İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə43/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   39   40   41   42   43   44   45   46   ...   115

 144 

iştirak  edənlər  dövlətimizin  başçısını  səmimiyyətlə  salamla-

dılar. Prezident İlham Əliyev burada təndirdə kabab və çörək 

bişirilməsinə,  ipəyirmə,  naxışvurma,  xalçatoxuma  və  digər 

qədim  el  sənətlərinin  nümayişinə  baxdı,  kəndirbazın  çıxışına 

maraqla tamaşa etdi. 

Daha  sonra  aşıq  İslam  Qobustanlı  prezidentin  şərəfinə 

mahnı oxudu. Dünya memarlığının gözəl nümunələrindən olan 

qədim  Qız  qalasının  qarşısında  folklor  və  rəqs  qruplarının 

çıxışı da maraqla qarşılandı. 

Dövlətimizin  başçısı  onun  pişvazına  və  bayram  gəzintisinə 

çıxmış Bakı sakinlərinə və respublika paytaxtının qonaqlarına 

Novruz münasibətilə bir daha xoş arzularını yetirdi. 

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş na-

zir  Artur  Rasizadə,  Milli  Məclisin  sədri  Oqtay  Əsədov,  Pre-

zidentin  İcra  Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  digər 

rəsmi şəxslər iştirak edirdilər. 

 



 

145 


 

 

 



ZƏMANƏMİZİN GÖRKƏMLİ MUSİQİÇİSİ VƏ  

İCTİMAİ XADİMİ MSTİSLAV LEOPOLDOVİÇ 

ROSTROPOVİÇƏ 

 

Hörmətli Mstislav Leopoldoviç!  



Sizi  80  illik  yubileyiniz  münasibətilə  təbrik  edir,  Sizə 

xoşbəxtlik,  cansağlığı  və  bənzərsiz  fəaliyyətinizdə  uğurlar 

arzulayıram.  

Sizin  sənətiniz  violonçel  ifaçılığı  tarixində  yeni  bir  dövr 

açmışdır. Yaradıcılığınızı tədqiq edənlər xüsusi vurğulayırlar ki, 

ifanızda  nəinki  bütünlüklə  dünya  violonçel  musiqisinin 

repertuarı,  eləcə  də  Sizin  üçün  bəstələnmiş  yüzdən  artıq  əsər 

səslənmişdir. Hazırda dünyanın müxtəlif guşələrindəki istedadlı 

və  gənc  violonçelçalanları  bir  araya  gətirən  ən  nüfuzlu 

müsabiqənin  şərəfinizə  keçirilməsi  vurğunu  olduğunuz  çalğı 

aləti  haqqında  mövcud  təsəvvürləri  dəyişə  bilməyinizin  bariz 

göstəricisidir.  

Dirijor  kimi  fəaliyyətiniz  müasir  musiqi  sənətini  özünə-

məxsus  duyumunuzun  təzahürüdür.  Dünyanın  ən  tanınmış 

simfonik  orkestrləri  ilə  çıxışlarınızla  Siz  incəsənət  xəzinəsinə 

dəyərli  töhfələr  bəxş  etmisiniz.  Mötəbər  teatrlarda  klassik  və 

müasir musiqi incilərinin səhnə təcəssümü ilə bağlı layihələriniz 

də Sizə böyük şöhrət qazandırmışdır.  

Totalitarizmə  qarşı  atdığınız  addımlar,  Berlin  divarı  və 

Moskvada  parlament  binası  önündəki  çıxışlarınız  siyasi  fəaliy-

yətinizin yaddaqalan nümunəsi olmuş və XX əsrin tarixinə aid 

dərsliklərə  daxil  edilmişdir.  Əldə  etdiyiniz  uğurları  bəşər 

övladının mənafeyi naminə yönəltməyiniz yalnız Sizə xas olan 

xüsusiyyətlərdəndir. Bütün dünyada, o cümlədən Azərbaycanda 

mədəniyyət,  təhsil  və  səhiyyə  sahələrində  gördüyünüz 

xeyriyyəçilik işləri bunu bir daha təsdiq edir.  




 146 

İnanıram  ki,  yaradıcılığınızı  səciyyələndirmək  cəhdi  bütün 

hallarda  ifadəsi  qeyri-mümkün  olan  ucsuz-bucaqsız  bir  aləmi 

anlatmaq  istəyindən  başqa  heç  nə  olmayacaqdır.  Sizin 

fəaliyyətiniz,  şübhəsiz,  elə  bir  fenomendir  ki,  onu  həm  musi-

qiçilər,  həm  də  siyasətçilər  zaman  keçdikcə  dərk  edəcəklər. 

Yalnız  onu  deyə  bilərəm  ki,  şəxsən  mənim  üçün  Sizinlə  hər 

ünsiyyətim  hamını  təkrarsız  şəxsiyyəti,  müdrikliyi,  cazibəsi  və 

iti zəkası ilə heyran edən qeyri-adi bir insanın dünyasına nüfuz 

etmək imkanıdır. Dmitri Şostakoviçin 100 illik yubileyinə həsr 

edilmiş Bakı festivalı günlərindəki son görüşümüz zamanı mən 

buna bir daha əmin oldum.  

Azərbaycanda  musiqi  mədəniyyətinin  inkişafı  naminə 

etdiklərinizi  olduqca  yüksək  qiymətləndirirlər.  Bakıda  Sizinlə 

görüşmək  fürsəti  tapan  hər  kəs  qeyd  edir  ki,  musiqiləriniz 

müxtəlif səs yazılarında nə qədər gözəl səslənsə də, canlı ifanız 

onun  təsir  gücünü  daha  da  artırır.  Bütün  həmyerliləriniz 

əmindirlər ki, konsertlərinizdə, ustad dərslərinizdə və ya Sizinlə 

istənilən  görüşdə  yaratdığınız  heyrətamiz  ab-hava  hər  şeyi 

kökündən dəyişdirməyə qadirdir.  

Unudulmaz  Heydər  Əliyevlə  Sizi  dərin  dostluq  telləri 

bağlayırdı.  Filarmoniyada  onun  xatirəsinə  ithaf  etdiyiniz 

musiqinin  səsləndiyi  konsert  bizim  yaddaşımızdan  heç  zaman 

silinməyəcəkdir.  

Siz tərcümeyi-halı, həyat yolu Bakı şəhərindən başlayan bir 

dünya  vətəndaşısınız.  Bu  gün  ev-muzeyinizin  yerləşdiyi  bu 

şəhər həm də sadəcə olaraq, Sizin evinizdir. Bu doğma evinizdə 

gözəl  insan  kimi  daim  yolunuzu  gözləyir,  dahi  musiqiçi  kimi 

Sizi  sevir  və  görkəmli  ustad-müəllim  kimi  şəxsiyyətinizə 

pərəstiş edirlər.  

Ən səmimi və xoş arzularla, Sizin    

 

 



 

   İLHAM ƏLİYEV 

 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Bakı, 27 mart  2007-ci il 




 

147 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN  

MSTİSLAV ROSTROPOVİÇİN  

80 İLLİYİ ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ  

RƏSMİ QƏBULDA İŞTİRAK ETMƏK  

ÜÇÜN  MOSKVAYA SƏFƏRİ 

 

27 mart 2007-ci il  

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



dünya  şöhrətli  musiqiçi  və  dirijor,  maestro  Mstislav  Rostro-

poviçin  80  illiyi  ilə  bağlı  yubiley  tədbirlərində  iştirak  etmək 

üçün martın 27-də Moskvaya yola düşmüşdür. 

Azərbaycan  prezidentini  Heydər  Əliyev  adına  Beynəlxalq 

Hava  Limanında  Baş  nazir  Artur  Rasizadə,  Prezidentin  İcra 

Aparatının  rəhbəri  Ramiz  Mehdiyev  və  Bakı  Şəhər  İcra  Ha-

kimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar. 

 

 

 

 

 

* * * 


 

Azərbaycan  prezidenti  İlham  Əliyev  həmin  gün  Moskvaya 

gəlmişdir. 

Vnukovo hava limanında Azərbaycan dövlətinin başçısını və 

xanımını Rusiya XİN-in yüksək vəzifəli nümayəndələri və digər 

rəsmi şəxslər  qarşıladılar. 

 

* * * 


 

Martın 27-də Azərbaycan prezidenti İlham Əliyev və xanımı 

Mehriban Əliyeva zəmanəmizin görkəmli musiqiçisi və dirijoru, 

həmyerlimiz  Mstislav  Rostropoviçin  80  illiyi  şərəfinə  Rusiya 

prezidenti  Vladimir  Putin  tərəfindən  Dövlət  Kreml  sarayında 

təşkil olunmuş rəsmi qəbulda iştirak etmişlər. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə