İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə58/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   54   55   56   57   58   59   60   61   ...   121

 192 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

İSVEÇRƏYƏ SƏFƏRİ 

 

23 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Da-

vos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda 

iştirak etmək üçün yanvarın 23-də İsveçrəyə yola düşmüşdür. 

Azərbaycan prezidentini Heydər Əliyev Beynəlxalq Aeropor-

tunda  Baş  nazir  Artur  Rasizadə,  Prezident  İcra  Aparatının 

rəhbəri  Ramiz  Mehdiyev,  Bakı  Şəhər  İcra  Hakimiyyətinin 

başçısı Hacıbala Abutalıbov yola saldılar. 

 

 



 

 

 



* * * 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  yan-

varın 23-də İsveçrə Konfederasiyasına gəlmişdir. 

Dövlətimizin başçısı Sürix hava limanından Davos şəhərinə 

yola düşdü. 

 



 

193 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

AMERİKA YƏHUDİ KOMİTƏSİNİN İCRAÇI  

DİREKTORU DEYVİD HARRİS İLƏ GÖRÜŞÜ 

 

Davos 



 

23 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  23-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda 

«Turmotel  Viktoriya»  mehmanxanasında  Amerika  Yəhudi 

Komitəsinin icraçı direktoru Deyvid Harris ilə görüşmüşdür. 

Görüşdə  Azərbaycan  ilə  Amerika  Birləşmiş  Ştatları  (ABŞ) 

arasında  ikitərəfli  münasibətlərin  müxtəlif  sahələrdə  uğurla 

inkişaf  etdiyi  vurğulandı.  ABŞ–Azərbaycan  əlaqələrinin  daha 

da  genişləndirilməsi  və  möhkəmləndirilməsində  ABŞ-da  yaşa-

yan yəhudi icmasının önəmli rol oynadığı qeyd olundu. 

Görüşdə  həmçinin  ölkəmizdə  yaşayan  yəhudi  icmasının 

Azərbaycanda  azad  fəaliyyət  göstərməsi  üçün  hər  cür  şəraitin 

yaradıldığı xüsusi vurğulandı. 

 

 



 

 

 




 194 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  



MACARISTANIN BAŞ NAZİRİ FERENTS 

DYURÇAN İLƏ GÖRÜŞÜ 

 

Davos, «Turmotel Viktoriya»  iqamətgahı 



 

23 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  23-də  Davosda  onun  üçün  ayrılmış  iqamətgahda, 

«Turmotel  Viktoriya»  mehmanxanasında  Macarıstanın  Baş 

naziri Ferents Dyurçan ilə görüşmüşdür. 

Macarıstanın  Baş  naziri  Azərbaycanda  gedən  prosesləri 

diqqətlə  izlədiyini  və  ölkəmizin  son  illər  ərzində  əldə  etdiyi 

nailiyyətlərə  heyranlığını  söylədi.  O,  Macarıstanın  inkişaf  edən 

Azərbaycanla  əməkdaşlığını  bütün  sahələrdə  genişləndirməyə 

və dərinləşdirməyə böyük maraq göstərdiyini bildirdi. 

Görüşdə  energetika  sahəsində  əməkdaşlıq  məsələlərinə  bö-

yük diqqət yetirildi və enerji layihələri, konkret olaraq Nabukko 

layihəsi ətrafında fikir mübadiləsi aparıldı. 

Prezident  İlham  Əliyev  Avropa  İttifaqı  ilə  əməkdaşlıqla 

əlaqədar  müəyyən  məsələlərdə  bu  təşkilatın  üzvü  kimi,  Maca-

rıstanın dəstəyinə Azərbaycanın ehtiyacı olduğunu vurğuladı. 

Ferents Dyurçan həm Avropa İttifaqı ilə əməkdaşlıq, həm də 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  mə-

sələlərində Macarıstanın ölkəmizi dəstəklədiyini bildirdi. 

 

 

 



 


 

195 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

İSVEÇRƏ PREZİDENTİ PASKAL KUŞPEN İLƏ 

GÖRÜŞÜ 

Davos 

24 yanvar 2008-ci il  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-

varın  24-də  Davosda  İsveçrə  Konfederasiyasının  Prezidenti 

Paskal Kuşpen ilə görüşmüşdür. 

Görüşdə ikitərəfli əlaqələrin və əməkdaşlığın uğurla inkişaf 

etdiyi  vurğulandı,  ölkələrimiz  arasında  müxtəlif  səviyyəli 

təmasların  genişlənməsindən  məmnunluq  ifadə  edildi.  İsveçrə 

prezidenti  Azərbaycanın  sürətli  iqtisadi  inkişafı  barədə  ölkə-

sində geniş məlumatın olduğunu bildirdi. 

Prezident İlham Əliyev Azərbaycanda gedən iqtisadi inkişaf 

proseslərindən, neft və qaz sektorunda əldə olunan uğurlardan 

danışdı. 

Paskal  Kuşpen  İsveçrə  şirkətlərinin  Azərbaycanın  energetika 

sektorunda geniş iştirak etməkdə maraqlı olduqlarını söylədi. 

Azərbaycanın  Avropanın  enerji  təhlükəsizliyi  məsələsində 

rolunun  daha  da  artdığını  bildirən  prezident  İlham  Əliyev  iki 

ölkə  arasında  əlaqələrin  bundan  sonra  da  genişlənəcəyinə 

əminliyini vurğuladı. 

Görüşdə regional məsələlər, Ermənistan–Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparıldı. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə