160
Hazırda Azərbaycan Respublikası ərazisinin 20 faizi erməni
hərbçilərinin işğalı altındadır.
Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan
soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki
mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına,
məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail
olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri
dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının
saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı
Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq
vasitələrindən istifadə etməli, bütün daxili və xarici
imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi
potensial baxımından bizimlə rəqabət aparmaq gücündə
deyildir. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində
Azərbaycan həqiqətləri getdikcə daha çox təsdiqini tapır,
Ermənistan işğalçı dövlət adlandırılır, ondan qəsb etdiyi
əraziləri azad etmək tələb olunur.
Lakin nəzərə almalıyıq ki, qarşımızda ideoloji təxribatlar və
dezinformasiya sahəsində «zəngin təcrübəyə», bir sıra ölkələrdə
təsirli lobbiyə və mütəşəkkil diaspora malik olan rəqib dayanır.
Erməni şovinist millətçiləri öz məqsədlərinə çatmaq üçün heç
bir çirkin vasitədən çəkinmir, diqqəti işğal faktından
yayındırmaq üçün daim yeni saxta ideyalar uydururlar.
İnformasiya və əks-təbliğat işimizi quran zaman bu amilləri
nəzərə almalıyıq. Müxtəlif ölkələrdə soydaşlarımızın keçirdiyi
tədbirlər daha əzəmətli və davamlı olmalı, dünya
ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etməlidir.
Həm də bu işlər türk və bizimlə həmrəy olan digər diaspor
təşkilatlarının fəaliyyəti ilə əlaqələndirilməlidir. Bu günlərdə
Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatlarının I
forumu göstərdi ki, biz birgə fəaliyyət göstərdikdə daha güclü
oluruq.
Əminəm ki, insanlarımızın vətənpərvərliyi, mütəşəkkilliyi və
Azərbaycan rəhbərliyinin məqsədyönlü fəaliyyəti, siyasi iradəsi
sayəsində biz qarşımızda duran bütün problemlərin həllinə, o
161
cümlədən ərazi bütövlüyü və suverenliyimizin bərpasına,
xalqımıza qarşı əsl soyqırımı siyasəti həyata keçirənlərin, başqa
xalqlara düşmənçilik və nifrət ideologiyasının daşıyıcılarının
ifşa edilməsinə nail olacağıq.
Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Bu kədərli anım günlərində soyqırımı qurbanlarının əziz
xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara
rəhmət, xalqımıza rifah və səadət diləyirəm.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 29 mart 2007-ci il