İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə29/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   25   26   27   28   29   30   31   32   ...   115

 98 

 

 

 

AZƏRBAYCAN VƏ TACİKİSTAN 

PREZİDENTLƏRİNİN GENİŞ TƏRKİBDƏ 

GÖRÜŞÜ 

 

Düşənbə, Dövlət iqamətgahı 



 

15 mart 2007-ci il 

 

Martın  15-də  təkbətək  görüşdən  sonra  Dövlət  iqa-



mətgahında Azərbaycan prezidenti İlham Əliyevin və Tacikistan 

prezidenti  İmoməli  Rəhmonun  nümayəndə  heyətlərinin  iştirakı 

ilə  geniş  tərkibdə  görüşü  olmuşdur.  Görüşü  Tacikistan 

prezidenti İmoməli Rəhmon açdı. 

İ m o m ə l i   R ə h m o n: Azərbaycan dövlət başçısının 

Tacikistan  Respublikasına  rəsmi  səfəri  xalqlarımızın  kökləri 

əsrlərin  dərinliklərinə  gedən  qarşılıqlı  münasibətlərinin  yeni 

tarixində mühüm mərhələdir. Azərbaycan xalqının böyük oğlu, 

həm  də  tacik-fars  ədəbiyyatının  klassiklərindən  biri  kimi 

ehtiram  bəslənilən  və  Rudəki,  İbn  Sina,  Sədi  və  digərləri  ilə 

birlikdə  dünya  ədəbiyyatı  xəzinəsinə  misilsiz  töhfə  vermiş 

Nizami  Gəncəvinin  yaradıcılığı  buna  parlaq  sübutdur. 

Mədəniyyətlərin  qarşılıqlı  nüfuzu  və  qarşılıqlı  zənginləşməsi 

daimi  prosesdir.  Bu  baxımdan  Tacikistanın  təxminən  üç  min 

nəfərdən  ibarət  Azərbaycan  diasporunun  rolunu  yüksək 

qiymətləndirmək  istəyirəm.  Onun  nümayəndələri  cəmiyyəti-

mizin  inkişafına  sanballı  töhfə  vermiş  və  verirlər.  Bugünkü 

Azərbaycan  tərəqqi  və  quruculuq  yolu  ilə  inamla  irəliləyən 

dinamik inkişaflı ölkədir. Bu uğurların əsasını hamımızın dərin 

hörmət bəslədiyi, regionda və dünyada çox böyük nüfuza malik 

olmuş  mərhum  Heydər  Əliyeviç  qoymuşdur.  Mən  indicə  uzun 

illər  birgə  işimizi  xatırladım.  Həm  də  təkcə  birgə  işimizi  yox. 

Xatırladım  ki,  Heydər  Əliyeviç  Moskvada  işləyərkən  Tacikis-



 

99 


tana  sənaye  komplekslərinin,  hidroenergetikanın  inkişafı  üçün 

çox  güclü  kömək  göstərirdi.  Biz  hər  dəfə  görüşərkən  o, 

Tacikistanın necə inkişaf etdiyi ilə maraqlanırdı. 

Tacikistan  xalqı  bunu  heç  zaman  unutmayacaqdır.  Ta-

cikistan  Respublikası  yaradıldıqdan  sonra  ilk  Daxili  İşlər 

nazirlərindən biri azərbaycanlı olmuşdur. Azərbaycan diasporu 

ziyalılarının  hələ  çox  nümayəndələrini  misal  göstərmək  olar. 

Əminəm  ki,  Sizin  simanızda  Azərbaycan  xalqı  bu  nəcib  işin 

layiqli  davamçısına  malikdir.  Əziz  həmkarım,  doğma 

torpağınızın  tərəqqisi  və  xalqınızın  firavanlığı  naminə  Sizə 

ürəkdən yeni-yeni uğurlar arzulamaq istəyirəm.  

Biz  Azərbaycanla  münasibətlərin  hər  vasitə  ilə  inkişafında 

maraqlıyıq,  bütün  istiqamətlərdə  qarşılıqlı  surətdə  faydalı 

əməkdaşlığın genişlənməsi və dərinləşməsi üçün mümkün olan 

bütün işləri görmək niyyətindəyik. Qarşılıqlı münasibətlərimizi 

keyfiyyətcə  yeni  səviyyəyə  yüksəltməkdən  ötrü  sənədlər 

hazırlamışıq  və  onların  imzalanması  ənənəvi  dostluq 

münasibətlərimizin  daha  da  inkişaf  etməsinin  hüquqi  bazası 

üçün  əsas  qoymalıdır.  Həmin  sənədlər  sırasında  dostluq  və 

əməkdaşlıq  haqqında  müqaviləni  xüsusi  vurğulamaq  istəyirəm. 

Burada  respublikalarımız  arasında  ikitərəfli  münasibətlərin  əsas 

prinsipləri  təsbit  olunmuşdur.  Bu  münasibətlər  beynəlxalq 

hüququn  hamılıqla  tanınmış  norma  və  prinsipləri,  qarşılıqlı 

hörmət,  hüquq  bərabərliyi  əsasında  inkişaf  edəcəkdir.  Müqavilə 

uzunmüddətli perspektiv üçün nəzərdə tutulan əməkdaşlığımızın 

sanballı bünövrəsi olmalıdır.  

Bu,  beynəlxalq  aləmdə  əməkdaşlığımıza  da,  regional 

strukturlar  çərçivəsində  və  ikitərəfli  əlaqələr  formatında  qar-

şılıqlı əlaqələrimizə də aiddir. 

Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı üçün 

böyük potensial var, əmtəə dövriyyəsi keçən il rekord səviyyəyə 

çatmış  və  140  milyon  dollardan  artıq  olmuşdur.  Tacikistanda 

təbii  sərvətlərin,  o  cümlədən  də  enerji  daşıyıcılarının  zəngin 

ehtiyatları var. Azərbaycanlı tərəfdaşlarımızın zəngin təcrübəsi, 

malik  olduqları  texnologiyalar  və  sərmayə  imkanları  bu 



 100 

sahələrdə  faydalı  əməkdaşlıq  üçün  baza  ola  bilər.  Ölkəmizdə 

hidroenergetika  potensialının  artırılmasına, faydalı  qazıntılar,  o 

cümlədən neft və qaz hasilatına və digər sahələrə dair layihələr 

hazırlanmışdır.  Rusiya,  Çin,  İran  və  bir  sıra  digər  ölkələrlə 

birlikdə iş aparılır. Biz Azərbaycanın da bu prosesdə fəal iştirak 

etməsində maraqlıyıq.  

Humanitar  sahədə  əməkdaşlığımız  genişlənəcəkdir.  Biz  el-

mi,  yaradıcılıq  və  təhsil  müəssisələri  arasında  bilavasitə 

münasibətləri,  insanlar  arasında  əlaqələri  hər  vasitə  ilə  təşviq 

edəcəyik.  Düşünürəm  ki,  Tacikistanda  Azərbaycan  və  Azər-

baycanda  Tacikistan  mədəniyyəti  günlərinin  keçirilməsi  bu 

sahədə qarşılıqlı əlaqələrə kömək edəcəkdir.  

Tacikistan Cənubi Qafqazda vəziyyəti də izləyir və planetin 

bu  mühüm  regionunda  problemlərin  ancaq  dincliklə  həllinə 

tərəfdardır.  Azərbaycan  və  Ermənistan  xarici  siyasət  idarələri 

başçılarının  Cenevrədə  keçirilən  sonuncu  görüşü  Qafqazda 

uzunmüddətli  sülh  və  sabitliyin  bərqərar  olacağına  və  region 

ölkələrinin  münasibətlərinin  normallaşacağına  müəyyən 

nikbinlik  və  ümid  doğurur.  Hörmətli  həmkarım  İlham 

Heydəroviçlə  biz  bu  məsələləri  müzakirə  etdik  –  ancaq 

danışıqlar,  dialoq.  Həm  də  ona  görə  ki,  hazırda  Cənubi  Qaf-

qazda  inkişafın  başlıca  hərəkətverici  qüvvəsi  məhz  Azər-

baycandır. Biz çox sevinirik ki, son illərdə Azərbaycan iqtisadi 

inkişafın belə səviyyəsinə nail olmuşdur. Bu yaxşıdır. 

Taciklərin  atalar  sözündə  deyilir  ki,  əgər  qonşunun  işi 

yaxşıdırsa, deməli, sənin də işin yaxşıdır. Həqiqətən, indiki bu 

çətin  zəmanədə,  qışda  Gürcüstanın  vəziyyəti  çox  ağır  olduğu 

vaxtda  Azərbaycanın  siyasi  rəhbərliyi  tərəfindən  yardım  əli 

uzadıldı  və  qonşu  ölkə  qazla  təmin  edildi.  Hətta  burada, 

Mərkəzi  Asiyada  biz,  xalqımız  buna  çox  müsbət  reaksiya 

verdik. 


Hörmətli İlham Heydəroviç, ölkəmizə səfərinizə, xalqlarımı-

zın  dostluq  və  əməkdaşlıq  münasibətlərinin  möhkəmlənməsi, 

dövlətlərimizin  tərəqqisi  naminə  səmərəli  işinizə  görə  Sizə 

minnətdarlığımı  bildirmək  istəyirəm.  Biz  Tacikistan–Azər-




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə