İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə61/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   57   58   59   60   61   62   63   64   ...   121

 204 

 

 



 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN   

UKRAYNA PREZİDENTİ  

VİKTOR YUŞŞENKO İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 

 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  24-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda, 

«Turmotel  Viktoriya»  mehmanxanasında  Ukrayna  prezidenti 

Viktor Yuşşenko ilə görüşmüşdür. 

Görüş  zamanı  ikitərəfli  münasibətlərin  vəziyyəti  və  gələcək 

perspektivləri  ətrafında  geniş  fikir  mübadiləsi  aparıldı.  Prezi-

dent  Viktor  Yuşşenko  son  vaxtlar  Ukraynada  gedən  proses-

lərdən də bəhs etdi. 

Sonra iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin 

bütün  sahələrdə  daha  da  inkişaf  etdirilməsi  ilə  bağlı  səmərəli 

söhbət aparıldı. Müəyyən layihələr, enerji sahəsində əməkdaşlıq 

məsələləri  diqqət  mərkəzində  oldu.  Prezidentlər  müxtəlif 

layihələrin həyata keçirilməsində iki ölkənin birgə fəaliyyətinin 

vacibliyini vurğuladılar. 

 



 

205 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ SİPİ LİVNİ İLƏ 

GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın  24-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda, 

«Turmotel  Viktoriya»  mehmanxanasında  İsrailin  Xarici  İşlər 

naziri xanım Sipi Livnini qəbul etmişdir. 

Görüşdə  Azərbaycanla  İsrail  arasında  ikitərəfli  münasi-

bətlərin  inkişafı  və  digər  məsələlər  ətrafında  fikir  mübadiləsi 

aparıldı. 

 

 




 206 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN 

«bp GROUP» ŞİRKƏTİNİN BAŞ İCRAÇI 

DİREKTORU ENTONİ HEYVORD İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya» iqamətgahı 



 

24 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın 24-də Davosda onun üçün ayrılmış iqamətgahda «bp  

Group» şirkətinin Baş icraçı direktoru Entoni Heyvordu qəbul 

etmişdir. 

Görüşdə  uzun  illərdir  Azərbaycanla  bp  şirkəti  arasında 

uğurlu  əməkdaşlığın  olduğu  bildirildi,  onun  perspektivləri 

müzakirə  edildi  və  bu  əməkdaşlığın  gələcəkdə  daha  da  geniş-

lənəcəyinə əminlik ifadə olundu. 

Azərbaycanda  həyata  keçirilən  enerji  layihələri  barədə 

söhbət  gedən  görüşdə  bp-nin  rəhbəri  ölkəmizin  bu  sahədəki 

fəaliyyətini  yüksək  qiymətləndirdi,  respublikamızın  iqtisadiy-

yatında çox böyük irəliləyişin baş verdiyini vurğuladı. 

 

 



 

 

 




 

207 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ 

İLHAM ƏLİYEVİN AVROPA YENİDƏNQURMA 

VƏ İNKİŞAF BANKININ PREZİDENTİ  

JAN LEMYER İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

25 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  25-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda 

Avropa  Yenidənqurma  və  İnkişaf  Bankının  prezidenti  Jan 

Lemyeri qəbul etmişdir. 

Görüşdə Azərbaycan ilə AYİB arasında uğurlu əməkdaşlığın 

həyata keçirildiyi vurğulandı. 

Prezident  İlham  Əliyev  Azərbaycanda  iqtisadi  inkişaf  pro-

seslərindən  danışdı,  ölkəmizin  dünya  iqtisadiyyatına  sürətlə 

inteqrasiya etdiyini bildirdi. 

Jan Lemyer AYİB-in Azərbaycanla əməkdaşlığının gələcəkdə 

də davam edəcəyinə ümidvar olduğunu söylədi. 

 

 

 



 208 

 

 

 

POLŞA RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ  

CƏNAB LEX KAÇİNSKİYƏ 

 

Hörmətli cənab Prezident! 



Ölkənizdə  baş  vermiş  təyyarə  qəzası  nəticəsində  insan 

tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. 

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə 

və yaxın adamlarına, bütün Polşa xalqına şəxsən öz adımdan və 

Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. 

 

İLHAM ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 25 yanvar 2008-ci il 



 

 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə