İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə59/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   55   56   57   58   59   60   61   62   ...   121

 196 

 

 



 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV  

DAVOS FORUMUNUN «ENERGETİKA 

SƏNAYESİNDƏ GÜNƏŞ ENERJİSİNİN ROLU» 

MÖVZUSUNUN ƏSAS İCLASINDA İŞTİRAK 

ETMİŞDİR 

 

Davos, «Morasani Şveizerhov» iqamətgahı 

 

24 yanvar 2008-ci il 

 

Yanvarın  23-də  İsveçrənin  Davos  şəhərində  açılmış 



ənənəvi,  38-ci  illik  Dünya  İqtisadi  Forumu  davam  edir. 

Yanvarın 28-də başa çatacaq forumda müasir dövrün siyasi və 

iqtisadi problemləri diqqət mərkəzindədir. 

Yanvarın  24-də  «Morasani  Şveizerhov»  mehmanxanasında 

Davos  forumunun  «Energetika  sənayesində  günəş  enerjisinin 

rolu»  mövzusunda  əsas  iclası  keçirilmişdir.  Bu  bir  növ  enerji 

sammiti də adlanır. 

Prezident İlham Əliyev iclasda iştirak etmişdir. 

Builki forumda 88 ölkədən 2500 nəfər, o cümlədən 27 dövlət 

və  hökumət  başçısı,  113  nazir,  ən  tanınmış  1000  şirkətin 

nümayəndələri iştirak edir. Forum iştirakçılarının 60 faizi biz-

nes təmsilçiləridir. «Əməkdaşlıq yeniliklərinin gücü» devizi adı 

altında  keçirilən  indiki  forumda  əsas  diqqət  iqtisadi  qeyri-

sabitlik,  iqlim  dəyişikliyi  və  dünyada  bərabər  davamlı  iqtisadi 

artımın  təmin  edilməsi  məsələlərinə  yönəlmişdir.  Beş  gün  ər-

zində  240  iclasın  keçirilməsi  nəzərdə  tutulmuşdur.  İclaslar 

əsasən «Biznes – əməkdaşlıq və rəqabət», «İqtisadiyyat və ma-

liyyə  –  iqtisadi  təhlükəsizlik  məsələlərinin  həlli»,  «Coğrafi  və-

ziyyət – müxtəlif maraqlar əsasında alyanslar», «Elm və texno-

logiya  –  yeni  innovasiyalar»,  «Dəyərlər  və  cəmiyyət  –  gələcək 

dəyişikliklərin başa düşülməsi» bölmələri üzrə təşkil olunur. 


 

197 


Enerji  sammiti  forumun  mahiyyətini  təşkil  edir.  Forumun 

əsas  iclasını  Dünya  İqtisadi  Forumunun  nümayəndəsi  açaraq, 

prezident  İlham  Əliyevə,  digər  dövlət  və  hökumət  başçılarına, 

bütün qonaqlara tədbirdə iştirak etdiklərinə görə minnətdarlıq 

etdi.  O  bu  mötəbər  tədbirdə  dünya  əhəmiyyətli  məsələlərin 

səmərəli əməkdaşlıq ruhunda müzakirə olunacağını bildirdi. 

İclasda  çıxış  edən  ABŞ,  Rusiya,  Litva,  Böyük  Britaniya, 

Fransa,  Yaponiya,  İsveçrə,  Qətər,  Türkiyə,  Belçika,  Səudiyyə 

Ərəbistanı,  İraq,  Norveç,  Çin,  Küveyt  və  Nigeriya  nümayəndə 

heyətlərinin  rəhbərləri  əsasən  neft-qaz  ölkəsi  kimi  tanınan 

ölkələrdə  iqtisadi  inkişafdan  söhbət  açdılar.  Çıxışlarda  bəzi 

qlobal  problemlər  önə  çəkildi,  enerji  sahəsində  əməkdaşlığın 

çoxtərəfli  perspektivləri,  iqlim  dəyişikliyi,  enerji  təhlükəsizliyi 

və  enerji  daşıyıcılarının  qiymətləri  barədə  danışıldı.  Enerji 

təhlükəsizliyinin  təmin  olunmasında  karbohidrogen  ehtiyatları 

ilə zəngin ölkələrin, o cümlədən Azərbaycanın rolu vurğulandı. 

Hazırda  neft-qaz  ixracatçısına  çevrilən  Azərbaycanın  Avro-

panın  enerji  təhlükəsizliyi  sahəsində  gördüyü  işlər  yüksək 

qiymətləndirildi, bunların uğurlu olduğu xüsusi vurğulandı. 

İclasda  iqlim  dəyişikliyinə  təsir  göstərən  amillərin  aradan 

qaldırılmasının, atmosferə buraxılan karbon qazının azaldılma-

sının,  gələcəkdə  enerji  sahəsində  səmərəli  əməkdaşlığın 

genişləndirilməsinin zəruriliyi vurğulandı. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  diskussiya  xarakterli 

çıxışında  ölkəmizdə  gedən  iqtisadi  inkişafdan,  aparılan 

islahatlardan, enerji layihələri və energetika sahəsində görülən 

işlərdən  danışdı.  Dövlətimizin  başçısı  forum  iştirakçılarının 

ölkəmizin enerji potensialı, Avropanın enerji təhlükəsizliyindəki 

rolu və digər mühüm məsələlərlə bağlı suallarına ətraflı cavab 

verdi. 

İclas  çərçivəsində  Dünya  İqtisadi  Forumu  ekspertlərinin 

hazırladıqları «2008-ci ilin qlobal riskləri» adlı hesabatla bağlı 

dinləmələr də keçirildi. Belə bir əsas fikir səsləndi ki, ekspertlər 

Asiyanın  inkişaf  etməkdə  olan  ölkələrinin  dünya  iqtisadi 

inkişafının lokomotivi olacağını istisna etmirlər. Eyni zamanda, 


 198 

hesabatda  ixracdan  asılı  olan  ölkələrin  qlobal  problemlə 

üzləşəcəyi  barədə  xəbərdarlıq  edilir.  Hesabatda  yaxın  10  ildə 

neftə  tələbatın  40  faizədək  artacağı  bildirilir,  buna  görə  də 

enerji  daşıyıcılarının  tədarükünün  bir  neçə  il  əvvəlcədən 

görülməsi tövsiyə olunur. 

İclasda  iştirak  edən  dövlət  başçıları,  dünyanın  aparıcı 

şirkətlərinin  rəhbərləri  və  digər  rəsmi  şəxslər  prezident  İlham 

Əliyevlə  görüşərək,  Azərbaycanda  gedən  iqtisadi  inkişaf  pro-

sesləri  ilə  maraqlandılar  və  gələcək  perspektivlər  barədə  qısa 

fikir mübadiləsi etdilər. 

 

 



 

 

 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə