176
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN VƏ
XANIMI MEHRİBAN ƏLİYEVANIN ADINDAN
POLŞA RESPUBLİKASININ PREZİDENTİ
LEX KAÇİNSKİNİN VƏ XANIMI
MARİYA KAÇİNSKİNİN ŞƏRƏFİNƏ TƏŞKİL
EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ
Gülüstan sarayı
30 mart 2007-ci il
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
Hörmətli cənab Prezident!
Hörmətli xanım Kaçinska!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Əziz qonaqlar, mən sizi Azərbaycanda bir daha ürəkdən
salamlayıram, xoş gəlmisiniz!
Rolşa prezidentinin Azərbaycana rəsmi səfərinin birinci
günü başa çatır. Ancaq artıq demək olar ki, səfər çox uğurlu
keçir. Bunun müxtəlif səbəbləri var, o cümlədən bizim tarixi
keçmişimiz. Xalqlarımız arasında həmişə çox gözəl münasi-
bətlər olmuşdur. Müxtəlif dövrlərdə Polşadan gəlmiş insanlar
Azərbaycanda
yaşamış,
yaratmışlar.
Rolşadan
gəlmiş
mütəxəssislər – neft mühəndisləri, memarlar Azərbaycanın inki-
şafında çox böyük rol oynamışlar. XX əsrin əvvəllərində
Azərbaycanda minlərlə polyak yaşamışdır və hətta Bakıda
«Polşa Evi» fəaliyyət göstərirdi. Şərqdə ilk demokratik res-
publika – Azərbaycan Xalq Cümhuriyyəti yarananda, onun
fəaliyyətində polyaklar da iştirak etmişlər. Mən bu gün cənab
177
Prezidentə dedim ki, Bakının bir neçə gözəl binalarının
memarları polyaklar olmuşdur.
Bu tarixi əlaqələr, əlbəttə, indiki dönəmdə bizim müna-
sibətlərimizin möhkəmlənməsində böyük rol oynayır. İndi isə
bizim münasibətlərimiz çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi,
mədəni sahələrdə – bütün sahələrdə biz münasibətlərimizin
səviyyəsindən çox məmnunuq və şübhə etmirəm ki, Polşa
prezidentinin Azərbaycana rəsmi səfəri bu istiqamətdə atılmış
çox böyük və uğurlu addımdır.
Bu gün çox geniş fikir mübadiləsi aparılmışdır. Danışıqlar və
imzalanmış birgə bəyannamə bizim niyyətimizi ifadə edir və
ikitərəfli münasibətlərin inkişafı üçün çox gözəl töhfədir. Onu da
qeyd etmək istəyirəm ki, Polşa Azərbaycanın Avratlantik
strukturlarına inteqrasiya siyasətini həmişə dəstəkləmişdir və
xüsusilə Azərbaycanın Avropa İttifaqının «Yeni qonşuluq
siyasəti»nə qoşulmasında çox böyük rol oynamışdır. Biz
əməkdaşlığın perspektivlərini çox gözəl görürük və bu
əməkdaşlıq çoxşaxəli olacaqdır. O cümlədən energetika
sektorunda da əməkdaşlığın perspektivləri çox gözəldir.
Son illər ərzində Azərbaycanda həyata keçirilən nəhəng
infrastruktur, nəqliyyat və boru kəmərləri layihələri ölkəmizin
imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Bakı–
Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin
istismara verilməsi, gələcəkdə Bakı–Tbilisi–Qars dəmir yolu
layihəsinin həyata keçirilməsi əlbəttə, bizim nəqliyyat və ixrac
imkanlarımızı artırır. Bu layihələrin həyata keçirilməsi
nəticəsində Polşa–Azərbaycan münasibətləri də inkişaf
edəcəkdir.
Biz bu gün eyni zamanda, Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdik. Mən
Polşa prezidentini danışıqlar prosesində mövcud olan vəziy-
yətlə tanış etdim və Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiyinə görə Polşaya bir daha öz minnətdarlığımı bildir-
mişəm. Bütün münaqişələr, o cümlədən Ermənistan–Azər-
baycan münaqişəsi beynəlxalq hüquq normaları əsasında öz
178
həllini tapmalıdır. Bu məsələdə Azərbaycanın mövqeyi dəyiş-
məzdir və bütün dünya ictimaiyyəti bizim mövqeyimizi
dəstəkləyir.
Bir sözlə, bizim ikitərəfli münasibətlərimiz həm ölkələrimiz
üçün çox böyük əhəmiyyət daşıyır, həm də regionda gedən
proseslərə öz müsbət təsirini göstərir. Mən çox şadam ki, Polşa
prezidentinin Azərbaycana səfəri çox uğurlu keçir və əminəm
ki, əlaqələrimiz bundan sonra da ancaq və ancaq yüksələn xətlə
davam edəcəkdir.
Bu badəni Polşa prezidentinin şərəfinə, xanım Kaçinskanın
şərəfinə və Polşa–Azərbaycan dostluğunun şərəfinə qaldırıram!
Polşa prezidenti Lex Kaçinskinin nitqi
Çox hörmətli cənab Prezident!
Hörmətli xanım Mehriban Əliyeva!
Hörmətli Baş nazir!
Hörmətli parlament sədri!
Hörmətli xanımlar və cənablar!
Mən bu gün cənab Prezidentlə və buraya gəlmiş qonaqlarla
görüşün keçirilməsi üçün yaradılmış imkana görə hamıya bir
daha minnətdarlığımı bildirmək istəyirəm. Polşa Azərbaycanla
daha gözəl münasibətlərin qurulması üçün çox səylər göstərir.
Polşa Azərbaycan və polyak xalqları arasında dostluğun daha da
möhkəmləndirilməsində maraqlıdır. Bu, sadəcə, hazırda
Azərbaycanın enerji baxımından dünyada ən mühüm ölkələrdən
biri olması ilə bağlı deyildir. Bizim səylərimiz və niyyətlərimiz
məhz Polşa öz müstəqilliyini bərpa etdikdən sonra onun vacib
hesab etdiyi fəlsəfədən irəli gəlir. Mən cənab prezident Əliyevlə
ilk dəfə Varşava Üsyanı Muzeyində tanış olmuşam. Biz cənab
Prezidentlə orada Varşava üsyanında iştirak etmiş və həlak
olmuş Azərbaycan əsgərlərinin xatirə lövhəsinin açılışında
iştirak etdik. Mən bunu ona görə xüsusilə vurğulayıram ki, bu,
bizim çoxillik tarixi olan əlaqələrimizin bir rəmzidir. Bizim