135
RUSİYA FEDERASİYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB VLADİMİR PUTİNƏ
Hörmətli Vladimir Vladimiroviç!
Krasnodar diyarında ahıllar evindəki yanğın və Ke-
merovo vilayətində «Ulyanovskaya» şaxtasındakı partlayış
nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni son
dərəcə kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak
olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına
dərin hüznlə başsağlığı verirəm.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 mart 2007-ci il
136
NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ
ÜMUMXALQ ŞƏNLİYİNDƏ NİTQ
21 mart 2007-ci il
Doğma Azərbaycanımızın hər yerində xalqımız qədim el
bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə
qarşılayır. Azərbaycan prezidentinin Novruz bayramı mü-
nasibətilə xalqımıza təbrikində deyildiyi kimi, bu əziz bayramı
müstəqil Azərbaycanın vətəndaşları ilə birlikdə müxtəlif xarici
ölkələrdə yaşayan soydaşlarımız da böyük sevinc və fərəhlə
qeyd edirlər. Dünya azərbaycanlılarının həqiqi həmrəylik rəmzi
kimi, bu bayram olduqca böyük rol oynayır, onların ana Vətənə
qırılmaz tellərlə bağlılıqlarını daha da gücləndirir.
Həmişə olduğu kimi, bu dəfə də baharın gəlişi münasibətilə
ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda ke-
çirilmişdir. Martın 20-də qədim İçərişəhərin darvazaları qar-
şısında – Gənclər meydanında bayram münasibətilə böyük mə-
rasim təşkil olunmuşdu. Ətrafdakı binaları, əsrlərin şahidi olan
qədim qala divarlarını al-əlvan plakatlar bəzəyirdi.
Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əli-
yeva Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanı-
na gəldilər. Meydana toplaşmış minlərlə şəhər sakini dövlə-
timizin başçısını, onun xanımını hərarətlə, sürəkli alqışlarla
qarşıladı, onlara bahar ətirli gül-çiçək dəstələri, Bahar qız isə
el adətincə səməni və xonça təqdim etdi. Dövlətimizin başçısı
Novruz tonqalını alovlandırdı.
Qədim tariximizi əks etdirən səhnələr – İçərişəhərin qala
divarları üstündə dayanmış qılınc və qalxanlı döyüşçülər, Dədə
Qorqudun xalqa xitabı, öyüd-nəsihəti, igidləri düşmən üzərində
qələbəyə səsləməsi, Bahar bayramının millətimizə ruzi-bərəkət
137
gətirməsi üçün xeyir-dua verməsi qəhrəmanlıqla dolu
keçmişimizin mənzərəsini canlandırırdı.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli
uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı,
Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə
yayılır, bayram mərasiminin iştirakçılarında daha xoş ovqat
doğururdu.
Prezident İlham Əliyev şənliyə toplaşmış paytaxt sakinləri
ilə səmimiyyətlə salamlaşdı, onları Novruz bayramı müna-
sibətilə təbrik etdi.
Dövlətimizin başçısı bayram şənliyində nitq söylədi.
Əziz həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı Azərbaycan xalqının ən sevimli
bayramlarından biri – Novruz bayramı münasibətilə ürəkdən
təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik, yeni-yeni
uğurlar arzulayıram.
Azərbaycan xalqı bu gözəl bayramı əsrlər boyu öz qəlbində
yaşatmışdır. Ancaq biz müstəqillik əldə edəndən sonra bu
bayram Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu il bu
bayram Azərbaycanda beş gün qeyd ediləcəkdir. Əgər şənbə və
bazar günlərini də əlavə etsək, belə çıxır ki, bir həftə ərzində
Azərbaycanda bu bayram geniş şəkildə qeyd olunacaqdır.
Birinci növbədə, bu onu göstərir ki, Novruz bayramı bizim üçün
ən əziz, ən sevimli bayramdır. İkinci tərəfdən, bu bayramın
yeddi gün ərzində qeyd olunması hər bir ailəyə imkan yaradır
ki, məzuniyyətdən başqa, ildə bir dəfə ailə birlikdə olsun,
istirahət etsin və dincəlsin. Hesab edirəm ki, Azərbaycanın
indiki şəraiti bizə bu imkanları yaradır. Ölkəmiz sürətlə inkişaf
edir, iqtisadi artım çox sürətlidir və belə olan halda, əlbəttə ki,
gözəl bayramları qeyd etmək insanlara daha da xoşdur.
Novruz bayramı qeyd etdiyim kimi, bizim ən sevimli, ən
əziz bayramımızdır və Azərbaycan xalqı bütün dövrlərdə bu
bayramı çox geniş şəkildə qeyd edib. Sadəcə olaraq, rəsmi