İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə53/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   49   50   51   52   53   54   55   56   ...   121

 174 

Həm dövlət tərəfindən ünvanlı sosial yardım göstərilir, həm də 

ki,  kommunal  ödənişlərlə,  yığımla  məşğul  olan  qurumlar 

diqqətli və vicdanlı olmalıdır. Yəni ki, biz bu layihədən heç bir 

iqtisadi nəticə gözləmirik. Nəzərə alsaq ki, Azərbaycanda əhaliyə 

satılan  qazın  qiyməti  çox  aşağıdır  –  min  kubmetri  təxminən  47 

manatdır,  dünya  qiymətindən  5-6  dəfə  aşağıdır  və  MDB 

məkanında  yerləşən  ölkələrdəkindən  2-3-4  dəfə  aşağıdır.  Buna 

baxmayaraq, biz bütün bu işləri görürük. Nə üçün? Ona görə ki, 

insanlar daha da yaxşı yaşasınlar. İnsanların evlərində qaz olsun, 

müəssisələrə  qaz  verilsin,  sənaye  inkişaf  etsin,  insanların  həyatı 

yaxşılaşsın. Bizim apardığımız bütün siyasət bundan ibarətdir. 

Bunu təmin etmək üçün iqtisadi güc lazımdır. İqtisadi gücü 

də  biz  yaradırıq.  Azərbaycanın  uğurlu  inkişafı  ona  gətirib 

çıxarıb  ki,  son  dörd  il  ərzində  iqtisadiyyatın  həcmi  2  dəfə 

artıbdır.  Bu,  heç  bir  başqa  ölkədə  olmayıb  və  əminəm  ki, 

olmayacaqdır. İqtisadi islahatlarımız ona gətirib çıxarıb ki, dörd 

il  ərzində  büdcə  xərcləri  10  dəfə  artıbdır.  İndi  bizim  büdcə 

xərclərimiz  12  milyard  dollar  həcmindədir.  Bu  nə  deməkdir? 

Maaşların,  pensiyaların  artırılması,  sosial  müavinətlərin 

həcminin  artırılması,  infrastruktur  layihələrinin  həyata 

keçirilməsi, qaz xətlərinin, su kəmərlərinin, yolların çəkilməsi, 

elektrik  stansiyalarının  tikilməsi  deməkdir.Yəni  bütün  bu 

istiqamətlərdə Azərbaycanda işlər gedir. Haraya baxsaq görərik 

ki, bütün istiqamətlərdə vəziyyət müsbətə doğru dəyişir. 

Elektrik enerjisi ilə təminat yaxşılaşır. Azərbaycanda tikilən 

elektrik  stansiyaları  kifayət  qədər  enerji  gücü  yaradıbdır. 

Gələcək  illərdə  də  yeni  stansiyalar  tikiləcək,  elektrik  xətləri 

çəkiləcək  və  bundan  sonra  elektrik  enerjisi  ilə  bağlı  heç  bir 

problem  olmayacaqdır.  Qaz  xətləri  də  artıq  çəkilibdir.  İlkin 

mərhələdə Ağcabədidə 500, ondan sonra 1000, daha sonra 4000 

abonentə qaz veriləcəkdir. Gələcəkdə tələbat artarsa – əminəm 

ki, artacaq, həm əhali artır, həm də yeni müəssisələr yaradılır – 

daha da böyük həcmdə qaz veriləcəkdir. 

Bildiyiniz  kimi,  Azərbaycanda  böyük  qaz  ehtiyatları  aşkar 

edilibdir  və  biz  indi  Avropa  üçün  qaz  ixrac  edən  ölkəyə 




 

175 


çevrilirik.  Əlbəttə,  bununla  həm  iqtisadi,  həm  siyasi  ma-

raqlarımızı  daha  çox  təmin  edəcəyik.  Ancaq  bir  daha  demək 

istəyirəm  ki,  ilk  növbədə  Azərbaycanın  daxili  tələbatı  ödənil-

məlidir.  Burada  «Azəriqaz»ın  sədrinin  çıxışı  da  səsləndi. 

Ölkəmizin əhalisinin, demək olar ki, 80 faizi qazla təmin olunur. 

Bu, dünya  miqyasında çox böyük  göstəricidir. O ki qaldı bizim 

bölgəyə, bunun analoqu yoxdur. 

İqtisadi  imkanlar  artdıqca,  əlbəttə  ki,  sosial  məsələlərə  də 

daha böyük diqqət göstəriləcəkdir. Bu məsələlər bir-biri ilə sıx 

bağlıdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının 

əsas məqsədi bölgələri inkişaf etdirməkdir. Bildiyiniz kimi, mən 

bölgələrdə  oluram,  vəziyyətlə  tanış  oluram  və  görürəm  ki, 

bölgələr abadlaşır, gözəlləşir. Ağcabədinin özündə son bir neçə 

il  ərzində  böyük  işlər  görülübdür.  Yollar  salınıb,  binalar 

abadlaşıb  və  bu  proses  davam  etdiriləcəkdir.  Ağcabədinin 

inkişafına bir müddət bundan əvvəl xüsusi vəsait ayrılmışdır və 

o vəsaitdən abadlıq işləri üçün istifadə edilir. Vəsaitin yenə də 

ayrılması  nəzərdə  tutulur.  Mən  Bakıya  qayıdandan  sonra 

müvafiq  göstərişlər  verəcəyəm  ki,  rayonun  inkişafına  əlavə 

vəsait  ayrılsın,  burada  işlər  daha  da  sürətlə  getsin.  Bölgələrin 

inkişafı  həm  məşğulluğun  artmasıdır,  həm  yerli  istehsalın 

artmasıdır,  həm  də  insanların  həyat  səviyyəsinin  yaxşılaşdırıl-

masıdır.  Artıq  rəsmi  statistika  göstərir  ki,  son  dörd  il  ərzində 

600  mindən  çox  yeni  iş  yerləri  açılmışdır  ki,  onlardan  da  460 

mini  daimi  iş  yerləridir.  İnsanlar  işlə  təmin  olunurlar,  yeni 

fabriklər,  zavodlar,  digər  müəssisələr  yaradılır  və  bu  proses 

daha da sürətlə gedəcəkdir. Sahibkarlıq daha da sürətlə inkişaf 

edəcəkdir.  Son  3-4  il  ərzində  hər il sahibkarlara  təxminən 100 

milyon  dollar  həcmində    güzəştli  kreditlər  verilir.  Bu  kreditlər 

işləyir,  kreditlərin  hesabına  işlər  görülür,  zavodlar,  fabriklər, 

kiçik  müəssisələr  yaradılır,  həm  insanlar  işlə  təmin  olunurlar, 

həm də bölgələrdə inkişaf gedir. Dövlət bundan sonra da bütün 

infrastruktur  layihələrinə  böyük  miqdarda  vəsait  ayıracaqdır. 

Bir tərəfdən, elektrik stansiyaları tikmək, yollar, qaz xətləri, su 

kəmərləri çəkmək üçün, bütün başqa infrastruktur layihələrinə, 



 176 

digər  tərəfdən,  sahibkarlığa  dəstəyin  artırılması  üçün  əlavə 

vəsait  ayrılacaq  ki,  özəl  sektor  daha  da  sürətlə  inkişaf  etsin. 

Qeyri-neft  sektoru  inkişaf  etsin,  bölgələr  inkişaf  etsin  və  biz 

bunu  görürük.  Hər  bir  bölgədə  inkişaf  var.  Hər  bir  sahədə 

irəliləyiş  var.  Mən  istəyirəm  ki,  bu  daha  da  sürətli  olsun. 

İstəyirəm  ki,  götürülən  bu  yüksək  sürət  daha  da  artsın  və 

Azərbaycan qısa müddət ərzində inkişaf etmiş ölkəyə çevrilsin. 

Buna  bütün  imkanlar  var.  Mən  buna  tam  əminəm.  Bu  günə 

qədər  qəbul  edilmiş  bütün  qərarlar  və  proqramlar  uğurla  icra 

edilir.  Bir  dənə  də  yanlış  addım  atılmamışdır.  Qəbul  edilmiş 

bütün  qərarlar  düzgün  olmuşdur.  Azərbaycanın  indiki  inkişaf 

səviyyəsi bunun əyani nümunəsi və nümayişidir. 

Beləliklə,  Azərbaycanın  gələcək  inkişafında  mən  heç  bir 

problem görmürəm. Bizim böyük neft və qaz ehtiyatlarımız var, 

bu  ehtiyatları  biz  hasil  edirik,  onları  ixrac  edirik,  neft  və  qaz 

kəmərlərimiz  var.  Bundan  çox  böyük  miqdarda  xarici  valyuta 

əldə  edirik.  Bunu  insanların  həyat  səviyyəsinin  yaxşılaşdırıl-

masına,  ordu  quruculuğuna  yönəldirik.  Azərbaycanda  növbəti 

illərdə  həm  iqtisadi,  həm  də  sosial  problemlərin  həlli  daha  da 

sürətlə  gedəcəkdir.  Bir  neçə  il  bundan  əvvəl  qəbul  edilmiş 

proqramlar icra olunur və onlara əlavələr edilir. 

Misal  üçün,  mən  bu  gün  səhər  Ağdam  rayonunda  idim  və 

orada  çıxışımda  qeyd  etdim  ki,  məcburi  köçkünlərin  həyat, 

yaşayış  səviyyəsinin  yaxşılaşdırılması  və  məşğulluğunun 

artırılmasına  dair  Dövlət  Proqramına  biz  keçən  ilin  sonunda 

əlavələr etdik. Bunun nəticəsində 500 milyon manat həcmində 

əlavə  vəsait  nəzərdə  tutulur.Yeni  qəsəbələr  salınacaq,  yeni 

yollar, məktəblər, xəstəxanalar tikiləcəkdir. 

Regional  inkişaf  proqramının,  demək  olar  ki,  müddəti  başa 

çatır. İndi yeni proqram, növbəti 5 ili əhatə edən, 2009–2013-cü 

illər  üçün  nəzərdə  tutulan  proqram  hazırlanır.  Hökumətə 

göstəriş  vermişəm  ki,  o  proqramda  artıq  bütün,  lap  xırda 

məsələlər  də  əks  olunsun,  hər  bir  kəndin  problemləri  təhlil 

edilsin  və  onların  həlli  üçün  əməli-praktiki  cədvəl  tutulsun, 

maliyyə mənbələri müəyyən olunsun. Beləliklə, əgər biz hər bir 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə