166
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN POLŞA RESPUBLİKASININ
PREZİDENTİ
LEX KAÇİNSKİ İLƏ GENİŞ
TƏRKİBDƏ GÖRÜŞÜ
Prezident sarayı
30 mart 2007-ci il
Martın 30-da Prezident sarayında Azərbaycan prezidenti
İlham Əliyevin və Polşa prezidenti Lex Kaçinskinin nümayəndə
heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmişdir.
Prezident İlham Əliyev Polşa prezidenti Lex Kaçinskini və
səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvlərini sa-
lamlayaraq bu səfərə çox böyük əhəmiyyət verdiyini vurğuladı.
İ l h a m Ə l i y e v: Hörmətli cənab Prezident, hörmətli
qonaqlar! Mən sizi bir daha Azərbaycanda ürəkdən salam-
layıram. Xoş gəlmisiniz! Biz ikitərəfli münasibətlərə çox böyük
əhəmiyyət veririk və əminəm ki, Sizin Azərbaycana rəsmi
səfəriniz bu münasibətlərin inkişafında mühüm rol oyna-
yacaqdır. Bu gün Sizinlə təkbətək görüşdə ikitərəfli müna-
sibətlərin bütün aspektlərini geniş müzakirə etdik və görürük ki,
bizim aramızda çox yaxşı siyasi münasibətlər, dostluq əlaqələri
var. Biz çox istəyirik ki, bu əlaqələr daha da güclənsin.
Görüşümüzdə həm ikitərəfli münasibətlər geniş şəkildə
müzakirə olundu, həm də Avropa İttifaqı– Azərbaycan
münasibətləri və regional məsələlər.
Bu Sizin Azərbaycana ilk səfərinizdir və əminəm ki, səfər
çox uğurlu olacaqdır. Bir daha xoş gəlmisiniz!
L e x K a ç i n s k i: Hörmətli cənab Prezident, xanımlar və
cənablar! Mən istəyirəm ki, ilk növbədə, Bakıya səfərimdən
167
olduqca məmnunluğumu bildirim. Bakı çox gözəl şəhərdir.
Ümumiyyətlə, Bakıya gəlmək mənim üçün böyük şərəfdir.
Cənab Prezident, Sizinlə görüşməyimdən olduqca məmnu-
nam. Düzdür, dediyim kimi, mən Azərbaycana, Bakıya ilk
rəsmi səfərimə çıxmışam, lakin biz cənab Prezidentlə bundan
əvvəl bir-birimizlə tanış olmaq imkanına malik olmuşuq.
Aramızda dostluq münasibətləri var.
Polşa rəhbəri bildirdi ki, onun bu səfəri ikitərəfli müna-
sibətlərin inkişaf etdirilməsi ilə yanaşı, regionda və dünyada
gedən proseslərlə bağlı fikir mübadiləsi aparılması baxımından
da çox əhəmiyyətlidir.
* * *
Martın 30-da Prezident sarayında dövlət başçılarının geniş
tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının
Prezidenti Lex Kaçinski birgə bəyannamə imzaladılar.
168
AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ POLŞA
RESPUBLİKASININ PREZİDENTİ
LEX KAÇİNSKİNİN MƏTBUAT
KONFRANSINDA BƏYANATLARI
Prezident sarayı
30 mart 2007-ci il
Martın 30-da Prezident sarayında birgə bəyannamənin
imzalanmasından sonra Azərbaycan və Polşa prezident-
lərinin birgə mətbuat konfransı olmuşdur. Dövlət başçıları
jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı
Hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Hörmətli cənab Prezident, mən Sizi və Polşadan gəlmiş
nümayəndə heyətinin bütün üzvlərini Azərbaycanda bir daha
salamlayıram. Ölkəmizə xoş gəlmisiniz! Əminəm ki, bu səfər
çox uğurlu olacaq və səfərin nəticələri də bizim aramızda olan
münasibətlərin inkişafında çox böyük rol oynayacaqdır.
Polşa ilə Azərbaycan arasında əlaqələr çox uğurla inkişaf
edir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra biz
həmişə Polşanın dəstəyini hiss etmişik. Həm ikitərəfli
münasibətlərimiz çox uğurludur, səmimidir və dostluq əsasında
qurulubdur, eyni zamanda, Polşa Avropa İttifaqına və NATO-
ya daxil olandan sonra Azərbaycanın Avroatlantik
inteqrasiyada atdığı addımları həmişə dəstəkləmişdir. Xüsusilə
Avropa İttifaqı ilə Azərbaycan arasında «Yeni qonşuluq
siyasəti»nə dair fəaliyyət planının imzalanmasında Polşanın