169
çox böyük rolu olmuşdur və buna görə biz sizə öz
minnətdarlığımızı bildirmək istəyirik.
Bu gün bizim aramızda çox açıq, səmimi diskussiya,
müzakirələr olmuşdur. İkitərəfli münasibətlər təhlil olunmuş və
gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılmışdır.
Xüsusilə bizim regionda mövcud olan vəziyyət, perspektivlər,
təhlükələr, regionda gərginlik yaradan münaqişələr və onların
həlli yolları geniş müzakirə olunmuşdur. Mən cənab Prezidentə
Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tarixini çatdırdım, eyni zamanda, danışıqlar prosesində əldə
olunan nailiyyətlər və problemlər haqqında geniş söhbət açıldı.
Polşa Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklə-
mişdir və bu bizim üçün çox önəmlidir, vacibdir.
Energetika sahəsində mümkün olan əməkdaşlıq haqqında
danışdıq və bildiyiniz kimi, Azərbaycan bu sahədə öz siyasətini
uğurla aparır. Bizim neft strategiyamız Azərbaycan xalqının
rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Eyni zamanda,
regional məsələlərə də öz təsirini göstərir. Bizim siyasətimiz
müstəqil siyasətdir və Azərbaycan xalqının milli maraqlarının
üstündə qurulubdur və bütün dost ölkələrlə bütün sahələrdə, o
cümlədən bu sahədə də əməkdaşlıq etmək fikrindəyik.
Azərbaycanın
artan
enerjidaşıyıcıları
dünya,
Avropa
bazarlarına çıxarılır və Polşa ilə bu sahədə əməkdaşlıq çox
uğurlu ola bilər. Biz bu sahəyə böyük əhəmiyyət veririk və
ümid edirəm ki, gələcəkdə bizim əməkdaşlığımızın yeni
formaları yaranacaqdır.
Eyni zamanda, Avropa İttifaqı–Azərbaycan münasibətləri
müzakirə olundu və bu sahədə də bizim aramızda fikir ayrılığı
yoxdur. Əksinə, bizim fikirlərimiz üst-üstə düşür və bir daha
demək istəyirəm ki, Azərbaycanın «Yeni qonşuluq siyasəti»nə
qoşulması, eyni zamanda, Avropa İttifaqı ilə energetika
sahəsində
strateji
tərəfdaşlıq
haqqında
memorandum
imzalanması bizim niyyətimizi açıq şəkildə ifadə edir. Bu
bizim üçün çox önəmli istiqamətdir və əminəm ki, bu vaxta
qədər olduğu kimi, Polşa bundan sonra da Azərbaycanı bu
170
işlərdə dəstəkləyəcəkdir.
Bütövlükdə deyə bilərəm ki, bizim söhbətimiz çox səmimi
şəkildə keçmişdir. Biz bir-birimizi tanıyırıq, əvvəllər də
görüşmüşük və bu söhbətlər əvvəlki illərdə yaranmış səmimi
münasibətlərin davamıdır. Eyni zamanda, ölkələrimizin ara-
sında münasibətlər çox səmimidir, çox açıqdır və biz bundan
çox məmnunuq.
Beləliklə, artıq indidən demək olar ki, səfərin nəticələri çox
uğurludur. İmzalanmış birgə sənəd bizim siyasi niyyətimizi əks
etdirir. Əminəm ki, nümayəndə heyətinin üzvləri burada bütün
sahələrdə öz həmkarları ilə geniş fikir mübadiləsi aparacaqlar
və
beləliklə,
bizim
dostluğumuz
davam
edəcək,
əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.
Əziz qonaqlar, mən sizi Azərbaycanda bir daha salamla-
yıram. Əminəm ki, sizin Azərbaycana səfəriniz xoş keçəcək və
vətəninizə xoş təəssüratlarla gedəcəksiniz. Sağ olun.
Polşa prezidenti Lex Kaçinskinin bəyanatı
Hörmətli cənab Prezident!
Sizə bir daha öz minnətdarlığımı bildirmək istəyirəm ki,
məni bu səfərə dəvət etmisiniz. Cənab Prezident, əminəm ki,
Sizi yenidən Polşada görəcəyik.
Bizim uzun çəkən təkbətək görüşümüz oldu və mən heç də
gizlətmirəm ki, bu görüşdən sox məmnunam. Biz siyasi mə-
sələləri, Azərbaycan Respublikasını maraqlandıran məsələləri,
Avropa İttifaqına aid olan və digər məsələləri müzakirə etdik.
Öz regionumuzda olan vəziyyəti, Avropa İttifaqının mövqeyini
müzakirə etdik. Avropa İttifaqının enerji siyasətini müzakirə
etdik və bu baxımdan bizim əməkdaşlıq imkanlarımızdan
danışdıq. Bu əməkdaşlıq daha da inkişaf etdirilə bilər.
İkitərəfli münasibətlərin səviyyəsini yüksəltmək üçün mən
cənab Prezidenti Varşavaya dəvət etdim. Hesab edirəm ki,
Varşavada keçirəcəyimiz görüşdə biz çox məsələləri müzakirə
edəcəyik. Onu da deməliyəm ki, mən öz səlahiyyətlərimi icra
etdiyim vaxtla müqayisədə daha çox təcrübə toplayacağam və
171
cənab prezident Əliyevlə keçirdiyim görüşdə aldığım
məlumatları öz işimdə istifadə edəcəyəm.
* * *
Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab
verdilər.
S u a l (Polşa televiziyası): Mənim sualım cənab
prezident Əliyevədir. Siz bildirdiniz ki, Polşa Azərbaycan
nefti və qazının Avropa və dünya bazarlarına
çatdırılmasında böyük rol oynaya bilər. Qaz məsələsində,
hər hansı nəqletmə layihələrində Polşa şirkətlərinin iştirakı
barədə konkret təkliflər varmı?
İ l h a m Ə l i y e v: Azərbaycan qədim neft ölkəsidir və
deyə bilərəm ki, istər quruda, istərsə də dənizdə sənaye üsulu
ilə ilk neft Azərbaycanda hasil edilmişdir. İndi Azərbaycan öz
neft potensialını çox sürətlə artırır. Azərbaycanda son 13 il
ərzində həyata keçirilən neft strategiyası bizə imkan verib ki,
neft hasilatını kəskin şəkildə artıraq. Bu il Azərbaycanda hasil
olunacaq neftin həcmi təxminən 42-43 milyon ton təşkil
edəcəkdir. Növbəti illərdə, iki-üç ildən sonra isə Azərbaycanda
təxminən 60 milyon ton neft hasil olunacaqdır. Neftin ixracı
üçün üç boru kəməri tikilmişdir. Artıq Azərbaycanın nefti
Avropa və dünya bazarlarına çox rahat şəkildə çatdırılır.
O ki qaldı qaz hasilatına, bu vaxta qədər Azərbaycanda
hasil olunan qaz bizim öz tələbatımızı ödəmirdi və bu ilin
əvvəlinə qədər xaricdən qaz alırdıq. Ancaq Azərbaycanda
böyük «Şahdəniz» qaz yatağının istismara verilməsi nəticəsin-
də yaxın illərdə qaz hasilatının artımı gözlənilir. Əminəm ki,
bir neçə ildən sonra Azərbaycanda kifayət qədər qaz
çıxarılacaq ki, Avropa bazarına çatdırılsın. Biz hətta ümid
edirik ki, «Şahdəniz» yatağından çıxarılacaq müəyyən miq-
darda Azərbaycan qazı bu ilin sonuna qədər Avropa İttifaqı
bazarına çatdırılsın. Bu sahədə biz işləyirik.
Əlbəttə ki, qaz hasilatının artması nəticəsində imkanlarımız
Dostları ilə paylaş: |