İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə54/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   50   51   52   53   54   55   56   57   ...   121

 

177 


kəndin  problemlərini  həll  etsək,  demək  olar  ki,  Azərbaycanda 

bütün problemlər öz həllini tapacaqdır. Biz bunu edəcəyik. Bir 

daha  demək  istəyirəm  ki,  bu  günə  qədər  verilən  bütün  vədlər, 

qəbul  olunan  bütün  proqramlar  vaxtlı-vaxtında,  bəlkə  də 

müəyyən edilmiş vaxtdan daha da tez bir zamanda icra olunur. 

Bizim  yeganə  böyük  dərdimiz,  problemimiz  var,  o  da 

torpaqlarımızın işğal altında qalmasıdır. Mən buraya daha da tez, 

Ağdam  Olimpiya  Kompleksinin  açılışından  sonra  gəlməli  idim. 

Amma  mən  oradan  bizim  döyüş  bölgəmizə  getdim.  Əsgərlərlə 

birlikdə  oldum,  oradan  düşmənin  mövqelərinə  baxdım. 

Mövqelərimizdə  əsgərlərimizlə  söhbət  etdim.  Bizim  əsas 

problemimiz  Dağlıq  Qarabağın  işğal  altında  qalmasıdır,  digər 

torpaqlarımızın  işğal  altında  qalmasıdır.  Biz  bu  problemi  də  həll 

edəcəyik.  Mən buna inanıram, çünki bunu həll etmək üçün bizim 

bütün  imkanlarımız  var.  Haqq-ədalət  bizim  tərəfimizdədir, 

beynəlxalq  hüquq  normaları  bizim  tərəfimizdədir.  Birləşmiş 

Millətlər  Təşkilatı  Azərbaycanın  ərazi  bütövlüyünü,  Dağlıq 

Qarabağ daxil olmaq şərtilə, tanıyır və  4 qətnamə qəbul edibdir, 

halbuki onlar icra olunmur. Ancaq bu hüquqi bir zəmindir. Avropa 

Şurası buna oxşar qətnamə qəbul edibdir. ATƏT-in faktaraşdırıcı 

missiyası iki il bundan əvvəl işğal olunmuş torpaqlarda monitorinq 

aparmışdır  və  məruzədə  əks  etdirmişdir  ki,  bütün  binalar,  bütün 

infrastruktur  dağıdılıbdır.  Yəni  hüquqi  baxımdan  bizim 

mövqelərimiz çox möhkəmdir. 

Tarixi  baxımdan  hamımız  bilirik  ki,  Dağlıq  Qarabağ  əzəli 

Azərbaycan  torpağıdır  və  ermənilər  oraya  vaxtilə  qonaq  kimi 

gəlmişlər. Yəni tarixi həqiqət də bizim tərəfimizdədir.  İqtisadi 

güc  də  bizim  tərəfimizdədir,  siyasi  iradə  də  bizim  tərə-

fimizdədir, ordu potensialı da bizim tərəfimizdədir. Biz bunları 

yaradırıq.  Beynəlxalq  hüquq  normaları  əsasında  güclü  mövqe 

formalaşdırmaq bizim əsas vəzifəmiz olmuşdur.  Deyə bilərəm 

ki, biz buna nail olmuşuq. 

Mən  bunu  bu  gün  Ağdamda  da  dedim,  bir  daha  demək 

istəyirəm  ki,  Ermənistan  tərəfinin  artıq  Qarabağa  müstəqillik 

verilməsi  mövzusundan  əl  çəkməsinin  başlıca  səbəbi  Azər-



 178 

baycanın güclənməsidir, həm iqtisadi, həm də ordu potensialının 

möhkəmlənməsidir.  İndi  bu  məsələ  qaldırılmır.  Halbuki,  lap 

qaldırsaydılar da, bunun heç bir əhəmiyyəti olmazdı. Azərbaycan 

öz  ərazi  bütövlüyünü  heç  vaxt  güzəştə  getməyəcəkdir.  Amma 

danışıqlar  formatında  müsbət  dəyişikliklər  məhz  Azərbaycanın 

artan gücündən, artan hərbi gücündən qaynaqlanır. Bilirsiniz ki, 

biz buna nə qədər böyük diqqət göstəririk. Orduya ayrılan xərcləri 

artırırıq  və  onlar  artıq  1  milyard  dolları  ötüb  keçibdir.  Müdafiə 

sənayesini  yaratmışıq,  hərbçilərin  peşəkarlığını  artırırıq,  onlar 

üçün  lazımi  şəraiti  yaradırıq.  Hərbçilərə  əlavə  güzəştlər  edilir, 

onların maaşları artırılır. Yəni bir sözlə, mən ümid edirəm ki, biz 

güclü  ordu  yaratmaqla  müharibəsiz  də  öz  torpaqlarımızı 

işğalçılardan geri qaytara bilərik. 

Ancaq bununla bərabər, hərbi güc həlledici rol oynayır. Biz 

uzaq  və  yaxın  tarixi  yaxşı  bilirik.  Bölgədə  gedən  proseslərə, 

əlbəttə ki, bizim  öz yanaşmamız var. Bilirik, harada güc var, o 

ölkənin  maraqları  daha  çox  müdafiə  olunur.  Bizim  gücümüz 

var, biz bunu artırırıq və daha da artıracağıq. Mən inanıram ki, 

biz  məsələni  sülh  yolu  ilə  həll  edəcəyik.  Əgər  buna  nail  ola 

bilməsək,  onda  əminəm  ki,  Azərbaycan  xalqı  düzgün  qərar 

verəcəkdir.  Biz  barışa  bilmərik  ki,  torpaqlarımız  10  ildən  çox 

işğal altında qalsın. Biz heç vaxt bununla barışa bilmərik və bu 

vəziyyətə son qoymaq üçün güclü olmalıyıq və bunu edirik. 

Mən  bu  gün  Ağcabədiyə  təbii  qazın  verilməsində  böyük 

rəmzi məna görürəm. Bu, Azərbaycanın gücünü göstərir, bizim 

imkanlarımızı  göstərir.  Bu  onu  göstərir  ki,  Azərbaycanda 

görülən  işlər  bütün  əhaliyə  öz  müsbət  təsirini  göstərir.  Bütün 

xalqımızın, Azərbaycan vətəndaşlarının bir məqsədi var və biz 

bu  məqsəd,  bu  amal  ətrafında  birləşmişik  və  bütün  dünya 

azərbaycanlıları  birləşməlidir.  O  da  işğal  olunmuş  torpaqları 

geri  qaytarmaqdır.  Mən  bundan  sonra  da  bu  istiqamətdə  həm 

siyasi,  həm  də  beynəlxalq  səylərimi  davam  etdirəcəyəm, 

Azərbaycanın iqtisadi və hərbi gücünün artırılması üçün səylər 

göstərəcəyəm.  Artıq  yaranan  güclü  dövlət  –  Azərbaycan  daha 



 

179 


da  güclənəcək  və  dünya  miqyasında  güclü,  qüdrətli  dövlətə 

çevriləcəkdir. 

Əziz  dostlar,  mən  sizi  bir  daha  ürəkdən  salamlayıram.  

Demək  istəyirəm  ki,  mən  Ağcabədiyə  çoxdan  gəlmək  istəyir-

dim. Amma əliboş gəlmək istəmirdim. Bu gün qazın verilməsi 

böyük sevincdir, böyük hadisədir. Sizi bu münasibətlə bir daha 

təbrik edirəm, sizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun. 

 

* * * 



Sonra prezident İlham Əliyev sakinlərlə səmimiyyətlə görü-

şüb hal-əhval tutdu. 

Ağcabədililər  dövlətimizin  başçısına  təşəkkürlərini  bildirə-

rək,  ölkənin  sosial-iqtisadi  inkişafı  sahəsində  görülən  işlərdən 

razılıqlarını  ifadə  etdilər,  ulu  öndərin  tarixi  xidmətlərini  xa-

tırladaraq, onun arzularının həyata keçirilməsində daha böyük 

uğurlar qazanılacağına əminliklərini söylədilər. 

 

  



 

 

 



 

 

HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI 

 

Ağcabədi rayonu 



 

17 yanvar 2008-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  yanvarın  17-də  Ağ-



cabədi  rayonunda  Heydər  Əliyev  muzeyinin  açılışında  iştirak 

etmişdir. 

Rəmzi açılışı bildirən lenti kəsən dövlətimizin başçısı İlham 

Əliyev  xanımı  Mehriban  Əliyeva  ilə  birgə  muzeylə  yaxından 

tanış oldular. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə