İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə42/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   38   39   40   41   42   43   44   45   ...   115

 

141 


Minimum  əməkhaqqı  qaldırılır  və  bu  proses  bundan  sonra  da 

gedəcəkdir. Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşamalıdır 

və  yaşayacaqdır.  Məqsəd  qoymuşuq    ki,  yoxsulluq  aradan 

qaldırılsın  və  orta  təbəqə  güclənsin,  xalqımız  daha  da  yaxşı 

yaşasın və biz buna nail olacağıq.  

Mən bu gözəl gündə xaricdə yaşayan soydaşlarımızı bayram 

münasibətilə  təbrik  etmək  istəyirəm.  Xaricdə  yaşayan 

azərbaycanlılar  öz  doğma  torpağına,  doğma  Vətəninə  bağlı-

dırlar. Biz çalışırıq ki, onlar öz Vətənləri ilə əlaqələrini itirmə-

sinlər.  Xaricdə  yaşayan  azərbaycanlılar,  onların  övladları, 

uşaqları,  nəticələri  də  milli  ruhda  tərbiyə  alsınlar.  Azərbaycan 

dilini  bilsinlər,  Azərbaycanla  bağlı  olsunlar.  Əlbəttə,  onlar 

yaşadıqları ölkələrin vətəndaşlarıdır və o ölkələrin qanunları ilə 

yaşamalıdırlar.  Ancaq  eyni  zamanda,  biz  imkan  verə  bilmərik 

ki,  onlar  yaşadıqları  ölkələrdə  öz  milli  ənənələrini  unutsunlar, 

yaxud da assimilyasiya olunsunlar. Bu məqsədlə biz çalışırıq ki, 

dünyada  yaşayan  bütün  azərbaycanlıları  Azərbaycana  dəvət 

edək, onlar Azərbaycanla sıx bağlı olsunlar. Bizim bu sahədəki 

bütün  fəaliyyətimiz  buna  yönəldilibdir.  İlk  növbədə,  onların 

həyat  səviyyəsinin  yaxşılaşması,  xaricdə  rahat  yaşaması  üçün 

tədbirlər  görürük,  Bakıda  çoxlu  tədbirlər  keçiririk.  Eyni 

zamanda, onların Vətənlə əlaqələri də möhkəm olmalıdır. 

Mən  bu  gün  Azərbaycanın  ərazi  bütövlüyünün  qorunma-

sında  iştirak  edən,  səngərdə  ölkəmizi  müdafiə  edən,  təh-

lükəsizliyi təmin edən əsgərləri salamlayıram və onları bu gözəl 

bayram  münasibətilə  təbrik  edirəm.  Azərbaycanın  ordusu 

güclənir,  bizim  ordu  potensialımız  möhkəmlənir.  Bizim 

ordumuz  istənilən  anda  ən  çətin,  ən  ağır  vəzifəni  icra  etməyə 

hazırdır  və  buna  qadirdir.  Mən  heç  şübhə  etmirəm  ki, 

Ermənistan–Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  bizim 

xeyrimizə həll olunacaqdır. Azərbaycanın mövqeyi birmənalıdır 

və  bizim  mövqeyimiz  günü-gündən  möhkəmlənir.  Bizim 

mövqeyimiz  beynəlxalq  hüquq  normalarına  əsaslanır  və  artıq 

bütün dünya, dünyanın bütün ölkələri, xüsusilə aparıcı ölkələri 

birmənalı 

şəkildə, 

açıq 

şəkildə 


Azərbaycanın 

ərazi 



 142 

bütövlüyünün  tanınmasını  və  müdafiəsini  bəyan  edir.  Bu, 

əlbəttə, bizə əlavə güc verir. Amma ilk növbədə, öz gücümüzə 

istinad  etməliyik,  biz  güclü  olmalıyıq.  Biz  güclü  iqtisadiyyat 

yaratmalıyıq,  güclü  ordu  yaratmalıyıq  və  elə  etməliyik  ki, 

istənilən  anda  bu  və  ya  digər  yolla  öz  ərazi  bütövlüyümüzü 

bərpa edək.  

Qarşı tərəf sadəcə, vaxt uzatmaqla məşğuldur. Sadəcə, qeyri-

konstruktiv  mövqe  nümayiş  etdirir.  Amma  bilməlidir  ki,  vaxt 

onların  yox,  bizim  xeyrimizə  işləyir.  Bu  gün  Azərbaycanın 

iqtisadiyyatı  Ermənistanın  iqtisadiyyatından  7  dəfə  böyükdür. 

Nəzərə  alsaq  ki,  biz  hələ  böyük  enerji  layihələrinin 

əvvəlindəyik, onların ilkin mərhələsini yaşayırıq, onda görmək 

çətin  olmaz  ki,  bir  neçə  ildən  sonra,  iki-üç  ildən  sonra  bizim 

üstünlüyümüz  mütləq  üstünlük  olacaqdır.  Belə  olan  halda, 

istənilən məsələ asanlıqla öz həllini tapacaqdır.  

Əziz dostlar!  

Əziz bacılar və qardaşlar!  

Mən  xoşbəxtəm  ki,  bizim  ölkəmiz  çox  sürətlə  inkişaf  edir. 

Azərbaycanın həm beynəlxalq imici möhkəmlənir, həm də ölkə 

daxilində sabitlik, sülh, əmin-amanlıq var. İnsanlar sülh, əmin-

amanlıq  şəraitində  yaşayırlar.  Çalışıram  və  çalışacağam  ki, 

bundan sonra hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər 

daha  da  çox  olsun,  insanlar  ildən-ilə  daha  da  yaxşı  yaşasınlar, 

ölkəmiz  möhkəmlənsin,  qüdrətlənsin,  çiçəklənsin.  Güclü 

Azərbaycan bizim hamımızın qürur mənbəyidir.  

Mən  bu  gözəl  gündə  sizi  bir  daha  ürəkdən  təbrik  edirəm. 

Arzu edirəm ki, ölkəmiz bundan sonra da inkişaf yolu ilə uğurla 

getsin və Azərbaycan xalqı rahat, firavan yaşasın.  

Bayramınız mübarək olsun!  

 

* * * 


Azərbaycan  prezidenti  İlham  Əliyev  İçərişəhərdə  keçirilən 

Novruz  şənliklərində  iştirak  etdi.  Bakının  ayrı-ayrı  rayon-

larının  buraya  toplaşan  nümayəndələri  prezidenti  hərarətlə 


 

143 


salamladılar.  Dövlətimizin  başçısı  Bakı  sakinləri  və  şənlik 

iştirakçıları  ilə  mehribancasına  görüşdü,  hal-əhval  tutdu, 

onları bayram münasibətilə təbrik etdi. Bahar qız Azərbaycan 

prezidentini  xalqımızın  qədim  el  bayramı  münasibətilə 

ürəkdən  təbrik  etdi,  Azərbaycanın  xoşbəxt  gələcəyi, 

firavanlığı,  ölkəmizin  dirçəlişi  və  ərazi  bütövlüyünün  bərpası 

naminə gördüyü işlərdə ona uğurlar arzuladı. 

İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın 

adət-ənənələrini,  qədim  el  sənətlərini  nümayiş  etdirdilər, 

«Kosa, Keçəl və Bahar qız» tamaşasını göstərdilər, rəngarəng 

konsert  proqramı  ilə  çıxış  etdilər.  Bir  tərəfdə  isə  gənc 

pəhləvanlar  xalça  üzərində  qurşaq  tutur,  idmançılar  məha-

rətlərini  göstərirdilər.  Şənlik  iştirakçıları  qədim  xalq  mah-

nılarını  ifa  edir,  milli  musiqinin  sədaları  altında  rəqs  edir-

dilər. Novruz şənliklərinin elementlərindən olan xoruz döyüşü 

də unudulmamışdı. 

Prezidenti  özlərinə  xas  sevinclə  salamlayan  paytaxtın 

balaca  sakinləri  unudulmaz  Heydər  babaya,  Vətənə  və  döv-

lətimizin başçısına həsr olunmuş mahnılar ifa etdilər. 

Sonra  prezident  İlham  Əliyevi  Novruz  bayramının  əsas 

personajları  olan  Kosa  və  Keçəl  qarşıladılar.  Kosa  dövlə-

timizin başçısına müraciətlə dedi: 

– Cənab Prezident, bayramınız mübarək. Mən Kosa, bu da 

Keçəl,  elimizin  içində  olmuşuq,  onların  dərdinə,  arzularına 

şərik çıxmışıq. Allah Sizin canınızı sağ eləsin. İnşallah, xalqı-

mızın  arzuları  çin  olacaq,  Sizin  rəhbərliyinizlə  qələbə  bizim 

olacaqdır. Xalqımızın ümummilli lideri, ulu öndərimiz Heydər 

Əliyevin  gördüyü  tarixi  işlər  unudulmur,  onun  siyasəti  Sizin 

tərəfinizdən  ləyaqətlə  həyata  keçirilir.  Ölkəmiz  günbəgün 

inkişaf  edir.  İnşallah,  dövlətimiz  bundan  sonra  daha  da 

güclənəcək,  ölkəmiz  inkişaf  edəcək  və  xalqımız  bir-birindən 

gözəl bayramlar keçirəcəkdir. 

Kosa  və  Keçəl  arzu  və  istəklərinin  çin  olması  üçün  pre-

zidentlə və onun xanımı ilə yumurta döyüşdürdülər. 

Bakının  müxtəlif  rayonlarından  gəlib  Novruz  şənliyində 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə