İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə28/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   24   25   26   27   28   29   30   31   ...   115

 94 

 

 

 

NATO BAŞ KATİBİNİN CƏNUBİ QAFQAZ VƏ  

ORTA ASİYA ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ  

ROBERT SİMMONS İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

14 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

martın 14-də Prezident sarayında NATO Baş katibinin Cənubi 

Qafqaz  və  Orta  Asiya  üzrə  xüsusi  nümayəndəsi  Robert 

Simmonsu qəbul etmişdir. 

Dövlətimizin  başçısı  ölkəmizin  NATO  ilə  fəal  əməkdaşlıq 

etdiyini  vurğuladı.  Brüsselə  səfərini  xatırladan  Azərbaycan 

prezidenti  həmin  səfər  zamanı  NATO  Baş  katibi  ilə  səmərəli 

fikir mübadiləsi aparıldığını bildirdi.   

NATO  Baş  katibinin  Cənubi  Qafqaz  və  Orta  Asiya  üzrə 

xüsusi nümayəndəsi Robert Simmons Azərbaycan prezidentinin 

Brüsselə  səfərinin  uğurla  keçdiyini  dedi  və  NATO-nun  Baş 

katibi  Yaap  de  Hoop  Sxefferin  salamlarını  prezident  İlham 

Əliyevə çatdırdı.  

Dövlətimizin  başçısı  NATO  Baş  katibinin  salamlarına  görə 

minnətdarlığını  bildirdi  və  onun  da  salamlarını  Baş  katibə 

çatdırmağı xahiş etdi. 

 Görüşdə  qarşılıqlı  maraq doğuran  bir  sıra  digər  məsələlər 

barədə fikir mübadiləsi aparıldı. 


 

95 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

TACİKİSTANA RƏSMİ SƏFƏRİ 

 

15 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

martın 15-də Tacikistan Respublikasına rəsmi səfərə yola düş-

müşdür. 

Azərbaycan  prezidentini  Heydər  Əliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Ha-

kimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.  

 

Düşənbə hava limaninda rəsmi qarşilanma 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  martın 

15-də Tacikistan Respublikasına rəsmi səfərə gəlmişdir. 

Azərbaycanın  və  Tacikistanın  Dövlət  bayraqları  ilə  bəzə-

dilmiş  Düşənbə  hava  limanında  prezident  İlham  Əliyevi  təy-

yarənin  pilləkəni  yanında  Tacikistan  prezidenti  İmoməli  Rəh-

mon,  Ali  Məclisin  yuxarı  palatasının  –  Milli  Məclisin  sədri 

Mahmadsaid  Ubaydulloyev,  Baş  nazir  Akil  Akilov,  Nüma-

yəndələr  Məclisi  (aşağı  palata)  sədrinin  birinci  müavini  Ab-

dulməcid  Dostiyev,  Xarici  İşlər  naziri  Xamroxon  Zaripov  və 

digər  dövlət  və  hökumət  nümayəndələri  böyük  hörmət  və  ehti-

ramla  qarşıladılar.  Milli  geyimli  qız  və  oğlan  dövlətimizin 

başçısına gül dəstələri təqdim etdilər.  

Hava limanında dövlətimizin başçısının şərəfinə Fəxri qaro-

vul  dəstəsi  düzülmüşdü.  Fəxri  qarovul  dəstəsinin  rəisi  Azər-

baycan  prezidentinə  raport  verdi.  Prezidentlər  Fəxri  qarovul 



 96 

dəstəsinin  qarşısından keçdilər.  Dövlətimizin başçısı Fəxri  qa-

rovul dəstəsini salamladı.  

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndi.  

Azərbaycan  nümayəndə  heyəti  Tacikistan  prezidentinə, 

Tacikistanın  rəsmi  şəxsləri  Azərbaycan  prezidentinə  təqdim 

olundu. 

 

«Düsti» (

«

Dostluq

»

) xatirə kompleksini ziyarət

 

 

 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

martın  15-də  Düşənbənin  mərkəzində  yerləşən  «Düsti»  («Dost-

luq») xatirə kompleksini ziyarət etmişdir. 

Burada  Azərbaycan  prezidentinin  şərəfinə  Fəxri  qarovul 

dəstəsi düzülmüşdü.  

Kompleksdə Samanilər dövlətinin (IX–X əsrlər) banisi İsma-

yıl Samaninin heykəli ucaldılmışdır.  

Dövlətimizin başçısı heykəlin önünə əklil qoydu. 

Azərbaycanın və Tacikistanın Dövlət himnləri səsləndirildi. 

Xatırladaq ki, bu kompleks Samanilər dövlətinin 1100 illiyi 

ilə əlaqədar prezident İmoməli Rəhmonun sərəncamı ilə 1999-

cu ildə yaradılmışdır. 


 

97 


 

 

 



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

TACİKİSTAN RESPUBLİKASININ  

PREZİDENTİ İMOMƏLİ RƏHMON İLƏ 

TƏKBƏTƏK GÖRÜŞÜ 

 

Düşənbə, Dövlət iqamətgahı 



 

15 mart 2007-ci il 

 

Martın 15-də Düşənbədə –  Dövlət iqamətgahında Azər-



baycan  prezidenti  İlham  Əliyevin  və  Tacikistan  prezidenti 

İmoməli Rəhmonun təkbətək görüşü olmuşdur. 

Söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli 

münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı 

potensialın  olduğu  bildirildi,  o  cümlədən  iqtisadi  sahədə 

əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı. 

Dövlət  başçıları  Azərbaycan  prezidentinin  Tacikistana  ilk 

rəsmi  səfərinin  gələcək  əlaqələrin  daha  da  möhkəmlənməsi  və 

dərinləşməsinə  xidmət  edəcəyini  söylədilər,  ikitərəfli  müna-

sibətlərin  bundan  sonra  daha  da  genişlənəcəyinə  əminliklərini 

bildirdilər. 

Görüşdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  digər  məsələlər 

barədə fikir mübadiləsi aparıldı. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə