İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə36/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   32   33   34   35   36   37   38   39   ...   115

 120 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA 

NİTQ 

 

Düşənbə, Dövlət iqamətgahı 



 

15 mart 2007-ci il 

 

Tacikistan prezidenti İmoməli Rəhmonun nitqi 

 

Hörmətli İlham Heydəroviç! 



Əziz dostlar! 

İcazə  verin,  əziz  dostlarımızı  bir  daha  salamlayım.  Biz 

toplanmış  təcrübəni,  ölkələrimizin  və  bir-birinə  rəğbət  hissləri 

bəsləyən  xalqlarımızın  qarşılıqlı  münasibətlərini  dəyərli  hesab 

edirik  və  bunları  gələcək  nəsillər  üçün  qoruyub  saxlamaq  və 

artırmaq  əzmindəyik.  Sevindirici  haldır  ki,  indi,  ölkələrimizin 

müstəqil inkişafının  yeni  şəraitində  xoş  ənənələr  –  xalqlarımız 

arasında  dostluq,  qarşılıqlı  rəğbət  və  etimad  ənənələri  öz 

əhəmiyyətini  itirməyib  və  keyfiyyətcə  yeni  zəmində  məntiqi 

davamı var.  

Müstəqil  inkişafın  15  ildən  artıq  dövrü  ərzində  qarşılıqlı 

əlaqələr  sahəsində  qiymətli  təcrübə  toplanmışdır.  Fürsətdən 

istifadə  edərək  bildirmək  istəyirəm  ki,  iki  ölkənin  əməkdaşlıq 

sahələrinin  genişlənməsi  və  dərinləşməsi  üçün  Tacikistan 

bundan sonra da bütün zəruri səyləri göstərəcəkdir.  

İndi hamı münasibətlərimizin bütün kompleksinin müzakirə 

edilməsinə maraq göstərir. İmzalanmış ikitərəfli sənədlər paketi

ilk  növbədə  dostluq  və  əməkdaşlıq  haqqında  dövlətlərarası 

müqavilə  Tacikistan–Azərbaycan  münasibətlərinin  ardıcıl 

inkişafı  üçün  yaxşı  perspektiv  yaradır.  Əminəm  ki,  keçirilmiş 




 

121 


görüşlər  və  aparılmış  danışıqlar  birgə  qarşılıqlı  əlaqələrimizə 

güclü təkan verəcək və faydalı əməkdaşlıq üçün geniş imkanlar 

açacaqdır.  

Əziz  dostlar,  mənim  əziz  dostum,  Azərbaycan  Res-

publikasının Prezidenti hörmətli İlham Heydəroviç Əliyevin və 

bütün  əziz  dostlarımızın  sağlığına  böyük  məmnuniyyətlə  badə 

qaldırmağı  təklif  etmək  istərdim.  Tacikistan  ilə  Azərbaycan 

arasında  dostluq,  qarşılıqlı  surətdə  faydalı  əməkdaşlıq  və 

tərəfdaşlıq  münasibətlərinin  inkişafı  və  dərinləşməsi  şərəfinə, 

ölkələrimizin  və  xalqlarımızın  əmin-amanlığı,  tərəqqisi  və 

firavanlığı şərəfinə! 

 

Azərbaycan prezidenti İlham Əliyevin nitqi 



 

Çox hörmətli İmoməli Şaripoviç! 

Əziz dostlar! 

İcazə  verin,  qardaş  Tacikistan  torpağında  mənim  və  nü-

mayəndə  heyətimin  üzvlərinə  göstərilən  qonaqpərvərliyə  görə 

sizin hamınıza bir daha təşəkkür edim.  

Bu  gün  biz  çox  uğurlu  danışıqlar  apardıq,  qeyd  olunduğu 

kimi,  mövqelərimiz  üst-üstə  düşür,  onlar  imzalanan  bütün 

sənədlərdə, dostluq və əməkdaşlıq haqqında müqavilədə öz ək-

sini  tapmışdır.  Bu,  ikitərəfli  münasibətlərimizin  sürətli  inki-

şafını  bir  sıra  illər  öncədən  müəyyənləşdirəcəkdir.  Bu  gün 

siyasi, iqtisadi, humanitar sahələrdə hərtərəfli əməkdaşlığın çox 

möhkəm  təməli  qoyulur.  Əminəm  ki,  imzalanmış  sazişlərin 

bütün  müddəalarının  yerinə  yetirilməsi  nəticəsində  biz  bir-

birimizə daha yaxın olacağıq.  

Fəal  regional  iqtisadi  əməkdaşlığın  perspektivləri  artıq 

indinin  özündə  görünməkdədir.  Bu  əməkdaşlığın  əsas  istiqa-

mətləri  artıq  müəyyən  edilmişdir.  Əminəm  ki,  gələcəkdə 

münasibətlərimizin inkişaf etdirilməsi və müxtəlif səviyyələrdə 

nümayəndə heyətlərinin qarşılıqlı səfərləri  əməkdaşlığımıza və 

əlaqələrimizə daha çox kömək edəcəkdir.  



 122 

Bu gün mən dostum, çox hörmətli İmoməli Şaripoviçi rəsmi 

şəkildə  Azərbaycana  səfərə  dəvət  etdim  və  yeni  görüşümüzü 

səbirsizliklə  gözləyirəm.  Bu  gün  mən  özümü  evimdəki  kimi 

hiss edirəm, Tacikistana ilk dəfə səfər edirəm, amma mənə elə 

gəlir  ki,  ölkənizi  çoxdan  tanıyıram.  Bu  həqiqətən  belədir. 

Ölkənizi  kitablardan,  tacik  mədəniyyəti,  incəsənəti  incilərinin 

nümunələrindən  tanıyırdım.  Bu  gün  Milli  Tarix  Muzeyində 

olarkən  bu  torpağın  nə  qədər  zəngin  olduğunu,  dünyaya  həm 

memarlıq,  həm  mədəniyyət,  həm  də  sənət  əsərlərinin  belə 

incilərini  verən  bu  xalqın  nə  qədər  qədim  olduğunu  bir  daha 

yəqin etdim.  

Bu  gün  mən  bu  badəni  dostum  İmoməli  Şaripoviç 

Rəhmonun  şərəfinə,  qardaş  Tacikistan  xalqının  şərəfinə 

qaldırmaq  istəyirəm.  Qoy  İmoməli  Şaripoviç  Rəhmonun 

rəhbərliyi  ilə  ölkəniz  gələcəkdə  də  uğurla  inkişaf  etsin, 

torpağınızda  həmişə  sülh,  sabitlik  və  firavanlıq  olsun!  Taci-

kistan ilə Azərbaycan arasında dostluğun şərəfinə! 

 

 

 




 

123 


 

 

 



TACİKİSTANIN MİLLİ MƏCLİSİNİN SƏDRİ 

MAHMADSAİD UBAYDULLOYEV İLƏ  

GÖRÜŞ 

 

Düşənbə 



 

16 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın  16-da  Tacikistan  Respublikası  parlamentinin  yuxarı 

palatasının  –  Milli  Məclisin  sədri  Mahmadsaid  Ubaydulloyev 

ilə görüşmüşdür. 

Mahmadsaid  Ubaydulloyev  prezident  İlham  Əliyevi  parla-

mentin binası qarşısında böyük hörmət və ehtiramla qarşıladı. 

Görüş  zamanı  Mahmadsaid  Ubaydulloyev  zəhmətkeş  və 

istedadlı  Azərbaycan  xalqının  rəhbərini  salamlamaqdan  məm-

nunluğunu bildirərək dedi ki, zəngin tarixi və mədəniyyəti olan 

Azərbaycanla  dostluq  əlaqələrini  genişləndirmək  istəyimiz  bö-

yükdür. Sizin rəsmi səfərinizi yüksək qiymətləndirir və əminik ki

bu, əməkdaşlığımızda yeni səhifə açacaqdır. 

Milli  Məclisin  sədri  bildirdi  ki,  görkəmli  dövlət  xadimi 

Heydər  Əliyev  vaxtilə  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci 

müavini  işləyərkən  Tacikistan  üçün  mühüm  strateji  əhəmiyyət 

daşıyan  Kulyab  dəmir  yolunun  çəkilişində  müstəsna  rol  oyna-

mışdır. Tacikistanda iqtisadiyyatın inkişafı, yoxsulluğun azaldıl-

ması  sahəsində  görülən  işlərdən  söhbət  açan  Mahmadsaid 

Ubaydulloyev  qeyd  etdi  ki,  biz  Azərbaycanda  gedən  inkişaf 

proseslərindən  sevinirik.  Azərbaycanda  regional  inkişaf 

proqramı uğurla icra olunur və biz ölkənizin bu təcrübəsindən 

yararlanmaq  fikrindəyik.  O,  parlamentlərarası  əməkdaşlıqdan 

danışaraq  bildirdi  ki,  Tacikistan  Milli  Məclisində  Tacikistan–


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə