181
Yanvarın 17-də Ağcabədi şəhərində şəhid ailələri və
Qarabağ müharibəsi əlilləri üçün inşa olunan üçmərtəbəli, 24
mənzilli bina istifadəyə verilmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu
münasibətlə keçirilən mərasimdə iştirak etdilər.
Dövlətimizin başçısına məlumat verildi ki, rayonda 170
şəhid ailəsi və 101 nəfər Qarabağ müharibəsi əlili var. Binada
yaşayış üçün bütün şərait yaradılmış, mənzillərin hamısı
telefonlaşdırılmışdır. Yeni mənzil alanların on ikisi şəhid ailəsi,
on ikisi isə Qarabağ müharibəsi əlilidir. Prezidentin tapşırığı
ilə ötən il təməli qoyulmuş bina bir il ərzində inşa olunmuşdur.
Bu ilin sonunadək daha iki belə binanın istifadəyə verilməsi
nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev mənzillərin orderlərini sahiblərinə
təqdim etdi.
R a m i l N a ğ ı y e v (
Birinci qrup Qarabağ müharibəsi
əlili): Möhtərəm cənab Prezident, göstərilən bu yüksək qayğıya
görə Sizə bütün Qarabağ əlilləri və şəhid ailələrinin adından
dərin minnətdarlığımızı bildiririk və Uca Tanrıdan ulu
öndərimizə qəni-qəni rəhmət diləyirik. Cənab Prezident, bu əziz
gündə bizə hədiyyə etdiyiniz bu gözəl mənzillərdə Sizi bir
stəkan çay içməyə dəvət edirik.
İ l h a m Ə l i y e v: Sizi təbrik edirəm. Bu gözəl binada
yaşayacaqsınız. Burada hər cür şərait var. Yaxşı, gözəl binadır,
müasir qaydada tikilib, hər bir avadanlıq var. Televizor, telefon
və onları qoymaq üçün xüsusi stollar, xalça, tozsoran – hər şey
olmalıdır. Siz buna layiqsiniz. Siz yaxınlarınızı itirmisiniz, əlil
olmusunuz. Azərbaycan dövləti sizə bundan sonra da həmişə
diqqət göstərəcəkdir. Əgər bu ev sizin vəziyyətinizi bir balaca
yüngülləşdirirsə, hesab edirəm ki, bu, böyük işdir.
S a k i n l ə r : Cənab Prezident, Allah Sizə dəyməsin. Azər-
baycan xalqı Sizin arxanızdadır. Tanrı Sizdən razı olsun. Çox
sağ olun. Sizin rəhbərliyinizlə bayrağımızı qaldıraraq
müharibəyə getməyə hər an hazırıq.
182
İ l h a m Ə l i y e v: Bəli, lazım olarsa. Mən bu gün əsgərlər-
lə görüşmüşəm, döyüş mövqeyində olmuşam. Əhval-ruhiyyə çox
yüksək səviyyədədir. Azərbaycan güclənir, imkanlar artır və
bundan sonra da sizin üçün belə gözəl binalar tikiləcəkdir. Bütün
şəhid ailələri, müharibə veteranları üçün biz daha da böyük işlər
görməliyik. Bu binada xoşbəxt yaşayın.
S a k i n l ə r: Allah Sizdən razı olsun. Siz ki bu təşəbbüsü
elədiniz, Allah Sizə dəyməsin.
* * *
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
yeni mənzillərlə tanış oldular. Ağcabədidə ilk dəfə şəhid ailələri
və Qarabağ müharibəsi veteranları üçün inşa olunan bu binada
yaşayış üçün hər cür şərait yaradılmışdır. Hazırda şəhid
ailələri və Qarabağ müharibəsi veteranları üçün 16 mənzilli
daha bir bina tikilir.
Dövlətimizin başçısı Qarabağ müharibəsi əlili Ramil Na-
ğıyevin ailəsinin qonağı oldu.
R a m i l N a ğ ı y e v: Ağcabədi veteranları adından, bütün
şəhid ailələrinin üzvləri adından, Ağcabədi gəncləri adından
Sizə dərin minnətdarlığımızı bildiririk və yürütdüyünüz çox
düzgün, uğurlu siyasətə görə Sizinlə fəxr edirik və hər zaman
Sizin arxanızdayıq.
İ l h a m Ə l i y e v: Çox sağ olun. Mən də çox şadam ki,
Azərbaycan dövləti öz dəyərli insanları üçün belə gözəl binalar
tikir və hədiyyə edir. Siz də burada xoşbəxt yaşayın.
R a m i l N a ğ ı y e v: Cənab Prezident, çox sağ olun. Bu
ev azmış kimi, bizə üstəlik hələ əlavə hədiyyələr də təqdim
etmisiniz.
İ l h a m Ə l i y e v: Bəli, televizor, tozsoran, telefon, xalça
və sair.
Ş a h i n M ə m m ə d o v (
Rayon İcra Hakimiyyətinin
başçısı): Bəli, televizoru və telefon aparatını qoymaq üçün
altlıqlar, eyni zamanda, ehtiyacı olanlara əlavə olaraq stol dəsti
də hədiyyə verilibdir.