İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə60/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   56   57   58   59   60   61   62   63   ...   121

 

199 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

İRANIN XARİCİ İŞLƏR NAZİRİ  

MƏNUÇEHR MUTTƏKİ İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda İran 

İslam  Respublikasının  Xarici  İşlər  naziri  Mənuçehr  Muttəkini 

qəbul etmişdir. 

Mənuçehr  Muttəki  öz  ölkəsinin  prezidenti  Mahmud  Əh-

mədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı. 

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı 

ilə bağlı fikir mübadiləsi aparıldı. 

Prezident  İlham  Əliyev  İran  prezidentinin  salamına  görə 

təşəkkür etdi və özünün də salamlarını ona çatdırmağı nazirdən 

xahiş etdi. 


 200 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  



ALBANİYA NAZİRLƏR ŞURASININ SƏDRİ  

SALİ BERİŞA İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  24-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda 

Albaniya Nazirlər Şurasının sədri Sali Berişa ilə görüşmüşdür. 

Görüşdə  ölkələrimiz  arasında  ikitərəfli  münasibətlər, 

əməkdaşlığın  inkişaf  etdirilməsi  perspektivləri  barədə  söhbət 

getdi,  qarşılıqlı  əlaqələrin  genişləndirilməsinin  zəruriliyi  vur-

ğulandı.  İslam  Konfransı  Təşkilatı  (İKT)  çərçivəsində  əmək-

daşlığın daha da sıxlaşdırılmasına böyük ehtiyac duyulduğu və 

bu  məsələyə  diqqət  yetirilməsinin  vacibliyi  bildirildi.  Görüşdə 

enerji  sahəsində  əməkdaşlıq  məsələləri  ətrafında  da  fikir 

mübadiləsi aparıldı. 

 

 




 

201 


 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

CƏNUBİ AFRİKA MİLLİ KONQRESİNİN  

SƏDRİ JAKOB ZUMA İLƏ GÖRÜŞÜ 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 

24 yanvar 2008-ci il 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

yanvarın 24-də Davosda  onun üçün ayrılmış iqamətgahda Cə-

nubi  Afrika  Milli  Konqresinin  sədri  Jakob  Zuma  ilə  görüş-

müşdür. 

Hər iki ölkənin bir-birinə maraq göstərdiyinin vurğulandığı 

görüşdə  Jakob  Zuma  Azərbaycanın  indiki  vəziyyəti,  ölkəmizdə 

gedən  proseslər  barədə  məlumat  almaq  arzusunda  olduğunu 

bildirdi. 

Prezident  İlham  Əliyev  ölkəmizin  bütün  sahələrdə  inkişafı, 

aparılan iqtisadi islahatlar, enerji təhlükəsizliyi sahəsində Azər-

baycanın rolu barədə söhbət açdı. 

Görüşdə  xüsusi  vurğulandı  ki,  hər  iki  ölkə  arasında  əmək-

daşlığın  inkişaf  etdirilməsi  üçün  ümumi  maraqlar  və  imkanlar 

var və bu sahədə səmərəli iş görmək lazımdır. 

Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında da 

fikir mübadiləsi aparıldı. 

 



 202 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

BÖYÜK BRİTANİYANIN «EUROMONEY 

İNSTİTUTİONAL İNVESTOR PLC» ŞİRKƏTİNİN 

SƏDRİ PADRAİK FALLON  

İLƏ GÖRÜŞÜ  

 

Davos, « Turmotel Viktoriya» iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  24-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda 

Böyük  Britaniyanın  «Euromoney  İnstitutional  İnvestor  PLC» 

şirkətinin sədri Padraik Fallonu qəbul etmişdir. 

Şirkətin  sədri  Azərbaycandakı  sərmayə  mühiti,  ölkəmizin 

iqtisadi  inkişafı,  neft  və  qeyri-neft  sektorlarında  gedən  pro-

seslərlə maraqlandı. 

Prezident  İlham  Əliyev  bu  məsələlər  barədə  ətraflı  söhbət 

açdı. 

Padraik  Fallon  şirkətin  gələcəkdə  Azərbaycana  xarici  sər-

mayənin  cəlb  olunmasına  öz  töhfəsini  verməkdən  məmnun 

olacağını bildirdi. 

 

 




 

203 


 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

«SİSKO» ŞİRKƏTİNİN SƏDRİ VƏ BAŞ İCRAÇI  

DİREKTORU CON ÇAMBERS  

İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  24-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda, 

«Turmotel  Viktoriya»  mehmanxanasında  «Sisko»  şirkətinin 

sədri və Baş icraçı direktoru Con Çambersi qəbul etmişdir. 

Görüşdə  son  zamanlar  dünyada  informasiya  texnologi-

yalarının  geniş  tətbiq  olunması,  Azərbaycanda  bu  sahənin 

inkişafına böyük diqqət yetirilməsi vurğulandı. 

Con  Çambers  Azərbaycanda  prezident  İlham  Əliyevin  iqtisa-

diyyatın  çoxşaxəliliyi  və  qeyri-neft  sektorunun  inkişafı  istiqa-

mətində  apardığı  siyasəti  yüksək  dəyərləndirdi,  bu  yolda  infor-

masiya texnologiyasının əsas rol oynadığını bildirdi. 

Söhbət  zamanı  Azərbaycanda  informasiya  texnologiyalarının 

digər sahələrə olan təsiri, son zamanlar ölkəmizin təhsil sistemində 

yüksək  texnologiyaların  tətbiqinə  böyük  üstünlük  verildiyi 

xatırladıldı.  Azərbaycan  hökuməti  ilə  «Sisko»  şirkəti  arasında 

müqavilənin  bağlanması  məsələsi  də  müzakirə  olundu,  bir  neçə 

yeni texnologiyanın Azərbaycanda tətbiqi, ölkəmizdə telekommuni-

kasiya şəbəkəsinin modernləşdirilməsi ilə bağlı «Sisko» şirkətinin 

təklifləri nəzərdən keçirildi. 

Prezident İlham Əliyev bu şirkətin Azərbaycanda fəaliyyətini 

yüksək  dəyərləndirdi.  Dövlətimizin  başçısı  dedi  ki,  Azərbaycan 

iqtisadiyyatının  transformasiyası  və  dayanıqlı  iqtisadiyyatın 

qurulması  üçün  informasiya  texnologiyalarının  roluna  böyük 

əhəmiyyət  verir  və  bu,  iqtisadi  siyasətimizin  prioritet 

istiqamətidir. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə