İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə49/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   45   46   47   48   49   50   51   52   ...   121

 

161 


böyük  işlər  torpaqlarımız  işğaldan  azad  olunandan  sonra 

başlayacaqdır.  Bayaq  qeyd  etdiyim  kimi,  işğal  edilmiş  bütün 

ərazilərdə  bütün  infrastrukturlar  dağıdılıbdır.  Biz  yeni  şəhərlər 

tikəcəyik,  yeni  qəsəbələr,  kəndlər  salınacaq  və  buna  hazır 

olmalıyıq.  Onu  da  bilirik  ki,  biz  ancaq  öz  gücümüzə  arxalana, 

ancaq öz gücümüzə istinad edə bilərik. 

Biz,  əlbəttə  ki,  xarici  beynəlxalq  donor  təşkilatlarının 

yardımından  istifadə  etmişik  və  bizim  üçün  ən  çətin  dövrdə 

yardım  etdiklərinə  görə  o  təşkilatlara  öz  minnətdarlığımızı 

bildiririk. Amma onu da bilirik ki, işğaldan azad olunacaq bütün 

yerləri,  rayonları  abadlaşdırmaq  üçün  milyardlarla  dollar  vəsait 

lazım olacaqdır. Heç bir beynəlxalq təşkilat o qədər vəsaiti bizə 

verməz.  Biz  öz  gücümüzə  istinad  etməliyik.  Ona  görə  iqtisadi 

potensialımızı  möhkəmləndiririk.  Ona  görə  ki,  güclü  olaq  və 

gələcəkdə  bütün  bu  rayonları  öz  hesabımıza  bərpa  edək.  Bu 

məqsədlə  Azərbaycanda  aparılan  köklü  iqtisadi  islahatlar  bu  gün 

daha  da  dərinləşməlidir.  Biz  bütün  imkanlarımızı  səfərbər 

etməliyik  ki,  güclü  dövlət  yaradaq,  güclü  iqtisadiyyat  yaradaq. 

İqtisadiyyat  hər  bir  dövlətin  təməl  sütunudur.  Güclü  iqtisadiyyatı 

olan ölkə siyasi cəhətdən də müstəqil olur və öz maraqlarını daha 

da uğurla müdafiə edə bilər. 

Azərbaycanın üzləşdiyi çətin problemlərin əsas səbəbi ondan 

ibarət idi ki, 90-cı illərin əvvəllərində biz müstəqilliyimizi bərpa 

edəndə  Azərbaycanın  iqtisadiyyatı  dağılmış  vəziyyətdə  idi. 

Azərbaycanın  nə  xarici  siyasəti,  nə  daxili  siyasəti  milli 

maraqlara  cavab  vermirdi.  Sənaye  istehsalı,  demək  olar  ki, 

tamamilə aşağı düşmüşdü, iflic vəziyyətində idi, iqtisadi böhran 

hökm sürürdü və faktiki olaraq, ölkənin gələcəyi qeyri-müəyyən 

idi.  Erməni  qəsbkarları  bu  amildən,  eyni  zamanda,  başqa 

amillərdən,  xarici  hərbi  yardımdan  istifadə  edərək,  bizim 

torpaqlarımızı  işğal  ediblər.  İndi  onlar  bəzi  hallarda  sübut 

etməyə  çalışırlar  ki,  müharibədə  qələbə  qazanıblar.  Bu  belə 

deyil,  əsla  belə  deyil!  Çünki  müharibə  hələ  bitməyib, 

müharibənin  birinci  dövrü  başa  çatıb  və  xarici  dəstəyin 

nəticəsində  bizim  torpaqlarımız  erməni  işğalçıları  tərəfindən 



 162 

zəbt  edilibdir.  90-cı  illərin  əvvəlindəki  vəziyyətdən  fərqli 

olaraq,  biz  bu  gün  daha  güclüyük.  Biz  iqtisadi  imkanlarımızı 

artırırıq  və  bu  gün  Azərbaycan  iqtisadiyyatı  Ermənistan 

iqtisadiyyatı  ilə  müqayisədə  həcm  baxımından  5-6  dəfə 

böyükdür.  Bu  həcm  getdikcə  artacaq  və  bütün  imkanlarımızı 

səfərbər  edib  güclü  dövlət,  güclü  iqtisadiyyat  yaradacağıq  ki, 

ərazi bütövlüyümüzü bərpa edək. Biz güclü ordu yaradırıq. 

Əminəm ki, bütün bu amillər – Azərbaycanın uğurlu iqtisadi 

siyasəti,  xarici  siyasəti,  bölgədəki  nüfuzu  və  artan  rolu,  bizim 

iqtisadi  potensialımız  və  enerji  baxımından  güclü  olmağımız, 

ordu  quruculuğunun  sürətlə  getməsi  danışıqlar  prosesinə  də 

müsbət təsir göstərir. Əgər bir neçə il bundan əvvəl Ermənistan 

tərəfi  danışıqlar  zamanı  Dağlıq  Qarabağa  müstəqilliyin 

verilməsini tələb edirdisə, bu gün bu belə deyildir. Bu gün onlar 

da  anlayırlar  ki,  heç  vaxt  Dağlıq  Qarabağa  müstəqillik 

verilməyəcək,  heç  vaxt  Dağlıq  Qarabağ  Ermənistana 

birləşməyəcəkdir.  Bu,  artıq  təkcə  bizim  mövqeyimiz  deyil  – 

bütün zamanlarda bizim mövqeyimiz bundan ibarət olmuşdur – 

eyni  zamanda,  beynəlxalq  vasitəçilərin  mövqeyidir  və 

Ermənistan  tərəfi  məcbur  olub  bu  reallıqla  hesablaşır.  Əgər 

vaxtilə 4 rayonun Azərbaycana qaytarılması məsələsi müzakirə 

olunurdusa,  daha  doğrusu,  Ermənistan  tərəfindən  irəli 

sürülürdüsə,  bu  gün  artıq  bu  da  keçmişdə  qalıbdır.  İndi  7 

rayonun,  bütün  işğal  olunmuş  torpaqların  Azərbaycana 

qaytarılmasından söhbət gedir. Bunu Ermənistandan beynəlxalq 

vasitəçilər,  ATƏT-in  Minsk  qrupu  tələb  edir  və  Ermənistan 

rəhbərliyi  məcbur  olub  bunu  qəbul  edir.  Yəni  bu  çox  böyük 

irəliləyişdir, çox böyük uğurlardır. 

Düzdür, məsələ hələ ki, öz həllini tapmayıb, amma biz buna 

yaxınlaşırıq.  Bizim  siyasətimiz,  gücümüz,  imkanlarımız  və 

qətiyyətimiz  o  günü  yaxınlaşdırır  və  danışıqlar  çərçivəsində 

əldə edilmiş irəliləyiş Azərbaycanı qane edir. Hələ tam şəkildə 

deyə bilmərəm ki, təklif edilən variantda hər şey bizi qane edir. 

Bəzi məsələlər bizi qane etmir və biz onlarla razı ola bilmərik. 

Amma  bütövlükdə  danışıqların  gedişatı  müsbət istiqamətdədir. 




 

163 


Biz  buna  nəyin  hesabına  nail  olmuşuq?  Yəni  həm  beynəlxalq 

ictimaiyyətin, həm Ermənistan rəhbərliyinin güzəştlərə getməyə 

hazır  olmasına  və  artıq  dediyim  məsələlərə  razılıq  verməsinə 

nəyin  hesabına  nail  ola  bilmişik?  Ancaq  öz  gücümüzün 

hesabına. Ona görə ki, Ermənistan anlayır ki, artıq Azərbaycan 

güclü  dövlətə  çevrilibdir.  Azərbaycanın  beynəlxalq  mövqeləri 

möhkəmlənir,  Azərbaycan  Avropa  təhlükəsizliyi  üçün,  enerji 

təhlükəsizliyi üçün əvəzolunmaz ölkəyə çevrilir, Azərbaycan öz 

zəngin  neft-qaz  yataqlarının  işlənilməsinə  uğurla  nail  olubdur 

və  bu  gün  qonşu  ölkələri,  Avropa  və  dünya  ölkələrini  enerji 

resursları ilə xeyli  dərəcədə təmin edir. 

Azərbaycan  iqtisadi  artıma  görə  ardıcıl  olaraq  3  ildir 

dünyada  birinci  yerdədir.  Azərbaycan  öz  ordu  quruculuğunu 

gücləndirir,  keçən  il  və  bu  il  orduya  ayrılan  təxminən  iki 

milyard  yarım  dollar  vəsait  bizim  imkanlarımızı,  gücümüzü 

artırır.  Ermənistan  tərəfi  bunu  bilir  və  bununla  hesablaşmağa 

məcburdur.  Vaxt  bizə  işləyir.  Mən  bir  daha  demək  istəyirəm, 

bizim  hamımız  istəyirik  ki,  tezliklə  torpaqlarımız  işğalçılardan 

azad  edilsin.  Soydaşlarımız  tezliklə  öz  doğma  yurduna,  öz 

doğma torpaqlarına qayıtsınlar. Bir daha qeyd etmək istəyirəm 

ki, artıq bu rayonların bərpası üçün də bizim imkanlarımız var. 

Ancaq mən istəyirəm ki, imzalanacaq sülh sazişi Azərbaycanın 

maraqlarını  tam  şəkildə  təmin  etsin.  Mən  hələ  deyə  bilmərəm 

ki, tam şəkildə bizi qane edir. Ona görə biz danışıqlar prosesini 

davam  etdirəcəyik,  öz  mövqeyimizdən  dönməyəcəyik. 

Azərbaycanın  ərazi  bütövlüyü  müzakirə  mövzusu  deyil, 

olmayıb  və  olmayacaqdır.  Dağlıq  Qarabağa,  orada  yaşayan 

ermənilərə  və  ora  qayıdacaq  azərbaycanlılara  Azərbaycanın 

ərazi  bütövlüyü  çərçivəsində  yüksək  idarəetmə  statusu  verilə 

bilər. Başqa Avropa ölkələrində biz bunu görürük, bu ölkələrdə 

muxtariyyət  formaları  var,  müxtəlif  formalar  var  və  onların 

hamısı  ölkələrin  ərazi  bütövlüyü  çərçivəsində  həll  olunubdur. 

Biz  heç  bir  yeni  formanı  icad  etmək  fikrində  deyilik.  Bizim 

mövqeyimiz  tarixi  həqiqətə  əsaslanır.  Qarabağ,  o  cümlədən 

Dağlıq  Qarabağ  əzəli  Azərbaycan  torpağıdır,  əsrlər  boyu  azər-



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə