İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə62/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   58   59   60   61   62   63   64   65   ...   121

 

209 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

BÖYÜK BRİTANİYANIN YORK HERSOQU  

ŞAHZADƏ ENDRYU İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 

 

25 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın 25-də Davosda onun üçün ayrılmış iqamətgahda Bö-

yük  Britaniyanın  York  hersoqu  Şahzadə  Endryu  ilə  görüş-

müşdür. 

Görüşdə  ölkələrimiz  arasında  müxtəlif  sahələrdə,  o  cüm-

lədən  iqtisadi  sahədə  əlaqələrin  uğurla  inkişaf  etdiyi  vur-

ğulandı, energetika sektorunda uzun illər faydalı, uğurlu əmək-

daşlığın həyata keçirildiyi qeyd olundu. 

Azərbaycan ilə Böyük Britaniya arasında digər sahələrdə də 

əlaqələrin  genişlənməsindən  məmnunluq  ifadə  olundu  və  bu 

əlaqələrin  gələcəkdə  daha  da  inkişaf  edəcəyinə  əminlik  bil-

dirildi. 

 


 210 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

BÖYÜK BRİTANİYANIN BİZNES, 

MÜƏSSİSƏLƏRİN İNKİŞAFI, TƏNZİMLƏNMƏ 

İSLAHATLARI ÜZRƏ DÖVLƏT KATİBİ CON 

HATTON İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 

 

25 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın  25-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda  Böyük 

Britaniyanın  biznes,  müəssisələrin  inkişafı,  tənzimlənmə 

islahatları üzrə Dövlət katibi Con Hattonu qəbul etmişdir. 

Con  Hatton  Azərbaycanda  gedən  prosesləri,  ölkəmizin  son 

illərdəki iqtisadi inkişafını diqqətlə izlədiyini bildirərək dedi ki, 

bu  uğurlar  bizi  olduqca  məmnun  edir.  O,  iqtisadi  sahədə 

əməkdaşlığın  daha  da  genişləndirilməsinin  zəruri  olduğunu 

söylədi. 

Görüşdə  neft-qaz,  enerji  sahəsində  yeni  imkanların  əldə 

edilməsi,  qeyri-neft  sektorunda  əməkdaşlıq  imkanları  və  sər-

mayə  qoyuluşu  üçün  Azərbaycanda  çox  gözəl  perspektivlərin 

mövcudluğu vurğulandı.  

 

 



 

211 


 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

«CİTİGROUP»UN  SƏDRİ UİN BİŞOFF İLƏ 

GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

25 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın  25-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda 

«Citigroup»un sədri Uin Bişoffu qəbul etmişdir. 

Görüşdə «Citigroup»un Azərbaycanın maliyyə qurumları ilə 

əməkdaşlığı,  ölkəmizdə  gedən  iqtisadi  inkişaf  prosesləri, 

regional  iqtisadi  əməkdaşlıq  və  digər  məsələlərlə  bağlı  fikir 

mübadiləsi aparıldı. 

 

 




 212 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

ABŞ-ın  «GLOBAL HYATT» ŞİRKƏTİNİN SƏDRİ 

VƏ SAHİBİ TOMAS PRİTZKER İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 



 

25 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın 25-də Davosda onun üçün ayrılmış iqamətgahda ABŞ-ın 

«Global  Hyatt»  şirkətinin  sədri  və  sahibi  Tomas  Pritzkeri  qəbul 

etmişdir. 

Görüşdə Azərbaycanda iqtisadi sahədə gedən proseslərdən, 

iqtisadiyyatın  müxtəlif  sahələrində,  o  cümlədən  xidmət  sek-

torunda əldə edilmiş uğurlardan söhbət getdi, indiki və gələcək 

planlar barədə fikir mübadiləsi aparıldı. 

 

 




 

213 


 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

«MİCROSOFT» KORPORASİYASININ 

TƏDQİQAT VƏ STRATEGİYA ÜZRƏ 

DİREKTORU KREYQ MANDİ İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 



 

25 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 



25-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda  «Microsoft» 

korporasiyasının tədqiqat və strategiya üzrə direktoru Kreyq Mandini 

qəbul etmişdir. 

Görüşdə  bildirildi  ki,  bu  ilin  yazında  Azərbaycan  hökuməti  ilə 

«Microsoft»  korporasiyası  arasında  strateji  tərəfdaşlıq  müqaviləsinin 

imzalanması  nəzərdə  tutulmuşdur.  Müqavilədə  Azərbaycanda 

intellektual mülkiyyətin qorunması, proqram təminatının leqallaşdırıl-

ması  və  «Microsoft»un  Azərbaycanda  sərmayə  layihələrini  həyata 

keçirməsi  əksini  tapacaqdır.  Kreyq  Mandi  bildirdi  ki,  «Microsoft» 

Azərbaycanda elektron informasiya mərkəzi yaratmağı planlaşdırır. 

Görüşdə  Azərbaycanın  regionda  tranzit  informasiya  mərkəzinə 

çevrilməsi  üçün  «Microsoft»un  həyata  keçirəcəyi  bir  sıra  layihələr 

müzakirə  edildi,  həmçinin  Azərbaycanda  yüksək  səviyyəli  mühən-

dislərin  hazırlanması  istiqamətində  «Microsoft»un  reallaşdıracağı 

layihələr barədə də fikir mübadiləsi aparıldı. 

Prezident  İlham  Əliyev  ölkəmizdə  iqtisadiyyatda,  o  cümlədən 

energetika  sahəsində  böyük  inkişafın  əldə  olunduğunu  bildirdi. 

Dövlətimizin başçısı qeyri-neft sektoruna böyük diqqət yetirildiyini, bu 

baxımdan  informasiya  texnologiyalarının  inkişafının  prioritet 

istiqamət kimi seçildiyini söylədi. Prezident İlham Əliyev informasiya 

texnologiyaları  sahəsində  «Microsoft»  korporasiyası  ilə  gələcəkdə 

yaxından  əməkdaşlıq  ediləcəyinə  əmin  olduğunu  bildirdi  və  artıq 

Azərbaycanda  bu  sahədə  konkret  işlərin  həyata  keçirildiyini 

vurğuladı. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə