç  bir  ciddi  hadisə  baş  vermir  və  gələcəkdə  bizim 

mövqelərimiz  yalnız  və  yalnız  möhkəmlənəcəkdir.  Bütün 

bunlar  onu  göstərir  ki,  biz  müstəqil  dövlət  kimi,  artıq 

formalaşdıq,  müstəqilliyimiz  möhkəmdir.  Bu  müstəqillik,  o 

cümlədən ondan ibarətdir ki, biz müstəqil siyasət aparırıq və bu 

siyasət  Azərbaycan  xalqının  maraqlarına  cavab  verir.  Ən  əsası 

Azərbaycan  xalqının  maraqları,  Azərbaycan  vətəndaşlarının 

rahat, normal yaşamasıdır. 

Bu  gün  Ağcabədiyə  təbii  qazın  verilməsi  də  çox  rəmzi 

xarakter  daşıyır.  Azərbaycanın,  demək  olar  ki,  artıq  bütün 

bölgələri qazla təmin olunur, bir neçə rayon qalıbdır. Oraya da 

qazın  verilməsi,  ümid  edirəm  ki,  bu  il  ərzində  təmin 

olunacaqdır. Beyləqan, Ağdam və Füzuli rayonlarına təbii qazın 

verilməsi  layihələri  işlənilir.  O  rayonlara  qazın  verilməsi  ilə 

Azərbaycanın bütün rayonları qazla təmin olunacaqdır. 

Bu,  bir  tərəfdən,  bizim  iqtisadi  gücümüzü  göstərir,  digər 

tərəfdən,  Azərbaycanın  son  illər  ərzində  apardığı  uğurlu  neft 




 

173 


strategiyasının  təzahürüdür.  Ulu  öndər  tərəfindən  başlanmış 

Azərbaycanın  yeni  neft  strategiyası  bu  gün  ölkəmizi  iqtisadi 

cəhətdən  güclü  ölkəyə  çevirir.  Biz  iqtisadi  artım  baxımından 

üçüncü  ildir  ki,  dünyada  liderlik  mövqeyimizi  saxlamışıq  və 

şübhə  yoxdur  ki,  bu  il  də  bu  liderlik  mövqeyi  saxlanacaqdır. 

İqtisadi artım dinamikasına görə üç ildir ki, Azərbaycan bütün 

dünya  ölkələri  arasında  birinci  yerdədir.  Bu  yaxınlarda 

beynəlxalq  maliyyə  qurumları  tərəfindən  hazırlanmış  iqtisadi 

potensial reytinqində Azərbaycan dünya miqyasında 61-ci yeri 

tuta  bilmişdir  və  deyə  bilərəm  ki,  bütün  MDB  ölkələri  bizdən 

sonrakı sıralardadır. 

Bu  onu  göstərir  ki,  Azərbaycanın  inkişafı  hərtərəflidir, 

iqtisadi inkişaf çox güclüdür və bu bizə imkan verir ki, istənilən 

məsələni həll edək. Neft strategiyamız Azərbaycana həm böyük 

ümidlər  gətirib,  həm  də  qarşımızda  böyük  imkanlar  açıbdır. 

Bizim  ildən-ilə  artan  maliyyə  imkanlarımız,  dövlət  büdcə 

xərcləri  məhz  oradan  qaynaqlanır.  Əgər  1994-cü  ildə  «Əsrin 

müqaviləsi» imzalanmasaydı, əminəm ki, bu məsələlərin böyük 

əksəriyyətini həll etmək mümkün olmazdı. O zaman ulu öndər 

«Əsrin  müqaviləsi»ni  imzalamaqla  çox  böyük  cəsarət  və 

uzaqgörənlik göstərmiş və beynəlxalq neft ailəsini Azərbaycana 

dəvət etmişdi. Bu gün biz bunun bəhrəsini görürük. Azərbaycan 

çox böyük neft və eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilir. 

Deyə  bilərəm  ki,  dünya  miqyasında  və  bizim  bölgədə  böyük 

həcmdə həm neft, həm də qaz ixrac edən ölkələr çox deyildir. 

Biz  ilk  növbədə,  öz  tələbatımızı  ödəməliyik.  Bu  gün  yanan 

bu  məşəl  də  onun  əyani  nümunəsidir  ki,  biz  öz  tələbatımızı 

ödəyirik.  Baxmayaraq  ki,  bu  xətti  çəkmək  üçün  böyük  vəsait 

lazım  idi.  Böyük  texniki  çətinliklər  var  idi.  Uzunluğu  51 

kilometrdən çox olan kəmər çəkildi ki, Ağcabədiyə qaz verilsin. 

Özü  də  siz  yaxşı  bilirsiniz  ki,  bu  layihə  iqtisadi  maraq 

güdmür.Yəni buradan «Azəriqaz» böyük vəsait əldə etməyəcək, 

xüsusilə  də  ona  görə  ki,  ağsaqqalın  dediyi  kimi  –  mənim  son 

çıxışımda da bu məsələ səsləndi – hələ də Azərbaycanda yoxsul 

təbəqə  var  və  biz  bu  insanlara  böyük  diqqətlə  yanaşmalıyıq. 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə