İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə50/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   46   47   48   49   50   51   52   53   ...   121

 164 

baycanlılar  orada  yaşamış,  yaratmışlar.  Ermənilər  bizim 

torpaqlarımıza qonaq kimi gəlmişlər – siz bunu yaxşı bilirsiniz  

və  ondan  sonra  orada  əksəriyyəti  təşkil  etməklə  o  torpaqlara 

iddia etməyə başlamışlar. Əfsuslar olsun ki, o vaxt, 80-ci illərin 

sonunda  Azərbaycan  rəhbərliyi  antimilli  siyasət  aparmaqla 

böyük  güzəştlərə  getmişdir.  Dağlıq  Qarabağda  Sovet  İttifaqı 

rəhbərliyi,  ilk  növbədə,  Qorbaçov  tərəfindən  xüsusi  idarəetmə 

komitəsi  yaradılmışdı  və  komitənin  yaranması  artıq  Dağlıq 

Qarabağda separatçı meyillərin güclənməsi demək oldu. Ondan 

sonrakı  dövrlərdə,  90-cı  illərin  əvvəlində  aparılan  siyasət  də 

faktiki olaraq, torpaqlarımızın işğalına gətirib çıxarmışdır. Şuşa, 

Laçın, Kəlbəcər və başqa torpaqlarımız işğal altına düşdü. İndi 

bu  böyük  bəla,  böyük  dərd,  həm  insanlar  üçün  humanitar 

fəlakət, həm ölkəmiz üçün ən böyük problem bizi çox incidir və 

eyni zamanda, əlbəttə ki, bizi daha da güclü olmağa sövq edir. 

Biz  güclü  olmalıyıq,  indiki  zamanda  biz  dünyada  gedən 

proseslərə  də  nəzər  salır,  baxırıq,  nəzarət  edirik,  izləyirik. 

Görürük  ki,  əfsuslar  olsun,  dünyada  beynəlxalq  davranış 

qaydaları  pozulur,  bəzi  hallarda  beynəlxalq  prinsiplərə  əməl 

olunmur,  çox  narahatedici  meyillər  başlanır,  bəzi  muxtar 

bölgələrin birtərəfli tanınması məsələsi ortaya çıxır. Halbuki bu 

tamamilə qəbuledilməzdir. 

Bir  sözlə,  dünyada  gedən  proseslər  onu  göstərir  ki,  hər  bir 

ölkə  ilk  növbədə  güclü  olmalıdır.  Güclü  olarsansa,  sən  öz 

maraqlarını qoruyacaqsan. Əgər sən güclü olmasan, hətta bütün 

beynəlxalq  normalar  sənin  tərəfində  olsa  da,  bunun  böyük 

əhəmiyyəti olmayacaqdır. Azərbaycan bu dövrü yaşayıbdır. Biz 

kasıb  vəziyyətdən  inkişafa  və  gələcək  çiçəklənməyə  doğru 

gedirik.  Bilirik  ki,  bizi  nələr  gözləyir.  Biz  öz  iqtisadi 

islahatlarımızla,  ulu  öndər  Heydər  Əliyevin  təməlini  qoyduğu 

neft  strategiyası  ilə  güclü  dövlət  yaradırıq.  İmkanlarımız  artır, 

bizimlə  daha  da  çox  hesablaşırlar,  bizim  sözümüz  daha  da 

böyük  məna  daşıyır,  sözümüzün  çəkisi  artır.  Bunun 

müqabilində,  Ermənistan  bütün  beynəlxalq  layihələrdən  təcrid 

edilmiş  bir  ölkə  –  biz  buna  nail  olmuşuq  –  heç  bir  əhəmiyyət 




 

165 


kəsb  etməyən  bir  ölkə,  xarici  ianələrdən  asılı  olan,  xarici 

dövlətlərin  köməyi  ilə  yaşayan  və  müstəqilliyi  ancaq  şərti 

xarakter  daşıyan  bir  ölkədir.  Yəni  bu,  artıq  müqayisəolunmaz 

dərəcədədir.  Növbəti  illərdə  bizim  gücümüz  daha  da  artacaq, 

onlar isə zəifləyəcəklər. 

Beləliklə,  mən  heç  şübhə  etmirəm  ki,  biz  doğma  torpaq-

larımızı işğalçılardan azad edəcəyik. Mən inanmaq istəyirəm ki, 

Ermənistan rəhbərliyi, nəhayət, beynəlxalq hüquq prinsiplərinə 

riayət  edəcək,  normal  məntiqə  riayət  edəcək  və  işğal  olunmuş 

torpaqlardan  qoşunlarını  öz  xoşu  ilə  çıxaracaq  və  bizim 

soydaşlarımız  bu  torpaqlara  qayıdacaqlar.  Əks  təqdirdə, 

Azərbaycan  tam  sərbəstdir  ki,  bütün  imkanlardan,  o  cümlədən 

hərbi imkanlarından istifadə etsin və öz doğma torpaqlarını azad 

etsin.  Biz  heç  kimin  torpağını  zəbt  etməmişik.  Halbuki,  indiki 

Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıbdır. 

İrəvan  şəhərini  Azərbaycan  Xalq  Cümhuriyyətinin  rəhbərliyi 

1918-ci ildə Ermənistana hədiyyə edibdir. Yumşaq desək, o da 

böyük bir səhv idi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti 

yarananda  İrəvan  şəhərini  Ermənistana  bağışlamışdır.  İrəvan 

xanlığı  əzəli  Azərbaycan torpağıdır.  Bir  daha  demək  istəyirəm 

ki,  ermənilər  bu  bölgəyə  qonaq  kimi  gəlmişdilər.  Ona  görə 

haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, 

hərbi  potensial  –  bütün  bu  amillər  tərəzinin  bir  gözündə, 

Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara 

sığmayan siyasəti tərəzinin başqa yüngül gözündədir. 

Bir  daha  demək  istəyirəm  ki,  biz  heç  bir  başqa  ölkənin 

torpaqlarına  iddia  etmirik,  biz  istəyirik  ki,  bizim  torpaqlarımız 

dinc  yolla  işğalçılardan  azad  olunsun  və  Azərbaycan 

vətəndaşları  öz  vətəndaş  hüquqlarından  istifadə  edə  bilsinlər. 

Bəzi hallarda beynəlxalq təşkilatlardan biz çox eşidirik ki, insan 

haqları  təmin  olunmalıdır,  insan  haqları  müdafiə  edilməlidir. 

Azərbaycanda bütün insan haqları necə lazımdır müdafiə edilir, 

təmin olunur və başqa ölkələr üçün biz örnək ola bilərik. Bunu 

artıq yaxın tarix göstəribdir. Ancaq indi nədənsə, bu beynəlxalq 

təşkilatlar 1 milyon qaçqın-köçkünün insan haqlarından söhbət 



 166 

açmırlar.  Evindən-eşiyindən  olmuş,  öz  torpağını  itirmiş 

insanların  haqlarından  söhbət  açmırlar.  Yəni  bu  ikili  siyasət 

artıq  bizə  bəllidir,  biz  bunu  bilirik  və  buna  əhəmiyyət  də 

vermirik.  Amma  bu  ədalətsizlik  bizi,  əlbəttə  ki,  incidir.  İnsan 

haqlarından  danışanda,  ilk  növbədə  Ermənistana  irad  tutul-

malıdır ki, nə üçün 1 milyon insanın haqlarını tapdalamısan? Nə 

üçün  o  insanlara  imkan  yaratmırsan  ki,  onlar  öz  vətənlərinə 

qayıtsınlar? Budur məsələnin mahiyyəti! Ona görə bəzi hallarda 

ədalətsiz  yanaşmanı  görəndə,  Azərbaycana  qarşı  əsassız 

təzyiqləri görəndə biz, əlbəttə ki, üzülürük. 

Amma bu heç də bizim iradəmizə  zərrə qədər təsir etmir  və 

etməyəcəkdir. Azərbaycan dövləti möhkəmləndikcə, öz müstəqil 

siyasətini  daha  da  uğurla  aparacaqdır.  Mənim  üçün  prezident 

kimi,  əsas  Azərbaycan  xalqının  maraqlarıdır,  Azərbaycanın 

maraqlarıdır. Bütün başqa məsələlər ikinci dərəcəli məsələlərdir. 

Azərbaycan  xalqının  maraqlarını  tam  şəkildə  müdafiə  etmək 

üçün  güc  olmalıdır.  Azərbaycan  dövlətini  möhkəmləndirmək 

üçün  iqtisadi  potensial  möhkəmlənməlidir,  biz  bunu  gündəlik 

həyatda edirik və bundan sonra da edəcəyik. 

Mən çox şadam ki, bizim bütün təşəbbüslərimiz, bütövlükdə 

siyasətimiz  –istər  daxili,  istər  xarici,  istər  iqtisadi  və  başqa 

sahələrdə  siyasətimiz  xalq  tərəfindən  dəstəklənir.  Bu  dəstək 

bizə güc verir, mənə  əlavə imkanlar yaradır, Azərbaycan üçün 

gözəl şərait yaradır. 

Əziz  ağdamlılar,  mən  bir  daha  demək  istəyirəm  ki,  bu  gün 

çox şadam, çox böyük məmnuniyyət hissi ilə yenidən Ağdama 

gəlmişəm.  Burada  qeyd  edildi  ki,  2008-ci  ildə  bölgələrə  ilk 

səfərimi  buraya  –  Ağdama  edirəm.  Mən  rayonlarda  tez-tez 

oluram, vəziyyətlə tanış oluram və bundan sonra da olacağam. 

Hər dəfə gələndə, yenilik görəndə, abadlıq görəndə, yeni binalar 

görəndə  mənim  ürəyim  açılır.  Mən  istəyirəm  ki,  siz  burada 

yaxşı  yaşayasınız.  Bunu  təmin  etmək  üçün  nə  lazımdırsa 

edəcəyik.  Rayonun  iqtisadi-sosial  inkişafı  üçün  bu  yaxınlarda 

əlavə vəsaitlər ayrılacaqdır. Əminəm  bu sizə kömək edəcək ki, 

burada işlər daha da yaxşı getsin. 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə