İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə45/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   41   42   43   44   45   46   47   48   ...   121

 

145 


barədə  mən  hələ  bir  il  bundan  əvvəl  öz  fikirlərimi  demişdim. 

Görürdüm,  vəziyyət  elə  istiqamətə  gedir  ki,  biz  gələcəkdə  bu 

problemlə  üzləşə  bilərik.  Biz  başqa  ölkələrin  bu  sahədəki 

təcrübəsini  öyrənməliyik.  Miqrantların  gəlməsi  bütövlükdə 

inkişafın göstəricisidir. Əgər inkişaf olmasaydı, heç kim buraya 

iş  üçün  gəlməzdi.  Amma  digər  tərəfdən,  biz  indidən  tədbirlər 

görməliyik  ki,  sabah  bu  bizim  üçün  problemə  çevrilməsin. 

Miqrant  gəlir,  iş  yerini  tutur  və  yerli  vətəndaş  o  iş  yerindən 

məhrum  olur.  Düzdür,  o  da  həqiqətdir  ki,  bəzi  hallarda  bizim 

vətəndaşlarımızın  işləmək  istəmədiyi  yerlərdə  miqrantlar  gəlib 

işləyirlər.  Bu  da  onu  göstərir  ki,  Azərbaycanda  faktiki  olaraq, 

işsizlik  barədə  söhbət  açmaq  yersizdir.  İş  var,  bəzi  hallarda 

işləmək istəməyənlər və dövlətdən böyük imkanlar gözləyənlər 

var. 


Dövlət  doğrudan  da  ancaq  kasıb  şəraitdə  yaşayanlara, 

yoxsullara  kömək  əlini  uzadır.  78  min  ailə,  300  mindən  çox 

insan  dövlət  tərəfindən  pul  alır.  Özü  də  bu,  az  pul  deyil, 

dediyim  kimi,  hər  bir  ailə  100  dollara  yaxın  pul  alır.  Amma 

işləmək  istəməyənlər  özləri  bilməlidirlər  ki,  iş  hamı  üçün  var. 

Bunu  hamı  bilməlidir.  Ancaq  istisna  deyil  ki,  gələcəkdə 

miqrantların  sayı  arta  bilər.  Yəni  Azərbaycanda  gedən  inkişaf, 

tikinti...  Miqrantlar  xüsusilə  xidmət  və  tikinti  sektorunda 

işləyirlər. Füzuli, elədirmi? 

F ü z u l i   Ə l ə k b ə r o v: Cənab Prezident, tamamilə düz 

deyirsiniz. Mən çıxışımda dedim, il ərzində dövlət rüsumu kimi

44  manat  pul  ödəyirlər.  Bu  da  nə  deməkdir?  Miqrantlar  ayda 

100–150  manata  işləyirlər.  Bizimkilər  bu  məvacibə  işləmirlər. 

Amma  biz  dövlət  rüsumunu  artırsaq,  yerli  sahibkarlar  üçün 

daha əlverişli olar ki, yerli işçi qüvvəsini öyrətsin, təhsil, təlim 

versinlər. Onda maraq olar. Yüksək peşəkarlığa malik, hansılar 

ki,  ayda  2000–3000–4000  manat  maaş  alır,  onlar  gəlsinlər, 

bizim  əmək  bazarının  keyfiyyətcə  yüksəlməsinə  təsir  etsinlər. 

Amma  Siz  dediyiniz  kimi,  gələn  miqrantlar,  əsasən  ən  aşağı 

səviyyəli işlərdə çalışırlar. 



 146 

İ  l  h  a m     Ə l  i  y  e  v:  Əslində,  miqrant  deyəndə, əlbəttə, 

aşağı səviyyəli işçiləri nəzərdə tuturuq. Azərbaycanda indi həm 

neft  sənayesində,  həm  də  xidmət  sahəsində  minlərlə  xarici 

vətəndaş  işləyir.  Onlar,  əlbəttə,  yüksək  peşəkarlığa  malik  olan 

adamlardır.  Amma  az  keyfiyyətli  işçi  qüvvəsinin  Azərbaycana 

kütləvi şəkildə gəlməsinə gərək biz hazır olaq. Bütün normativ 

qaydaları  elə  tənzimləyək  ki,  birinci  növbədə  yerli  əhali  üçün 

imkanlar  yaransın.  Çünki  biz  elə  etməliyik  ki,  Azərbaycan 

vətəndaşları  maksimum  dərəcədə  işlə  təmin  olunsunlar.  Biz 

yəqin  ki,  gələcəkdə  xaricdən  gələn  miqrantların  sayını  müəy-

yənləşdirməliyik, normalaşdırmalıyıq. Hər bir ölkə üçün norma 

olmalıdır,  bundan  çox  olmamalıdır.  Bunun  həm  də  başqa, 

iqtisadi tərəfləri var. 

Biz  2008-ci  ildə  sosial  sahəyə  də  investisiyalar  qoymaqda 

davam  edəcəyik.  Məktəb,  xəstəxana  tikintisi  –  bütün  bunlar 

uğurla gedir və elə etməliyik ki,  yaxşı vəziyyətdə olmayan bir 

dənə  məktəb  olmasın,  bütün  səhiyyə  ocaqları  təmir  edilsin, 

yeniləri tikilsin. Bu sahəyə vəsait ayıracağıq. Muzeylər, teatrlar 

təmir  olunur.  Bu  yaxınlarda  Tarix  muzeyi  təmirdən  sonra 

fəaliyyətə  başlamışdır.  Kukla  Teatrı,  ondan  əvvəl  Yaşıl  Teatr 

təmir  edilmişdir.  Çox  gözəl  teatr  olmuşdur.  Yəni  bu  proses 

2008-ci  ildə  də  gedəcək,  büdcədən  vəsait  ayrılıbdır  və  elə 

edəcəyik  ki,  bütün  tarixi  binalarımız  təmir  edilsin.  Teatrlar, 

muzeylər – həm Bakıda, həm də rayonlarda bütün mədəniyyət 

ocaqları  ən  yaxşı  səviyyədə  təmir  olunmalıdır  və  yeniləri 

tikilməlidir. 

Eyni  zamanda,  idman  komplekslərinin  tikintisi  nəzərdə 

tutulur.  İndi  20-yə  yaxın  olimpiya  idman  kompleksi  ya  inşa 

edilir,  yaxud  da  yaxın  zamanlarda  inşasına  başlayacağıq. 

Rayonlarda  10-dan  çox  olimpiya  idman  kompleksi  istismara 

verilibdir.  Mən  hesab  edirəm  ki,  2008-ci  ildə  bu  sahədə  çox 

böyük nailiyyətlər olacaqdır. Azərbaycan 2016-cı ildə Olimpiya 

oyunlarını  keçirmək  əzmindədir  və  biz  artıq  Beynəlxalq 

Olimpiya  Komitəsinə  öz  təkliflərimizi  göndəririk.  Bu  təşəbbüs 

onu  göstərir  ki,  Azərbaycan  dövləti  öz  gücünə  arxayındır,  öz 



 

147 


gücünə  istinad  edir  və  biz  Olimpiya  oyunları  kimi  mötəbər 

dünya yarışını keçirə bilərik. 

Əlbəttə,  bugünkü  iclasda  bütün  sahələr  üzrə  tapşırıqların 

verilməsi  mümkün  deyil,  biz  bunu  sonra  işgüzar  qaydada 

davam  etdirəcəyik.  Sadəcə  olaraq,  çıxışımın  sonunda  ordu 

quruculuğu haqqında bir neçə söz demək istəyirəm. 

Bildiyiniz  kimi,  biz  bu  sahəyə  də  böyük  vəsait  ayırırıq. 

2008-ci  ildə  hərbi  xərclər  ən  azı  1  milyard  200  milyon  dollar 

səviyyəsində olacaqdır. Bu, dövlət büdcəsində nəzərdə tutulmuş 

rəqəmdir.  İstisna  deyil  ki,  il  ərzində  buna  dəyişiklik  edilsin. 

Ordumuzun  peşəkarlığı  artır.  Ordumuz  hər  an  öz  doğma 

torpaqlarımızı  işğalçılardan  azad  etməyə  hazır  olmalıdır  və 

əslində, hazırdır. 

Bununla yanaşı, biz 2008-ci ildə müdafiə sənayesinə daha da 

böyük  sərmayə  qoymalıyıq.  Biz  bu  sənayeni  yaratdıq.  Bu 

sahədə  çox  qısa  müddətdə  çox  böyük  uğurlar  əldə  edilibdir. 

Yeni  il  ərəfəsində  mən  özüm  həm  Bakıda,  həm  də  Əli  Bay-

ramlıda  onların  qısa  müddət  ərzində  gördüyü  işlərlə  tanış 

oldum.  Sözün  əsl  mənasında,  çox  şad  oldum  ki,  artıq  qısa 

müddətdə bu sənayenin ilkin elementləri var, yaratmışıq, işləyir. 

İnsanlar  işləyir,  yaxşı  məhsul  istehsal  edirlər  və  sənayenin 

inkişafı üçün yaxşı imkanlar, perspektivlər var. Biz əsas investi-

siyanı qoymalıyıq, onlar isə texnologiyanı gətirirlər və artıq bir 

sıra  ölkələrlə  çox  işgüzar  münasibətlər  qurulubdur.  Bu  ölkələr 

həm  qonşu  ölkələrdir,  həm  də  uzaqda  yerləşən  ölkələrdir.  Bu, 

bir  daha  göstərir  ki,  Azərbaycan  dünya  çapında  çox  böyük 

dostlar qazanmışdır. Çünki hərbi texnologiyalar elə sahədir ki, 

hər bir ölkə onu başqa ölkəyə asanlıqla verməz. Məhdudiyyətlər 

var,  qaydalar  var.  Biz  o  yerlərdən  texnologiyalar  alırıq  ki, 

vaxtilə bunu təsəvvür etmək mümkün deyildi. Ona görə burada 

heç bir məhdudiyyət yoxdur. 

Ümumiyyətlə,  bizə  ənənəvi  dost  olan  ölkələrin  və  yeni 

ölkələrin, hansı ki, bizim münasibətlərimiz çox səmimi olubdur, 

onların  rəsmi  mövqeyi  belədir  ki,  hərbi  sahədə  Azərbaycanla 

əməkdaşlıqda  heç  bir  məhdudiyyət  yoxdur.  Yəni  bizim  üçün 



Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə