İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə37/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   33   34   35   36   37   38   39   40   ...   115

 124 

Azərbaycan  dostluq  qrupu  yaradılıbdır  və  bu,  əməkdaşlığımızı 

daha da dərinləşdirəcəkdir. 

Prezident  İlham  Əliyev  Azərbaycanda  gedən  iqtisadi  inki-

şafdan,  siyasi  proseslərdən  danışdı,  Azərbaycan  ilə  Tacikistan 

arasında  layihələrin  həyata  keçirilməsinin  zəruriliyini,  imza-

lanmış  sənədlərin,  parlamentlərarası  əlaqələrin  əhəmiyyətini 

vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, ölkələrimiz arasında 

əlaqələrin  genişlənməsi  üçün  möhkəm  potensial,  xalqlarımızın 

dostluğu,  mədəni-tarixi  yaxınlıqlar  var  və  bütün  bunlar  yeni 

əməkdaşlıq üçün böyük imkan yaradır.  

Bu səfərin ikitərəfli əlaqələrin genişlənməsində yeni mərhələ 

açacağını vurğulayan dövlətimizin başçısı qarşılıqlı mədəniyyət 

günlərinin keçirilməsinin qərara alındığını  xatırlatdı. 

Prezident  İlham  Əliyev  Ermənistanın  Azərbaycana  təcavü-

zündən və onun ağır nəticələrindən, Dağlıq Qarabağ münaqişə-

sinin  sülh  yolu  ilə  həlli  məsələsində  ölkəmizin  mövqeyindən  

ətraflı danışdı. 

 

* * * 


 

Martın  16-da  Tacikistan  prezidenti  İmoməli  Rəhmonun 

adından  Azərbaycan  prezidenti  İlham  Əliyevin  şərəfinə  rəsmi  

nahar verilmişdir. 

 

* * * 


 

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin Tacikistana rəsmi səfəri başa çatmışdır. 

Azərbaycanın və Tacikistanın Dövlət bayraqları ilə bəzədil-

miş Düşənbə hava limanında prezident İlham Əliyevin şərəfinə 

Fəxri  qarovul  dəstəsi  düzülmüşdü.  Dövlətimizin  başçısı  Fəxri 

qarovul dəstəsinin qarşısından keçdi.   

Azərbaycan  prezidenti  İlham  Əliyevi  Tacikistan  prezidenti 

İmoməli Rəhmon və digər yüksək vəzifəli şəxslər böyük hörmət 

və ehtiramla yola saldılar. 


 

125 


* * * 

 

Prezident İlham Əliyev həmin gün Bakıya qayıtdı. 

Azərbaycan  prezidentini  Heydər  Əliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Ha-

kimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar. 

 

 



 

 

 



 

 

 



 

 



 126 

 

 



 

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ  

AZƏRBAYCAN XALQINA TƏBRİK 

 

Hörmətli həmvətənlər! 



Xalqımızın  ən  əziz  bayramı  –  Novruz  bayramı  müna-

sibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə əsl Novruz 

əhval-ruhiyyəsi arzulayıram. 

Kainatın  qanunları  ilə  sıx  bağlı  olan  bu  bayram  ulu 

əcdadlarımızdan  yadigar  qalmış  adət-ənənələri  özündə  parlaq 

şəkildə  əks  etdirir.  Azərbaycan  torpağında  baharın  ilk  gəlişi 

uzun əsrlərdir ki, bərqərar olmuş xüsusi mərasimlərlə qarşılanır. 

Xalqımızın mənəvi dünyasını bütün zənginliyi ilə ifadə edən bu 

el  bayramı  təbiətin  dirçəlməsi  və  yeniləşməsi  ilə  səciyyələnir. 

O,  gələcəyə  inam  hissi  aşılayır,  könüllərdə  ən  ali  duyğular 

oyadır,  insanları  daha  xeyirxah,  mərhəmətli  və  mehriban 

olmağa çağırır. 

Azərbaycan  xalqı  böyük  milli-mənəvi  gücə  malik  Novruz 

bayramını  həmişə  uca  tutaraq  tarixinin  ən  çətin,  ən  mürəkkəb 

dövrlərində  belə,  yad  təsirlərdən  qorumuş,  ürəklərdə, 

yaddaşlarda  daim  ümidlə  yaşatmışdır.  Öz  müstəqilliyini  bərpa 

etdiyi 

gündən 


ölkəmizdə  bayramın  rəsmi  səviyyədə 

keçirilməsinə  başlanmışdır.  Yurdumuzun  hər  bir  guşəsində 

onun  təntənəli  surətdə  qeyd  olunması  dövlət  müstəqilliyimizin 

bəhrələrindəndir. 

Bu  bahar  günlərində  Azərbaycanın  iqtisadi  uğurları  xüsusi 

qeyd  edilməlidir.  Respublikamızın  bütün  bölgələrində  aparılan 

quruculuq 

işləri  təbiətlə  yanaşı,  iqtisadiyyatımızın  da 

yeniləşməsindən  xəbər  verir.  Ölkəmizdə  müşahidə  olunan 

iqtisadi dirçəliş hər birimizdə yüksək əhval-ruhiyyə yaradır. 

Mən  torpaqlarımızın  müdafiəsində  dayanan  mətin  Azər-

baycan  əsgərinə  bu  əziz  gündə  xüsusi  bayram  təbriklərimi 

yetirirəm.  Vətənimizin  ərazi  bütövlüyünün  qorunması  uğrunda 



 

127 


şəhid  olmuş  qəhrəman  övladların  unudulmaz  xatirəsini  dərin 

ehtiramla yad edərək, onlara Allahdan rəhmət diləyirəm. 

Novruz  bayramını  müstəqil  Azərbaycanın  vətəndaşları  ilə 

birlikdə  müxtəlif  xarici  ölkələrdə  yaşayan  soydaşlarımız  da 

böyük sevinc və fərəhlə qeyd edirlər. Dünya azərbaycanlılarının 

həqiqi  həmrəylik  rəmzi  kimi,  bu  bayram  olduqca  böyük  rol 

oynayır, onların ana Vətənə qırılmaz tellərlə bağlılıqlarını daha 

da gücləndirir. 

Bu əziz bayram günündə hamınıza cansağlığı, xoşbəxtlik və 

səadət arzu edirəm. 

Yurdumuzun  baharı,  xalqımızın  Novruz  bayramı  mübarək 

olsun! 


 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 19 mart 2007-ci il 



 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə