İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə46/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   42   43   44   45   46   47   48   49   ...   121

 148 

bütün imkanlar açıqdır, vəsaitimiz də var. Gərək 2008-ci ildə bu 

sahədə daha da böyük işlər görülsün.Ümid edirəm ki, biz buna 

nail olacağıq. Azərbaycanda çox güclü müdafiə sənayesi, hərbi 

sənaye yaradılacaqdır. 

Bir  daha  demək  istəyirəm  ki,  bugünkü  iclasda  2008-ci  ildə 

görüləcək  bütün  işlər  haqqında  danışmaq  mümkün  deyil,  bir 

neçə saat vaxt aparar. Bizim hökumətimiz yaxşı işləyir, nazirlər 

öz  vəzifələrini  bilirlər.  Azərbaycanda  çox  gözəl  idarəetmə 

mexanizmi,  idarəetmə  sistemi  yaranıbdır.  Hesab  edirəm  ki, 

2008-ci  ildə  bütün  bu  müsbət  nailiyyətlər  artırılmalıdır.  Bütün 

nazirlər  hərə  öz  yerində  işini  davam  etdirəcəkdir.  Mən  yaxşı 

nəticələri  görəndə  sevinirəm,  qüsurlar  olanda  onları  deyirəm, 

töhmət  edirəm.  Mən  istəyirəm  ki,  Azərbaycanda  hər şey  yaxşı 

olsun. İstəyirəm ki, ölkəmiz daha da güclü olsun, xalqımız rahat 

yaşasın,  xalqı  narahat  edən  problemlər  aradan  qaldırılsın, 

məmurlar  öz  vəzifə  borcuna  məsuliyyətlə  yanaşsınlar.  Hər  bir 

məmur  ilk  növbədə  elə  etməlidir  ki,  onun  sahəsində  irəliləyiş, 

tərəqqi  olsun,  yaxşı  nəticələr  olsun.  Birbaşa  xalqla  ünsiyyətdə 

olan  məmurlar  elə  etməlidirlər  ki,  insanlar  onların 

fəaliyyətindən  razı  qalsınlar.  Diqqətli  olmalıdırlar,  yaddan 

çıxarmamalıdırlar  ki,  biz  xalq  üçün  çalışırıq,  əksinə  deyil. 

Bizim  vəzifəmiz  xalqa  xidmət  etməkdir.  Məni  xalq  prezident 

seçibdir ki, xalqa öz xidmətimi göstərim. Mən icra strukturlarını 

formalaşdırım  ki,  biz  hamımız  xalqa  xidmət  edək,  ölkəmizi 

gücləndirək və güclü Azərbaycan dövlətini yaradaq. 

2008-ci  il  yaxşı  başlayır.  Əminəm  ki,  biz  2008-ci  ili  yaxşı 

nəticələrlə  başa  vuracağıq.  Bu  işlərdə  sizin  hamınıza  uğurlar 

arzulayıram. 

Sağ olun. 

 

 

 



 

 

 




 

149 


 

 

 



 

 

 




 150 

 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

ABŞ SENATORU RİÇARD LUQARIN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

13 yanvar 2008-ci il 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan-



varın 13-də Prezident sarayında ABŞ senatoru Riçard Luqarın 

başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  ABŞ-la  Azərbaycan  arasında  ikitərəfli 

əməkdaşlığın  bütün  sahələrdə  uğurla  inkişaf  etdiyini  bildirdi. 

Prezident İlham Əliyev vurğuladı ki, ABŞ senatorunun rəhbərlik 

etdiyi  nümayəndə  heyətinin  Azərbaycana  bu  səfəri  ikitərəfli 

əlaqələrə və regional inkişafa dair bir çox məsələlərin müzakirə 

olunmasına,  ölkələrimizin  mühüm  strateji  sahələrdə  daha  da 

möhkəm  tərəfdaşlıq  əlaqələrinin  inkişaf  etdirilməsinə  kömək 

edəcəkdir.  Senator  Riçard  Luqarın  Azərbaycana  göstərdiyi 

diqqət  və  dəstəyi  yüksək  dəyərləndirən  prezident  İlham  Əliyev 

Azərbaycan–ABŞ 

əməkdaşlığının 

gələcəkdə 

daha 

da 

genişlənəcəyinə  və  bunun regionun  təhlükəsizliyinə  töhfə  verə-

cəyinə əminliyini söylədi. 

Senator  Riçard  Luqar  Azərbaycanla  ABŞ  arasında  güclü 

tərəfdaşlıq  əlaqələrinin  olduğunu  bildirdi,  Azərbaycanın  anti-

terror  koalisiyasındakı  fəal  iştirakını  yüksək  qiymətləndirdi. 

Senator  dedi  ki,  prezident  İlham  Əliyevin  rəhbərliyi  altında 

Azərbaycanda  həyata  keçirilən  inkişaf  prosesləri  böyük  əhə-

miyyət  daşıyır.  O  bu  münasibətlə  dövlət  başçısını  təbrik  etdi, 

indiki səfərinin  Azərbaycandakı inkişaf  prosesləri ilə  yaxından 

tanış olmaq üçün yaxşı fürsət yaradacağını vurğuladı. 


 

151 


 

 

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN  

ATƏT-in MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ VƏ 

ATƏT-in HAZIRKI SƏDRİNİN XÜSUSİ  

NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜ 

 

Prezident sarayı 

 

14 yanvar 2008-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



yanvarın  14-də  Prezident  sarayında  ATƏT-in  Minsk  qrupunun 

həmsədrləri  Bernar  Fasyeni  (Fransa),  Yuri  Merzlyakovu 

(Rusiya),  Mətyu  Brayzəni  (ABŞ)  və  ATƏT-in  hazırkı  sədrinin 

xüsusi nümayəndəsi Anji Kasprşiki qəbul etmişdir. 

Görüşdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqi-

şəsinin  həlli  ilə  bağlı  aparılan  danışıqların  hazırkı  vəziyyətinə 

dair məsələlər müzakirə edilmişdir. 

 

 


 152 

 

 

 

HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ  

ZATİ-ALİLƏRİ 

XANIM PRATİBHA PATİLƏ 

 

Hörmətli xanım Prezident! 

Hindistanın  milli  bayramı  –  Respublika  günü  münasi-

bətilə  Sizi  və  Sizin  simanızda  bütün  xalqınızı  öz  adımdan  və 

Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. 

Əminəm  ki,  Azərbaycan  ilə  Hindistan  arasındakı  ənənəvi 

dostluq  və  əməkdaşlıq  münasibətləri  xalqlarımızın  istək  və 

iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir. 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan 

xalqına sülh və rifah arzulayıram. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 16 yanvar 2008-ci il 



 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə