İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə33/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   29   30   31   32   33   34   35   36   ...   115

 

111 


İndi  isə  İlham  Heydəroviçdən  səfərdən  aldığı  təəssüratını 

bizimlə bölüşməyi böyük məmnunluqla xahiş edirəm. Buyurun. 



 

Azərbaycan prezidenti İlham Əliyevin  bəyanatı 

 

İlk növbədə, mən qardaş Tacikistan torpağında belə səmimi 



qəbula,  mənə  və  nümayəndə  heyətimizin  bütün  üzvlərinə 

göstərilən qonaqpərvərliyə görə dostum İmoməli Şaripoviçə bir 

daha dərin minnətdarlığımı bildirmək istərdim.  

Bu, Azərbaycan prezidentinin Tacikistana ilk rəsmi səfəridir 

və  artıq  bu  gün,  demək  olar  ki,  səfər  çox  uğurlu  keçir.  Çox 

ətraflı danışıqlar aparıldı, istər ikitərəfli əməkdaşlıqla, istərsə də 

beynəlxalq  münasibətlərlə  bağlı  məsələlərin  bütün  spektri 

nəzərdən  keçirildi.  Həmçinin  münasibətlərimizin  inkişafının 

əsas  yolları  göstərildi,  ikitərəfli  siyasi,  iqtisadi,  humanitar 

əlaqələrin  inkişaf  istiqamətlərini  bəri  başdan  müəyyən  edəcək 

çox  mühüm  sənədlər  imzalandı.  Hətta  bu  sənədlərin  özü 

ikitərəfli  planda  mövcud  olan  başlıca  istiqamətləri  göstərir. 

Bunlar  həm  siyasi,  həm  iqtisadi,  həm  də  mədəni 

münasibətlərdir. 

Biz  ikitərəfli  münasibətlərimizə  çox  böyük  əhəmiyyət  veri-

rik  və  bunun  parlaq  təzahürü  kimi,  deyə  bilərəm  ki,  Azər-

baycanın  Tacikistanda  səfirliyinin  açılması  haqqında  qərar 

qəbul  etmişik.  Ümidvaram  ki,  bu  səfirlik  yaxın  vaxtlarda 

açılacaqdır.  Bu,  ikitərəfli  əlaqələrimizi  möhkəmləndirmək 

barədə niyyətlərimizin ciddiliyinin parlaq təsdiqidir.  

Çox yaxşı perspektivlər var. Bizi ümumi mədəniyyət, ümu-

mi  tarixi  keçmiş,  ənənələr,  zəngin  mədəni  irs,  xalqlarımızın 

yaxınlığı, habelə müstəqilliyin bütün illəri ərzində ölkələrimizin 

və xalqlarımızın hiss etdikləri qarşılıqlı dəstək birləşdirir. 

15  il  əvvəl  xalqlarımız  azadlıq  əldə  etdilər,  ölkələrimiz 

müstəqil  dövlətlər  oldu  və  oxşar  problemlərlə  –  müharibə, 

dağıntılar,  insanların  bədbəxtlikləri  ilə  qarşılaşdı.  Lakin  xalq-

larımız  bu  ciddi  sınaqdan  şərəflə  çıxdılar.  Hazırda  dövlətçilik 




 112 

sabit inkişaf edir, möhkəmlənir, öz vətəndaşlarımıza yaxşı həyat 

yaradılması üçün iş gedir.  

Ölkələrimizin  iqtisadiyyatlarının  inkişaf  sürəti  çox  aydın 

şəkildə  göstərir  ki,  onlar  ən  ağır  vaxtları,  böhran  dövrünü 

arxada qoymuşlar. Hərçənd bizim regionda – Cənubi Qafqazda  

problemlər hələ də var.   

Azərbaycan  Ermənistanın  azərbaycanlılara  qarşı  apardığı 

etnik  təmizləmə  siyasətindən  zərər  çəkmişdir.  Bu  etnik 

təmizləmə  siyasəti  nəticəsində  bir  milyondan  çox azərbaycanlı 

qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycan ərazisinin 

20  faizi  işğal  altındadır.  Biz  münaqişənin  beynəlxalq  aləmdə 

tanınmış  hüquq  normaları  çərçivəsində  və  BMT  Təhlükəsizlik 

Şurasının  qətnamələri  nəzərə  alınmaqla  həll  edilməsinə 

tərəfdarıq.  Bu  qətnamələr  erməni  işğalçı  qüvvələrinin 

Azərbaycan  ərazilərindən  dərhal  və  qeyd-şərtsiz  çıxarılmasını 

tələb edir.  

Bununla  yanaşı,  biz  1994-cü  ildə  müvəqqəti  barışıq  yaran-

dığı  vaxtdan  bəri  iqtisadi  potensialın  möhkəmləndirilməsi, 

iqtisadiyyatımızın  inkişafı  üzərində  fəal  işləmişik  və  işləyirik. 

Bu  istiqamətdə  çox  böyük  uğurlar  qazanmışıq.  Biz  çox  böyük 

transmilli  regional  enerji  və  nəqliyyat  layihələri  həyata 

keçirmişik.  Onlar  bir  tərəfdən,  Azərbaycanın  regionda  və 

dünyada  rolunu  və  mövqeyini  möhkəmləndirir,  digər  tərəfdən 

isə,  ölkəmizin  malik  olduğu  çox  böyük  iqtisadi  və  intellektual 

potensialdan tam istifadə etmək imkanı verir.  

Əminəm  ki,  məqsədyönlülük,  öz  gücümüzə,  habelə  haqq-

ədalətə  inam  və  əzmkarlıq  elə  amillərdir  ki,  onlar  ölkəmizə 

işğalın  nəticələrini  aradan  qaldırmağa  və  ərazi  bütövlüyümüzü 

bərpa etməyə imkan verəcəkdir.  

Bu  gün  mənim  hörmətli  İmoməli  Şaripoviçlə  ikitərəfli 

münasibətlərimizlə  bağlı  məsələlərin  çox  geniş  dairəsini 

müzakirə etmək imkanım  oldu. Ümumi anlayışımız  belədir ki, 

münasibətlərimizi  yalnız  real,  əməli  işlərlə  dolğunlaşdırmaqla 

yüksək səviyyəyə çıxarmaq olar. Mənim Tacikistana səfərim də 

bu  istiqamətdə  mühüm  addımlardan  biridir.  Mən    dostum 




 

113 


İmoməli  Şaripoviçi  onun  üçün  əlverişli  vaxtda  Azərbaycana 

rəsmi  səfərə  və  bu  cür  fəal  dialoqu  davam  etdirməyə  dəvət 

etdim.  

Səmimi qəbula görə bir daha təşəkkürümü bildirmək istəyi-

rəm, burada özümü evimdəki kimi hiss edirəm. Ümidvaram ki, 

ölkələrimiz və xalqlarımız arasındakı münasibətlər gələcəkdə də 

möhkəmlənəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.    

* * * 


 

Sonra  dövlət  başçıları  jurnalistlərin  suallarına  cavab  ver-

dilər

 

S u a l (Zərinə Nazarova, «Mir» Dövlətlərarası Teleradio 



Şirkəti):  İlham  Heydəroviç,  Azərbaycanın  Mərkəzi  Asiya 

ölkələri  ilə  əməkdaşlığının  perspektivləri  necədir  və  Azər-

baycan  hansı  investisiya  layihələrində  –  xüsusən  Tacikis-

tanda – iştirak etmək niyyətindədir? 

İ l h a m   Ə l i y e v: Əməkdaşlıq, ümumən, çox ugurla 

inkişaf edir. Biz Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını, 

habelə  sonra  Qara  dəniz  hövzəsi  regionlarını  və  Avropanı 

birləşdirən energetika və nəqliyyat layihələri üzərində işləyirik. 

Nəqliyyat  və  energetika  layihələri,  Mərkəzi  Asiya  ölkələri  ilə 

əmtəə  dövriyyəsinin  artırılması  öz  bəhrələrini  verir.  Ona  görə 

də  bu  istiqamət  bizim  üçün  çox  vacib,  çox  perspektivlidir. 

Asiya ilə Avropa arasında körpü olan Azərbaycan bu baxımdan 

özünün  bütün  vəzifələr,  istər  nəqliyyat,  istərsə  də    energetika 

infrastrukturunu  –  bunlar  həm  də  qaz  kəmərləridir  –  Mərkəzi 

Asiyanın istehsalçıları və təchizatçılarının istifadəsinə verməyə 

hazırdır və verir. 

O ki qaldı investisiya layihələrinə, deməliyəm ki, hələ ötən 

il  Azərbaycan  şirkətləri  ölkəmizin  hüdudlarından  kənarda 

kapital  qoyuluşu  proqramını  ciddi  surətdə  həyata  keçirməyə 

başlamışlar.  O  vaxtadək  bütün  əsas  səylərimiz  daxili 

investisiyalara,  iqtisadiyyatın  real  sektorunun  inkişafına  və 

sənaye  istehsalının  artırılmasına  yönəldilmişdi.  Deməliyəm  ki, 

bu  çox  hissolunan  nəticələrini  vermişdir.  Keçən  il  Azərbaycan 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə