İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə32/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   28   29   30   31   32   33   34   35   ...   115

 

107 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 

15-də Düşənbədə Milli Tarix Muzeyi ilə tanış olmuşdur. 

Prezident  İlham  Əliyevi  muzeyin  direktoru  Saidmurad 

Bobolulloyev  böyük  hörmət  və  ehtiramla  qarşıladı,  muzeyi 

ziyarət  etdiyinə  görə  dövlətimizin  başçısına  minnətdarlığını 

bildirdi.  O  dedi  ki,  qədim  dövlətçilik  ənənələrinə  malik  Taci-

kistanın  tarixini  əks  etdirən  muzeydə  10  mindən  çox  arxeoloji 

eksponat,  geyim  dəstləri,  məişət  əşyaları,  kənd  təsərrüfatı 

alətləri  və  s.  toplanmışdır.  2001-ci  ildə  yaradılmış  muzeydə 

ölkənin bütün regionlarından gətirilmiş eksponatlar 22 bölmədə 

nümayiş etdirilir.  

Prezident  İlham  Əliyev  muzeyi  gəzdi,    ayrı-ayrı  bölmələrlə 

tanış  oldu  və    muzeyin  Fəxri  qonaqlar  kitabına  ürək  sözlərini 

yazdı.  

Prezident  İlham  Əliyevə  muzeyin  xüsusi  albomu  hədiyyə 

olundu. 


 108 

 

   


 

TACİKİSTANIN BAŞ NAZİRİ AKİL AKİLOV 

İLƏ GÖRÜŞ 

 

Düşənbə  



 

15 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın 15-də Düşənbədə  onun üçün ayrılmış iqamətgahda Ta-

cikistan Respublikasının Baş naziri Akil Akilovu qəbul etmişdir.  

Prezident  İlham  Əliyevin  bu  rəsmi  səfərini  tarixi  hadisə 

adlandıran Akil Akilov Azərbaycanda son illər əldə olunan iq-

tisadi inkişafdan  məmnunluqla  danışdı  və  bundan  öz  ölkəsinin 

də  faydalanmaq  fikrində  olduğunu  bildirdi.  O,  ölkələrimiz 

arasında  əməkdaşlıq  sahəsində  potensial imkanların çox  geniş 

olduğunu  vurğuladı  və  dedi  ki,  əsas  elektroenergetika,  mədən 

sənayesi,  neft-qaz  sektoru,  ümumiyyətlə,  faydalı  qazıntıların 

hasilatı  sahəsində  Azərbaycanın  təcrübəsindən  yararlanaraq, 

əlaqələri  daha  da  genişləndirmək  zəruridir.  Kənd  təsərrüfatı, 

infrastruktur,  yolların  və  körpülərin  salınması  istiqamətində 

layihələr həyata keçirilə bilər. 

Prezident  İlham  Əliyev  bildirdi  ki,  iki  ölkə  arasında  əmək-

daşlığa  regional  xarakter  vermək  daha  perspektivli  və  fay-

dalıdır,  əlaqələrin  genişləndirilməsi  üçün  konkret  sahələr  üzrə 

işçi qruplarının yaradılması əhəmiyyətlidir.  


 

109 


 

 

 



AZƏRBAYCAN VƏ TACİKİSTAN 

PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT 

KONFRANSINDA BƏYANATLA ÇIXIŞLARI 

 

Düşənbə, Dövlət iqamətgahı 

 

15 mart 2007-ci il 

                 

      

Tacikistan prezidenti İmoməli Rəhmonun bəyanatı 

 

Hörmətli  kütləvi  informasiya  vasitələrinin  nümayən-



dələri!  İlk  növbədə,  mən  dostlarımızı  –  dost  Azərbaycanın 

prezidenti,  əziz  dostum  İlham  Əliyevi  və  onu  müşayiət  edən 

nümayəndə  heyətini  Tacikistan  hökuməti  və  xalqı  adından 

hərarətlə salamlamaq istəyirəm. 

Azərbaycan dövlət başçısının Tacikistana ilk rəsmi səfəri iki 

ölkənin  rəhbərliyinin  möhkəm  çoxəsrlik  ənənələri  olan 

ölkələrimiz  və  xalqlarımız  arasında  münasibətlərə  yeni  təkan 

verməyə qarşılıqlı surətdə səy göstərdiyinə sübutdur.  

Bu  ənənələrdən  danışarkən  ilk  növbədə,  Azərbaycanın 

böyük oğlu, həm də tacik və fars ədəbiyyatının klassiki sayılan, 

poeziya dühaları sırasına daxil olan Nizami Gəncəvini nəzərdə 

tuturam.  Tacik  xalqı  diyarımızın  tərəqqisinə,  Tacikistanda 

elmin,  təhsilin,  mədəniyyətin    inkişafına  sanballı  töhfə  vermiş 

Azərbaycan xalqının şanlı nümayəndələrinin adlarını heç zaman 

unutmayacaqdır.  

Aparılmış danışıqların yekunları barədə demək istəyirəm ki, 

danışıqlar  konstruktivlik  və  qarşılıqlı  hörmət  şəraitində, 

qarşılıqlı  anlaşma  və  mövcud  zəngin  potensialdan  əməkdaşlıq 

üçün istifadə edilməsinə maraq göstərilməsi ruhunda keçmişdir. 

Səfər  iki  dövlətin  uzunmüddətli  əməkdaşlığı  üçün  hüquqi 

baza  olacaq  sənədlərin  sanballı  paketini  hazırlamış  nümayən-



 110 

dələrimizin  gərgin  işinə  əslində  nöqtə  qoymağa  imkan 

verəcəkdir. 

Bunların  sırasında  mən  geniş  əhatəli  sənədi  –  Tacikistan 

Respublikası  ilə  Azərbaycan  Respublikası  arasında  dostluq  və 

əməkdaşlıq  haqqında  müqavilənin  imzalanması  faktını  xüsusi 

vurğulamaq  istəyirəm.  Deyə  bilərik  ki,  bu  müqavilənin 

imzalanması  ilə  münasibətlərimiz  beynəlxalq  hüququn 

hamılıqla  tanınmış  prinsipləri  və  normalarına  əsaslanan  key-

fiyyətcə yeni səviyyəyə çıxmışdır. Tərəflər ölkələrimiz arasında 

çoxşaxəli  əməkdaşlıq  yaratmaq  arzusunu  ifadə  etmişdir  və 

zənnimcə,  indi  bundan  ötrü  bütün  zəruri  ilkin  zəmin  var  və 

olduqca əlverişli şərait yaradılmışdır.  

Biz  yaxın  gələcəkdə  qarşılıqlı  fəaliyyət  mexanizmini 

formalaşdırmağı  nəzərdə  tuturuq  və  münasibətlərin  müqavilə-

hüquq  bazasını  təkmilləşdirmək  üzərində  işi  daimi  əsasda 

davam  etdirmək  barədə  razılığa  gəldik.  Biz  aktual  regional  və 

beynəlxalq problemləri müzakirə etdik, fəaliyyətin, o cümlədən 

həm  Tacikistanın,  həm  də  Azərbaycanın  daxil  olduqları 

beynəlxalq təşkilatlar çərçivəsində mövqelərin əlaqələndirilməsi 

məqsədi ilə siyasi əlaqələri davam etdirməyi qərara aldıq. 

Biz  Mərkəzi  Asiyada  və  Qafqazda  cərəyan  edən  proseslər 

haqqında  fikir  mübadiləsi  apardıq.  Dövlətlər  arasında  bütün 

mübahisələrin  dincliklə  həllinin  qəti  tərəfdarı  olan  Tacikistan 

Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  tərəflər  arasında 

danışıqların  bərpasını  alqışlayır  və  bunu  dünyanın  bu  çox 

mühüm  regionunda  sülhün  və  sabitliyin  möhkəmlənməsi  üçün 

yeganə vasitə sayır. 

Tacikistan  tərəfi  aparılmış  danışıqları  qiymətləndirərək 

hesab  edir  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  hörmətli 

İlham  Əliyevin  rəsmi  səfərinin  birinci  günü  çox  səmərəli 

olmuşdur.  Mən  ona,  habelə  Azərbaycan  nümayəndə  heyətinin 

bütün  üzvlərinə  ölkəmizə  səfərin  xoş  keçməsini  və  ikitərəfli 

münasibətlərimizin  möhkəmlənməsi  naminə  yeni-yeni  uğurlar 

arzulayıram.  



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə