İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə51/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   47   48   49   50   51   52   53   54   ...   121

 

167 


Mən  bu  gözəl,  beynəlxalq səviyyəli  olimpiya  kompleksinin 

açılışı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, 

uğurlar arzulayıram. Sağ olun. 

 

 



 

 

 

 

 


 168 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ, ALİ BAŞ 

KOMANDAN İLHAM ƏLİYEV  

CƏBHƏ XƏTTİNDƏ OLMUŞ 

HƏRBÇİLƏRİ MÜKAFATLANDIRMIŞDIR 

 

17 yanvar 2008-ci il 

 

Azərbaycan  prezidenti,  Silahlı  Qüvvələrin  Ali  Baş  Ko-

mandanı  İlham  Əliyev  yanvarın  17-də  Ağdam  rayonuna  səfəri 

zamanı cəbhə xəttində də olmuşdur. 

Hərbçilər Ali Baş Komandana raport verdilər. 

Dövlətimizin  başçısı  səngərdə  qurulmuş  məntəqədən  işğal 

altında  olan  əraziləri  müşahidə  etdi,  əsgərlərin  ixtiyarındakı 

hərbi ləvazimatla tanış oldu. 

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı 

İlham  Əliyev  döyüş  bölgəsindəki  xidmətdə  fərqlənən  hərbçiləri  – 

Baş  leytenant  Pərviz  Ələkbərovu,  kiçik  çavuş  Cavid  Muradovu, 

əsgər Əzizxan Vəliyevi medallarla təltif etdi. 

İ l h a m   Ə l i y e v: Ordumuzda xidmət etmək çox şərəfli 

işdir.  Amma  ön  mövqedə  dayanmaq,  əlbəttə,  böyük  məsuliy-

yətdir. Bizdə atəşkəs rejimi var, amma sülh sazişi yoxdur. Özü 

də  bu  atəşkəs  rejimi  tez-tez  pozulur.  Ona  görə  siz  bütün 

hadisələrə  hər  an  hazır  olmalısınız.  İndi  geyimlə,  yeməklə 

bağlı vəziyyət yaxşıdır. 



S ə f ə r   Ə b i y e v (Müdafiə naziri): Cənab Prezident, heç 

bir problem yoxdur. 



İ l h a m   Ə l i y e v: Yaxşı yemək olmalıdır, xüsusilə bu 

hava şəraitində, isti paltar olmalıdır. 



S ə f ə r   Ə b i y e v: Sizə minnətdarlığımızı bildirmək istə-

yirik. Çox gərgin iş qrafikinizə baxmayaraq, vaxt ayırıb buraya 

gəldiniz.  Çox  sağ  olun.  Bir  neçə  rayonda  hərbçilər  üçün  evlər 

tikilir.  Hesab  edirik  ki,  bu  ilin  axırına  kimi  onları  Sizin 

göstərişinizlə təhvil verəcəyik. 



 

169 


İ l h a m   Ə l i y e v:  Orduya diqqət həmişə yüksək səviyyədə 

olmalıdır.  İndi  Azərbaycanın  dövlət  xərclərinin  ən  böyük  hissəsi 

orduya  yönəldilir.  Bu  il  büdcədə  ən  böyük  xərclər  ordu  qurucu-

luğunadır, yəni 1 milyard 200 milyon dollar xərclənəcəkdir. Əlbəttə 

ki, buraya silahların alınması, zabitlərin sosial məsələlərinin həlli də 

daxildir. Nazir dedi ki, evlər tikilir, maaş artırılıbdır. Gələcəkdə yenə 

də  artıracağıq.  Bizim  əsgərlərimiz,  zabitlərimiz,  gizirlərimiz  sosial 

baxımdan  müdafiə  olunmalıdırlar.  İndi  bizim  iqtisadi  imkanımız  da 

artır,  yeni  binalar  tikiləcəkdir.  Hərbi  hissələr  tikilir  və  tikilməlidir, 

maaş  da  artırılacaqdır.  O  tərəfdə,  bizim  torpaqlarımızı  işğal  edən 

işğalçı  qüvvələr  bunu  bilirlər.  Bilirlər  ki,  vaxt  gələcək  və  onlar 

buradan  çıxmalı  olacaqlar.  Onlar  üçün  yaxşı  olar  ki,  öz  xoşları  ilə, 

müharibəsiz  getsinlər.  Yox,  getməsələr,  onda  öz  torpaqlarımızı  geri 

qaytarmağa bizim tam haqqımız var. Haqqımız var, indi imkanımız 

da  var,  silahımız  da  var,  əsgərlərimiz  də  var.  Ona  görə  peşəkarlıq 

artırılmalıdır və xüsusilə belə çətin şəraitdə xidmət edənlər üçün yaxşı 

şərait yaradılmalıdır. 

Yenə  də  deyirəm,  ordunun  hər  bir  hissəsində  xidmət  etmək 

böyük şərəfdir. Ancaq düşmənlə ön mövqedə üzbəüz olmaq sizin 

üçün çox böyük bir vəzifədir. Siz hamınız gəncsiniz. 

Neçə yaşınız var? 

Ə s g ə r l ə r: 19-20 yaşımız var. 

İ l h a m   Ə l i y e v: Gəncsiniz, amma siz Azərbaycanın 

müdafiəsində,  keşiyində  dayanmısınız.  Azərbaycanın  güclü, 

vətənpərvər gənc nəsli yetişir. 

Bu  gün  Ağdamda  yeni  gözəl  Olimpiya  İdman  Kompleksi 

istifadəyə  verilmişdir  ki,  gənclər  orada  idmanla  məşğul  olsunlar. 

Bizim  işimiz  haqq  işidir.  Biz  başqasının  torpağını  zəbt  etməmişik. 

Ona görə bütün cəhətlərdən, o cümlədən həm mənəvi cəhətdən, həm 

tarix  baxımından,  həm  də  hüquqi  baxımdan  tam  haqlıyıq  ki, 

düşməni buradan vurub çıxaraq. Elə də olacaqdır. 

 

* * * 



Ali Baş Komandan İlham Əliyev daha sonra artilleriya bölüyündə 

oldu, burada xidmətdə fərqlənənlərə medallar təqdim etdi. 

 



 170 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

AĞCABƏDİ RAYONUNA SƏFƏRİ 

 

Ağcabədi rayonu 



 

17 yanvar 2008-ci il 

 

Azərbaycan  prezidenti  İlham  Əliyev  yanvarın  17-də 



Ağdam rayonundan Ağcabədi rayonuna gəlmişdir. 

Rayon  mərkəzində  sakinlər  dövlətimizin  başçısını  böyük 

hörmət və ehtiramla qarşıladılar. 

Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin 

şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu. 

Həmin gün Ağcabədi şəhərinə təbii qazın verilməsi müna-

sibətilə  mərasim  keçirildi.  Rayon  icra  hakimiyyətinin  başçısı 

Şahin  Məmmədov,  «Azəriqaz»  Səhmdar  Cəmiyyətinin  sədri 

Əlixan Məlikov, rayon ağsaqqalı Aqil Muradov çıxış etdilər. 

Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 

 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə