İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə57/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   53   54   55   56   57   58   59   60   ...   121

 186 

yüksəldilməsi,  vətənpərvərlik  ruhunda  tərbiyəsi  üçün mərkəzdə 

bütün şərait vardır. 

Prezidentə  məlumat  verildi  ki,  ailə  qurmuş  zabitlərin  və 

gizirlərin  hərbi  hissədə  yaşaması  üçün  xüsusi  mənzillər    tikil-

mişdir.  Ərazidə  yeni  yardımçı  binaların  inşasına  da  başla-

nılmışdır. 

 

 

 



 

 

 




 

187 


 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ VƏ 

ATƏT-in HAZIRKI SƏDRİNİN XÜSUSİ 

NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 



 

18 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın  18-də  Prezident  sarayında  ATƏT-in  Minsk  qrupunun 

həmsədrləri  Bernar  Fasyeni  (Fransa),  Yuri  Merzlyakovu 

(Rusiya),  Mətyu  Brayzəni  (ABŞ)  və  ATƏT-in  hazırkı  sədrinin 

xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul etmişdir. 

Görüşdə  Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  müna-

qişəsinin  həllinə  dair  aparılan  danışıqlarla  bağlı  məsələlər 

müzakirə edilmişdir. 

 

 



 

 

 



 


 188 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  

ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİ 

YAD ETMİŞDİR 

 

 



Bakı, Şəhidlər xiyabanı 

 

20 yanvar 2008-ci il 

 

Səhər  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əli-



yev və xanımı Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak 

olanların  əziz  xatirəsini  yad  etmək  üçün  Şəhidlər  xiyabanına 

gəldilər. 

Şəhidlərin ruhuna dua oxundu. 

Prezident  İlham  Əliyev  matəm  musiqisinin  sədaları  altında 

«Əbədi məşəl» abidəsinin önünə əklil qoydu. 

Müdafiə  Nazirliyinin  Əlahiddə  nümunəvi  hərbi  orkestrinin 

ifasında Azərbaycanın Dövlət himni səsləndi. 

Şəhidlərin  xatirəsini  yad  etməyə  gəlmiş  xarici  ölkələrin 

Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri Azər-

baycan  prezidenti  İlham  Əliyevə  dərin  hüznlə  başsağlığı 

verdilər, xalqımızın kədərinə şərik olduqlarını söylədilər. 

Azərbaycan  prezidenti  diplomatik  korpusun  rəhbərlərinə, 

xarici qonaqlara minnətdarlığını bildirdi. 

Dövlət təşkilatlarının rəhbər işçiləri, respublikamızdakı dini 

icmaların  başçıları  da  şəhidlərin  əziz  xatirəsini  yad  etməyə 

gəlmişdilər. 

 

 



 

 



 

189 


 

 

 

 

YENİ ZELANDİYANIN BAŞ NAZİRİ  

ZATİ-ALİLƏRİ  

XANIM HELEN KLARKA 

 

Hörmətli xanım Baş nazir! 



Yeni Zelandiyanın milli bayramı – Vaytanqa günü müna-

sibətilə  Sizə  və  bütün  xalqınıza  ən  səmimi  təbriklərimizi 

yetirirəm. 

Ümidvaram  ki,  ölkələrimiz  və  xalqlarımız  arasında  dostluq 

və  əməkdaşlıq  münasibətləri  bundan  sonra  da  öz  inkişafını 

davam etdirəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  işlərinizdə  uğurlar,  dost  xalqınıza 

sülh və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 21 yanvar 2008-ci il 

 

 

 



 

 

 




 190 

 

 



ŞRİ-LANKA DEMOKRATİK SOSİALİST  

RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB MAHİNDA RACAPAKSEYƏ 

 

Hörmətli cənab Prezident! 



Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 

Sizi və Sizin simanızda bütün xalqınızı ürəkdən təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan  ilə  Şri-Lanka  arasında  dostluq  və 

əməkdaşlıq  münasibətlərinin  inkişafı  daim  xalqlarımızın 

mənafelərinə xidmət edəcəkdir. 

Bu  əlamətdar  gündə  Sizə  ən  xoş  arzularımı  yetirir,  dost 

xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm. 

 

Hörmətlə, 



İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 21 yanvar 2008-ci il 



 

 



 

191 


 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

BƏHREYN BEYNƏLXALQ İNVESTİSİYA 

BANKININ VƏ ƏL-FƏHİM QRUPUNUN SƏDRİ 

İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 



 

21 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın 21-də Prezident sarayında Bəhreyn Beynəlxalq İnvestisiya 

Bankının  və  əl-Fəhim  qrupunun  sədri  Səid  Abdul  Cəlil 

Məhəmməd əl-Fəhimi qəbul etmişdir. 

Görüşdə  Bəhreyn  bankının  Azərbaycan  bankları  ilə  əmək-

daşlığı,  Bəhreyn  Beynəlxalq  İnvestisiya  Bankının  ölkəmizdə 

həyata keçirilən və perspektivdə nəzərdə tutulan investisiya la-

yihələrində iştirakı ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

 

 



 

 

 



 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə