183
İ l h a m Ə l i y e v: Evdə yaşamaq üçün hər şey olmalıdır.
Siz neçənci ildə yaralanmısınız?
R a m i l N a ğ ı y e v: 1994-95-ci ildə, hər iki ayağımı
itirmişəm. Cənab Prezident, mənim iki qardaşım da müharibə
veteranıdır. Biri həm Əfqanıstanda, həm də Şuşada vuruşmuş, o
biri Zəngilanın, Qubadlının düşməndən müdafiəsində iştirak
etmişdir. Ağcabədidə 2 hərbi əlil ailəsi varsa, onun biri bizik.
İ l h a m Ə l i y e v: Növbədə nə qədər adam qalıb?
Ş a h i n M ə m m ə d o v: 80 nəfərdən artıq. Bu Sizin
tapşırığınızdan sonra tikilən binadır.
İ l h a m Ə l i y e v: Sonra fikirləşmək lazımdır, sağlam-
lığını itirmiş insanları hansı işlə təmin etmək olar. Elə iş ki,
fiziki hərəkət tələb etməsin. Cavan oğlandır, ayaqlarını itiribdir.
İndi yeni imkanlar yaranır, işsizlik aradan qaldırılır. Fiziki
cəhətdən sağlam adam gedib istənilən yerdə – rayonlarda da,
Bakıda da tikintidə, biznesdə, başqa yerlərdə özünə iş tapa bilər.
Amma yaralanmış insanlar üçün çətindir. Əlbəttə, dövlət
pensiya verir, verəcəkdir, məbləği də artacaqdır. Ancaq iş olsa,
kabinet işi olsa, daha yaxşı olar. Əvvəllər hansı işlə məşğul
olmusan, neçə yaşın vardı yaralananda?
R a m i l N a ğ ı y e v: Xeyr, işləmirdim, yaralananda 18
yaşım vardı.
İ l h a m Ə l i y e v: İndi rayona qaz verilibdir. Bu binaya
necə? Bir az soyuqdur deyə soruşuram.
Ş a h i n M ə m m ə d o v: Quzey tərəf olduğu üçündür,
amma istilik sistemi işləyir.
R a m i l N a ğ ı y e v: Minnətdarıq, cənab Prezident.
İ l h a m Ə l i y e v : 15 il idi qaz verilməsi dayanmışdı.
Bu, birinci mərhələdi, ikinci mərhələdə daha da artırılacaqdır.
R a m i l N a ğ ı y e v: Cənab Prezident, baxmayaraq ki,
mən hər iki ayağımı itirmişəm, bütün Ağcabədi gəncləri adın-
dan istərdim deyəm ki, biz hər an Ali Baş Komandan kimi,
Sizin əmrinizə hazır dayanmışıq. Qarabağ torpaqlarını, inşallah,
son damla qanımıza qədər döyüşə-döyüşə işğaldan azad
edəcəyik.
184
İ l h a m Ə l i y e v: Edəcəyik. Bizdə həm imkan var, həm
ordu güclənir, həm də vətənpərvər insanlar, gənclər var. Bax,
sənin kimi vətənpərvərlik ruhunda tərbiyə alanlar. Məsələni
mütləq həll edəcəyik.
Daha sonra prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva yeni mənzil almış başqa bir sakinin – şəhid ailəsinin
evinə baş çəkdilər.
Mənzil sahibləri dövlət başçısını və xanımını böyük min-
nətdarlıq hissi ilə qarşıladılar. Azərbaycan prezidenti mənzil
sahibinin oğlanları ilə xatirə şəkli çəkdirdi. Ailə üzvləri onları
yeni və yaraşıqlı isti mənzillərin verilməsi ilə sevindirən Azər-
baycan prezidentinə və xanımına hədsiz minnətdarlıqlarını ifa-
də etdilər. Ulu öndər Heydər Əliyev tərəfindən qurulan müasir
Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi işində
prezident İlham Əliyevə uğurlar arzuladılar. Ev sahibi dedi ki,
əgər lazım gələrsə, işğal altında olan torpaqlarımızın azad
olunması üçün hətta özü də oğulları ilə birlikdə cəbhə xəttinə
getməyə hazırdır.
Mənzil sahibini təbrik edən dövlətimizin başçısı bildirdi ki,
işğal altında olan torpaqlarımız nəyin bahasına olursa-olsun,
geri qaytarılacaqdır.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
yeni binanın sakinləri ilə görüşüb, xatirə şəkli çəkdirdilər.
185
DAXİLİ QOŞUNLARIN «N» HƏRBİ HİSSƏSİ İLƏ
TANIŞLIQ
17 yanvar 2008-ci il
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev
Ağdam və Ağcabədi rayonlarına səfəri çərçivəsində yanvarın 17-
də Daxili Qoşunların «N» hərbi hissəsində olmuşdur.
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Azər-
baycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə raport verdi.
Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə yaxından
tanış oldu. Məlumat verildi ki, hərbi hissənin yeni binası qısa vaxt
ərzində ən müasir standartlara uyğun şəkildə inşa edilmişdir. Ali
Baş Komandanın birbaşa tapşırığı ilə bütün hərbi hissələrdə
olduğu kimi, burada da əsgərlərin nümunəvi xidmət göstərməsi
üçün bütün lazımi şərait yaradılmışdır.
Hərbi hissənin birinci mərtəbəsində müstəqil Azərbaycan
dövlətinin memarı, milli ordu quruculuğunun əsasını qoymuş
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks
etdirən guşə təşkil olunmuşdur. Ali Baş Komandan guşəyə,
əsgər kazarmasına baxdı, əsgərlərin geyimlərinin keyfiyyəti ilə
maraqlandı. Bildirildi ki, burada istifadə üçün bütün əşya və
ləvazimatlar ən müasir tələblər səviyyəsindədir. Müxtəlif növ
geyim dəstləri ölkəmizdə istehsal edilib və olduqca
keyfiyyətlidir.
Prezident İlham Əliyev müasir tələblər səviyyəsində hərbi
geyimlərin, çarpayı və yataq dəstlərinin və digər ləvazimatların
ölkəmizdə istehsal olunmasını yüksək qiymətləndirdi.
Ali Baş Komandan daha sonra hərbçilərin təlim-tədris mər-
kəzi ilə tanış oldu. Bildirildi ki, əsgərlərin hərbi hazırlığının