İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə43/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   39   40   41   42   43   44   45   46   ...   121

 

139 


vəziyyətdən  əziyyət  çəkir.  Ona  görə  mən  artıq  tapşırıqlar 

verdim,  bir  daha  bunu  demək  istəyirəm.  Hesab  edirəm, 

Naxçıvanda  əlavə  qaz-mazut  elektrik  stansiyası  tikilməlidir  ki, 

biz  qazdan  tam  asılılığı  azaldaq.  Biz  mazut  ehtiyatlarını  yığa 

bilərik  ki,  əgər  qışda  xaricdən  qazın  verilməsi  ilə  bağlı  yenə 

problem  yaranarsa,  onda  muxtar  respublikada  enerji  böhranı 

yaranmasın. 

Bununla  bərabər,  Neft  Şirkətinə  tapşırıq  verirəm  ki, 

Naxçıvanda  yeraltı  qaz  anbarlarının  yaradılması  imkanlarını 

araşdırsın.  Əgər  belə  imkanlar  varsa,  orada  təxminən  300 

milyon  kubmetr  həcmində  qaz  anbarları  tikilməlidir.  Yay 

aylarında İrandan alınan qazı biz ora dolduracağıq. Əgər İranda 

böhran yaranarsa, onda biz yeraltı anbardan o qazı götürəcəyik. 

Beləliklə,  bu  məsələ  də  öz  həllini  tapmalıdır.  Bunun  texniki 

imkanları araşdırılmalıdır və biz bunu etməliyik. 

Mənə  verilən  məlumatlara  görə,  bəzi  yerlərdə,  rayonlarda 

gecələr,  axşamlar  qazın,  elektrik  enerjisinin  verilməsi  dayan-

dırılır.  Bunun  səbəbləri  ondan  ibarətdir  ki,  borclar  var,  pulu 

əhalidən  tam  yığa  bilmirlər.  Əlbəttə,  biz  hər  sahədə  qayda-

qanun yaratmalıyıq, hər sahədə şəffaflıq olmalıdır, hər bir məh-

sulun öz qiyməti var və o qiymət ödənilməlidir. Nəzərə alsaq ki

keçən il Azərbaycanda əhalinin pul gəlirləri 38 faiz artıb və indi 

yoxsulların  sayı  xeyli  azalıb,  Azərbaycan  əhalisinin  əksər 

hissəsi  ödənişləri  çox  rahatlıqla  edə  bilər.  Ancaq  bununla 

yanaşı,  16  faiz  yoxsulumuz  var.  Xüsusilə  qış  mövsümündə, 

qışın  belə  sərt  günlərində  mən  həm  «Azərenerji»yə,  «Bakı-

elektrikşəbəkə»yə,  «Azəriqaz»a,  həm  də  bütün  müvafiq 

qurumlara tapşırıq verirəm ki, bu sərt günlərdə əhaliyə daha da 

böyük diqqətlə yanaşsınlar. İşığı kəsməsinlər, qazın verilməsini 

kəsməsinlər, insanlar üçün əlavə problemlər yaratmasınlar. Qış 

qurtarar,  yaz  başlayar,  hava  yaxşılaşar, ondan  sonra yenə  də  o 

ciddi tədbirləri bərpa edin, tələb edin və hamı qaz və işıq pulunu 

ödəməlidir. Ancaq hesab edirəm ki, indiki şəraitdə daha diqqətli 

olmalısınız. Xüsusilə o insanlara ki, onların doğrudan da imkan-

ları  yoxdur.  Elələri  var  ki,  hər  şeyi  var,  ev-eşiyi,  maşınları, 



 140 

bağları,  amma  qazın  pulunu  vermir.  Onlara  qarşı  ən  ciddi 

sanksiyalar  tətbiq  olunmalıdır,  onlar  cəzalandırılmalıdır,  qazı 

kəsilməlidir və tədbir görülməlidir. Amma görürsünüz ki, kimin 

imkanı yoxdur, kasıbdır, mən tələb edirəm, onlara qarşı diqqətli 

olasınız və o insanları incitməyəsiniz. 

Bütövlükdə,  indi  həm  elektrik,  həm  də  qaz  sayğacları 

quraşdırılır.  Biz  ölkəmizi  qazla  təchiz  edirik.  Bakı  kəndlərinin 

qazla  təminatını  yaxşılaşdırmalıyıq,  bilirsiniz  ki,  xüsusi 

proqram qəbul edilmişdir. Amma mənə verilən məlumata görə, 

hələ ki, bütün kəndlərə qaz verilmir. Əlixan, elədir? 

Ə l i x a n   M ə l i k o v: Bəli, cənab Prezident, kəndlər tam 

100  faiz  qaz  almır.  Ancaq  keçən  illə  bu  ili  müqayisə  edəndə, 

əgər keçən il kəndlərdə 50 faiz qaz alırdılarsa, indi təxminən 80 

faiz təmin olunublar. 15–20 faiz qalıbdır. Biz işlərimizi davam 

etdiririk.  Yəqin  ki,  2008-ci  ilin  birinci  yarısına  qədər  başa 

çatdırılacaqdır. 



İ l h a m   Ə l i y e v: Çalışın bunu tezliklə edin. Çünki biz 

indi  qazı  ən  ucqar  kəndlərə  aparırıq.  Amma  burada,  Bakıda 

kəndlərin  bəzi  yerlərinə  qaz  verilmir.  Bu,  dözülməz  bir  vəziy-

yətdir.  Xüsusilə  onu  nəzərə  almalıyıq  ki,  mənim  tərəfimdən 

qəbul  edilmiş  qərar  –  Bakıətrafı  qəsəbələrin  inkişafı  ilə  bağlı 

qəbul  edilmiş  proqramda  bütün  bu  məsələlər  nəzərdə  tu-

tulubdur.  İlk  növbədə,  kəndlərin  qazla  təmin  olunması  üçün 

lazımi  tədbirlər  görülüb,  vəsait  ayrılıbdır.  Siz  işləri  tezləşdirin 

və bütün kəndlərin hər bir hissəsi qazla təmin olunmalıdır. 

2008-ci  ildə  biz  sənaye  potensialının  inkişafına  diqqət 

göstərəcəyik. Bu sahədə işlər gedir. Azərbaycanda sənayeləşmə 

prosesi  daha  da  sürətlə  getməlidir.  Mən  bir  daha  demək 

istəyirəm ki, bizim maliyyə çətinliklərimiz artıq yoxdur. Bizim 

7  milyard  dollardan  çox  valyuta  ehtiyatlarımız  var.  Gələn  il 

neftin  qiymətindən  asılı  olaraq,  minimum  bu  qədər  də  əlavə 

gələcəkdir. Biz bu imkanlardan istifadə etməliyik. Güclü sənaye 

potensialı  yaratmalıyıq  ki,  bizim  sənayemiz  çoxşaxəli  olsun. 

Həm  məşğulluq  artsın,  həm  də  yeni  iş  yerləri  açılsın  və 

Azərbaycanda güclü sənaye potensialı yaradılsın. Ona görə həm 



 

141 


İqtisadi  İnkişaf  Nazirliyi,  həm  Maliyyə  Nazirliyi,  həm  də 

bütövlükdə  hökumət,  Sənaye  və  Energetika  Nazirliyi  birlikdə 

bu  işlərə  bir  daha  baxın  və  mənə  konkret  təkliflər  verin.  Əgər 

Dövlət  İnvestisiya  Şirkətinin  fəaliyyətində  çətinliklər  varsa, 

xaricdən investisiyalar cəlb edə bilmiriksə, lazım deyil, özümüz 

vəsait qoyaq. Bizim vəsaitimiz var. Dövlət biznesi təşviq etmək 

üçün güzəştli kreditlər verə bilər. Bu, bütün dünyada var. Ölkə 

üçün  lazım  olan  sahələri  inkişaf  etdirmək  üçün  dotasiyalar, 

subsidiyalar, yumşaq kreditlər verilir. Biz bu gün başlasaq, iki-

üç ildən sonra sanballı sənaye müəssisəsi yarada bilərik. 

Mən  bilirəm  ki,  Sənaye  və  Energetika  Nazirliyində  belə 

planlar var, proqram da hazırlamısınız. Hesab edirəm ki, 2008-

ci ildə biz artıq bu işlərə konkret başlamalıyıq. Bu vaxta qədər 

müəyyən  işlər  görülübdür.  Müxtəlif  yerlərdə  yeni  sənaye 

kompleksləri tikilir.  Bu  məni  çox  sevindirir.  Çünki bu,  sənaye 

potensialının  inkişafı  deməkdir.  Ancaq  mən  istəyirəm  ki,  biz 

bunu daha da böyük həcmdə edək. 

İndi  Azərbaycan  Dövlət  Neft  Şirkəti  Türkiyədə  ən  böyük 

neft kimyası kompleksini tender nəticəsində udub və «Petkim» 

şirkəti  artıq  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  mülkiyyətidir. 

Oraya  böyük  investisiyalar  qoyulur,  2  milyard  dollar  vəsait 

xərclənir.  Ondan  sonra  da  investisiya  qoyulacaqdır.  Bundan 

başqa,  Dövlət  Neft  Şirkətinin  başqa  ölkələrdə  investisiya 

layihələri var. Həm Ceyhanda neft emalı zavodunun tikintisi  – 

sən  orada  idin,  oradan  gəlmisən  –  həm  də  başqa  ölkələrdə, 

Avropa ölkələrində. 



R  ö  v  n  ə  q      A  b  d  u  l  l  a  y  e  v  (Dövlət  Neft  Şirkətinin 

prezidenti): Bəli, cənab Prezident, Ceyhanda neft emalı zavodu-

nun  tikintisi  və  «Petkim»də  ikinci  neft  emalı  zavodunun 

tikintisi  bizim  proqramımızda  var.  Ümumiyyətlə,  Türkiyədə 

ildə 20–30 milyon ton gücə malik emal müəssisəsi yaradacağıq. 



İ l h a m   Ə l i y e v: Bu çox yaxşıdır. Amma eyni zamanda

mən  tapşırıq  vermişdim,  Azərbaycanda  da  yeni  güclü  emal 

kompleksinin  tikintisinə  böyük  ehtiyac  var.  Neft  kimyası 

kompleksinin  tikintisinə  böyük  ehtiyac  var.  Bizim  neftayırma 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə