130
Cəmiyyətinin sədri Cavid Qurbanov rəhbərlik edir. Demək olar
ki, hava haqqında məlumatı aldıqdan dərhal sonra qışa hazırlıq
planına uyğun olaraq, biz texnikaların və müvafiq avadanlığın
səfərbər edilməsi barədə lazımi işlərin görülməsinə başladıq.
Həqiqətən də, respublikada son bir neçə onilliklər ərzində
görünməyən bu qar nəqliyyatın hərəkətində müəyyən prob-
lemlər və çətinliklər yaratmışdır. Amma bütün bunlara baxma-
yaraq, 755 ədəd texnika və avadanlıq səfərbər edilmiş və
respublikanın, demək olar, bütün ərazilərində və xüsusilə baş
magistral yolların və şəhər daxilində mövcud olan əsas yolların
təmizlənməsinə cəlb edilmişdir. Texnikanın idarə edilməsi, eyni
zamanda, yardımçı işlərin həyata keçirilməsi üçün 5 minə qədər
işçi qüvvəsi səfərbər olunmuşdur. Cənab Prezident, diqqətinizə
çatdırmaq istəyirəm ki, 157 avtoqreyderdən 32-si, 437 yükünü
özü boşaldan avtomobildən 137-si, 90 ədəd yükləyici ekskava-
tordan 30-u Bakı şəhərində işləyir. Bakı şəhərində 31 ədəd
qumsəpən maşın və təxminən 2500-dən artıq işçi qüvvəsi cəlb
edilmişdir.
Görülən tədbirlər nəticəsində, qeyd etdiyiniz kimi, həqiqətən
də həyat üçün zəruri olan əsas baş magistral yollar
təmizlənmişdir. Amma şübhəsiz ki, istənilən nəticəyə nail
olunmayıbdır. Çünki şaxta olduğundan hər yer buz bağlayıbdır.
Qar yağan zaman biz həm qarı təmizləyir, həm də yollara qum
qarışıq duz səpirdik. Bəzən bu, istənilən nəticəni vermirdi. Ona
görə ki, qum, duz səpiləndən sonra onun üstünü yenidən qar
örtürdü və yenidən yolları təmizləmək məcburiyyətində
qalırdıq.
Demək istəyirəm ki, Bakı şəhərində həqiqətən əsas küçələr
təmizlənibdir. Bu işlərin görülməsində biz uzun illərdir ilk dəfə
olaraq, əlaqədar qurumlarla – Daxili İşlər Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi
ilə birgə işləyirik. Eyni zamanda, özəl sektordan da imkanlarını
səfərbər etməyi xahiş etdik. Deyərdim ki, hamı böyük məm-
nuniyyətlə bu işə qoşuldu və təbiətin yaratdığı bu problemlərlə
birgə mübarizə aparırıq.
131
Buz yolların bəzi hissələrini bağlayıb texnika vasitəsilə
yolları təmizləyərkən həm də ehtiyatla hərəkət edirik. Çünki
qreyderlər buzu təmizləyən zaman yolları sıradan çıxara bilər.
Ona görə də biz ehtiyatla işləyirik. Amma Sizi tam əmin etmək
istəyirəm ki, biz eyni zamanda, yardımçı yollarda da işlər
görmüşük. Bakı şəhərində insanlar bunları görürlər. Təkcə
magistral yollarda deyil, eyni zamanda, yardımçı yollarda çox
böyük tədbirlər həyata keçirilibdir. Əlbəttə, Bakı şəhərində
müəyyən problemlər yaransa da, nəqliyyatın tam dayanması
olmayıbdır. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, heç də
Bakıda, respublikada nəqliyyat iflic olmayıbdır. Əlbəttə ki,
məhdudiyyətlər olub, amma biz tədbirlərimizi bu gün də davam
etdiririk. Cənab Prezident, Sizi əmin edirik ki, mövcud olan
bütün texnika və işçi qüvvələri bu işə səfərbər olunub və bütün
bu proses nəzarətimiz altındadır.
İ l h a m Ə l i y e v: Fövqəladə Hallar naziri.
K ə m a l ə d d i n H e y d ə r o v (Fövqəladə Hallar nazi-
ri): Möhtərəm cənab Prezident, biz xüsusən yollara çox texnika
çıxara bilmədik. Çünki bizim cəmi 4 qartəmizləyən texnikamız
var, onlardan biri hazırda Naxçıvan Muxtar Respublikasındadır.
Bakı Şəhər İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin texniki
imkanlarından istifadə etməklə yanaşı, biz canlı qüvvənin də
köməyi ilə Bakı şəhərində olan səkilərin təmizlənməsində
iştirak etmişik. İlk gündən başlayaraq xəstəxanaların, doğum
evlərinin, çörək bişirən sexlərin və çörək mağazalarının
ətrafında xüsusi iş aparmışıq ki, əhaliyə ərzağın çatdırılmasında
ləngimələr olmasın. Möhtərəm cənab Prezident, dünəndən
başlayaraq, biz yeni ayırdığımız yanğınsöndürmə texnikası
vasitəsilə bəzi binaların damlarından sallanan buzları
təmizləməyə başlamışıq. Çünki bu buzlar böyük təhlükə törədə
bilər. Biz yanvarın 6-dan Nəqliyyat Nazirliyinin, Daxili İşlər
Nazirliyinin qüvvələri ilə birgə döngələrdə qartəmizləmə
işlərinə başlamışıq. Siz qeyd etdiyiniz kimi, uzun illərdir hava
bu qədər soyuq keçməmişdi. Ona görə də hər gün qrafik üzrə
bizim canlı qüvvəmiz və mövcud texnikamız yollarda işləyir.
132
İ l h a m Ə l i y e v: Keçən illərlə müqayisədə, əlbəttə ki,
bu il bu sahədə daha böyük işlər görülübdür. Amma o da
həqiqətdir ki, bu il qış daha da sərt keçir. Əvvəllər iki-üç
gündən sonra buz əriyir və vəziyyət normallaşırdı. Amma
baxmayaraq ki, bu qədər texnika alınıb və bütün qüvvələr –
Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Fövqəladə
Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi səfərbər olunub, yenə də
bu problem var. Yəni bu, təbii bir vəziyyətdir. Nəzərə almalıyıq
ki, hava proqnozu hələ 1-2 gün eyni olacaqdır. Proqnoz
təxminən bu səviyyədə olacaq?
H ü s e y n q u l u B a ğ ı r o v ( Ekologiya və Təbii Sərvət-
lər naziri): Möhtərəm cənab Prezident, hələ bu günün ikinci
yarısında havanın yenidən tutulması, axşam saatlarında arabir
bəzi yerlərdə az qar yağması ehtimalı var. Bu gün səhər saat 4-
dən 8-dək olan məlumata görə, Bakıda bəzi yerlərdə 1-2 milli-
metrə qədər qar yağmışdır. Biləcəridə və Pirallahı adasında sulu
qar müşahidə olunur. Günün ikinci yarısında havanın
temperaturunun –3 dərəcə həddində olacağı gözlənilir, buz
bağlamaq ehtimalı da var. Yanvarın 12-13-də gözlənilir ki, hava
buludlu olacaq, arabir açılacaqdır. Yağıntının kəsilməsi
gözlənilir. Düzdür, bəzi yerlərdə az qar yağması ehtimalı yenə
də qalır. Amma ayın 14-dən tədricən temperatur yüksəlməyə
başlayacaq və gündüz 1–3 dərəcə təşkil edəcəkdir. Sonrakı
günlərdə isə 5 dərəcəyə qədər istilik gözlənilir.
İ l h a m Ə l i y e v: Hər halda, iki-üç gün belə hava şəraiti
davam edəcəkdir. Ona görə siz bütün gücləri səfərbər edin,
gücləndirilmiş iş rejimində işləyin və çalışın ki, bu vəziyyəti
maksimum dərəcədə aradan qaldıraq.
O ki qaldı 2008-ci ilə olan vəzifələrə, mən hesab edirəm, bu
vaxta qədər görülmüş işlər, aparılmış və başlanmış islahatlar
imkan verəcək ki, bu il də Azərbaycan iqtisadiyyatı öz
inkişafını uğurla davam etdirsin.
İqtisadi sahədə ən çox fikir, diqqət yetirdiyimiz sahə ba-
halaşma və inflyasiyadır. Burada səsləndi ki, 2007-ci ildə
Azərbaycanda inflyasiya 16 faizdən çox olmuşdur. Bu çox
Dostları ilə paylaş: |