İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ SƏKKİZİNCİ Kİtab



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə36/121
tarix23.01.2018
ölçüsü2,77 Mb.
#22241
1   ...   32   33   34   35   36   37   38   39   ...   121

 118 

keçirilir  və  biz  növbəti  illərdə  də  bu  sahəyə  böyük  diqqət 

göstərməliyik. 

İnvestisiyaların  həcmi  yenə  də  çox  yüksək  səviyyədədir. 

Azərbaycanda  enerji  layihələrinin  böyük əksəriyyəti  başa 

çatdırılmışdır,  neft-qaz  yataqlarına  böyük  sərmayə  qoyuluşu 

artıq,  demək  olar  ki,  başa  çatmışdır  və  azalmağa  başlamışdır. 

Buna baxmayaraq, 2007-ci ildə investisiyaların həcmi 6 milyard 

dollardan  çox  olmuşdur  və  çox  sevindirici  haldır  ki,  bunların 

böyük  əksəriyyəti  daxili  investisiyalardır.  Bu  onu  göstərir  ki, 

həm  Azərbaycanın  daxili  imkanları  artır,  həm  dövlət  xətti  ilə 

qoyulan  sərmayənin  həcmi  xeyli  dərəcədə  artır,  həm  də  özəl 

sektor  tərəfindən  qoyulan  vəsait  artır.  Bu  həm  də  onu  göstərir 

ki,  Azərbaycanın  iqtisadi  potensialına  xarici  və  daxili 

investorlar  tərəfindən  böyük  inam  var  və  investisiyalar  üçün 

cəlbedici ölkə kimi, Azərbaycan öz mövqelərini saxlaya bilir. 

Büdcə xərcləri əhəmiyyətli dərəcədə artırılır. Deyə bilərəm ki, 

bu  sahədə  də,  büdcə  xərclərinin  artım  dinamikasına  görə  də 

Azərbaycan  dünyada  birinci  ölkələr  sırasındadır.  Son  dörd  il 

ərzində büdcə xərcləri on dəfə artıb və 2008-ci ilin icmal büdcəsi 

12  milyard  dollara  bərabərdir.  Bu  bizə  imkan  verir  ki,  ölkə 

qarşısında  duran  əsas  vəzifələri  həll  edək.  İnfrastruktur  məsələ-

lərini, sosial məsələləri həll edək, böyük iqtisadi, nəqliyyat, enerji 

layihələrini  öz  gücümüz  hesabına  həyata  keçirək.  Bu,  ölkəyə 

iqtisadi  müstəqillik  verir,  əlavə  imkanlar  yaradır  və  beləliklə, 

Azərbaycan  bölgədə  öz  mövqelərini  əhəmiyyətli  dərəcədə 

möhkəmləndirir.  Bunda  həm  siyasi,  həm  diplomatik,  həm  də, 

əlbəttə ki, enerji və iqtisadi amillər böyük rol oynayır. 

Deyə  bilərəm  ki,  2007-ci  ildə  sosial  məsələlərin  həllinə  də 

böyük diqqət göstərilmişdir. Maaşlar və pensiyalar artırılmışdır 

və bu meyil davam etdirilir. Bildiyiniz kimi, 2008-ci il yanvarın 

1-dən  minimum  əməkhaqqı  və  minimum  pensiya  20  faiz 

artırılmış və 60 manata çatdırılmışdır. Nəzərə alsaq ki, bir neçə 

il  bundan  əvvəl  bu  rəqəm  haradasa,  9  manat  səviyyəsində  idi, 

bu, böyük irəliləyişdir. Hazırda 60 manatdır və şübhə yoxdur ki

2008-ci  ildə  minimum  əməkhaqqı  və  minimum  pensiyanın 




 

119 


həcmi  yenə  də  artırılmalıdır.  Azərbaycan  vətəndaşları  öz  rifah 

halını  yaxşılaşdırır  və  Azərbaycan  dövləti  xüsusilə  aztəminatlı 

təbəqəyə yardımını bundan sonra da əsirgəməməlidir. 

Bununla  yanaşı,  ünvanlı  sosial  yardım  proqramı  uğurla  icra 

edilir. 78 min ailə bu proqramla əhatə olunur və orta hesabla hər 

bir  ailəyə  dövlət  tərəfindən  verilən  yardım  təxminən  100  dollar 

səviyyəsindədir. Beləliklə, biz öz iqtisadi imkanlarımızı səfərbər 

edib, ehtiyac içində yaşayan vətəndaşlarımız üçün əlavə imkanlar 

yaradırıq,  onları  dəstəkləyirik  və  bu  proses  bundan  sonra  da 

davam  etdiriləcəkdir.  Əlbəttə,  biz  istərdik  ki,  Azərbaycanda 

bütövlükdə  yoxsul  təbəqə  olmasın  və  bu  istiqamətdə  işlər 

görülür. Amma hələ ki, ağır şəraitdə yaşayanlar var və dövlət öz 

tərəfindən onlara yardım əlini uzadır. Baxmayaraq ki, bu, böyük 

məbləğ  tələb  edir,  buna  böyük  vəsait  ayrılır,  amma  biz  bunu 

edirik  və  edəcəyik.  Bu  bir  daha  onu  göstərir  ki,  Azərbaycanın 

iqtisadi  potensialının  güclənməsi,  iqtisadiyyatın  həcminin 

artması,  sənaye  proqramlarının  icra  olunması  birbaşa  insanların 

həyat  səviyyəsinə,  xüsusilə  aztəminatlı  təbəqəyə  öz  müsbət 

təsirini göstərir. 

Yoxsulluğa gəldikdə, bu sahədə də böyük uğurlarımız var və 

böyük  qürur  hissi  ilə  deyə  bilərik  ki,  2007-ci  ildə  də  yox-

sulluğun  azaldılması,  aradan  qaldırılması  sahəsində  böyük 

tədbirlər  görülmüşdür.  Əgər  2003-cü  ildə  Azərbaycanda  yox-

sulluq şəraitində yaşayanlar 49 faiz idisə, 2008-ci ilin yanvarın 

1-nə  bu  göstərici  16  faizə  düşübdür.  Bu,  böyük  nailiyyətdir, 

böyük göstəricidir. 

Onu  da  deyə  bilərəm  ki,  hətta  iqtisadi  baxımdan  və  bütün 

başqa  cəhətlərdən  inkişaf  etmiş  ölkələrdə  də  yoxsulların  sayı 

kifayət  qədərdir.  Əlbəttə,  inkişaf  etmiş  ölkələrdə  minimum 

istehlak  səbətinin  meyarları  başqadır.  Amma  hər  şey  müqa-

yisədə bilinir və ölçülür. Azərbaycanın indiki iqtisadi şəraitində

iqtisadi durumunda yoxsulluğun 16 faizə düşməsi, hesab edirəm 

bizim  böyük  uğurumuzdur  və  mən  əminəm  ki,  2008-ci  ildə 

görüləcək  tədbirlər  nəticəsində  bu  rəqəm  daha  da  aşağı 

düşəcəkdir. 

Beləliklə, 

Azərbaycanda 

yoxsul 


təbəqə 


 120 

olmayacaqdır. Mən buna inanıram və əlimdən gələni edəcəyəm 

ki, biz buna tam şəkildə nail ola bilək. 

2007-ci ildə daha bir mühüm hadisə baş vermişdir – sonuncu 

çadır  şəhərciyi  ləğv  edilmiş  və  orada  yaşayan  soydaşlarımız 

normal  evlərə  köçürülmüşlər.  Bildiyiniz  kimi,  2003-cü  ildə 

prezident  seçkiləri  ərəfəsində  mən  belə  bəyanatla  çıxış 

etmişdim ki, əgər xalq mənə inansa və məni dəstəkləsə, növbəti 

beş  il  ərzində  Azərbaycanda  bir  dənə  də  çadır  şəhərciyi 

qalmayacaqdır. Mən çox şadam ki, biz bunu beş ildə yox, dörd 

ildə  həll  etdik  və  indiyədək  ağır  çadır  şəraitində  yaşayan 

insanlar bundan sonra yaxşı evlərdə yaşayacaqlar. 

Bildiyiniz  kimi,  biz  keçən  il  qaçqınların  və  məcburi  köç-

künlərin  sosial  məsələlərinin  həlli  üçün  yeni  proqram  qəbul 

etdik. Bu proqramın icrası təxminən yarım milyard dollar vəsait 

tələb edəcəkdir. O proqramda yeni qəsəbələrin tikintisi nəzərdə 

tutulur.  Məcburi  köçkünlərin,  fin  tipli  qəsəbələrdə,  hərbi 

hissələrdə,  məktəblərdə  ağır  şəraitdə  yaşayan  soydaşlarımızın 

problemləri  həll  olunacaqdır.  Beləliklə,  biz  ölkəmiz  üçün  bu 

ağır,  çətin  problemin  aradan  qaldırılmasına  çalışırıq,  öz 

soydaşlarımızı  müvəqqəti  olaraq  normal  şəraitlə  təmin  edirik. 

Əlbəttə ki, torpaqlarımız işğalçılardan azad olunandan sonra biz 

işğaldan  azad  edilmiş  torpaqlarda  yeni  şəhərlər  salacağıq, 

qəsəbələr, məktəblər tikəcəyik. 

Bütövlükdə,  biz  sosial  məsələlərə  2008-ci  ildə  də  diqqət 

göstərməliyik.  Həm  əməkhaqları,  pensiyalar  və  ünvanlı  sosial 

yardımların  məbləğinin  artırılmasına,  həm  bütün  sosial 

infrastrukturun  yeniləşməsi,  təzələnməsinə.  Bildiyiniz  kimi, 

həm  təhsil,  həm  səhiyyə  sahələrinə,  həm  də  mədəniyyət  sa-

həsinə böyük investisiyalar qoyulur. Bütün bu işləri sadalamaq 

üçün  bu  gün  bizim  vaxtımız  yoxdur.  Biz  bu  işlərlə  gündəlik 

rejimdə  məşğuluq.  2008-ci  ilin  dövlət  büdcəsində  məktəb 

tikintisinə,  xəstəxanalara,  mədəniyyət  ocaqlarına  kifayət  qədər 

vəsait nəzərdə tutulubdur. 

Bu  ilin  axırında  2004-cü  ilin  fevralında  qəbul  edilmiş 

regionların sosial-iqtisadi inkişafı  Dövlət  Proqramının  müddəti 




Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə