İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə50/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   46   47   48   49   50   51   52   53   ...   115

 172 

da  artacaq  və  biz  Avropa  İttifaqının  bazarına  çox  maraq 

göstəririk.  Biz  artıq  bu  bazara  daxil  oluruq  və  o  cümlədən 

Polşa  ilə  də  bu  sahədə  əməkdaşlıq  edə  bilərik.  Əməkdaşlığın 

konkret  parametrləri haqqında isə  hələ bir şey  deyə  bilmərəm. 

İlk  növbədə,  biz  Azərbaycanda  qaz  hasilatını  artırmalıyıq  ki, 

ixrac olunacaq qaz bizim tərəfdaşlarımızın tələbatını ödəsin. 

Bir daha demək istəyirəm ki, texniki cəhətdən Bakı–Tbilisi–

Ərzurum  qaz  kəmərinin  istismara  verilməsi  nəticəsində 

Azərbaycan  qazı  bu  il  Avropa  İttifaqının  bazarlarına  çatdırıla 

bilər. 

S  u  a  l  (ATV  telekanalı):  Mənim  sualım  hər  iki 

prezidentədir.  Azərbaycan  ilə  Polşa  arasında  mədəni 

əlaqələrin  uzun  tarixi  var.  Mədəni  və  humanitar 

əməkdaşlığın  genişləndirilməsi  üçün  konkret  layihələr 

müzakirə edilibmi? 

L  e  x    K  a  ç  i  n  s  k  i:  Biz  Varşava  Üsyanı  Muzeyinin 

həyətində  xatirə  lövhəsinin  açılışında  iştirak  etmişik  və  bu 

haqda  cənab  Prezidentlə  danışmadıq.  Lakin  mən  demək 

istəyirəm  ki,  Polşa  bir  çox  sahələrdə  Azərbaycanla  yaxşı 

münasibətlərin  qurulmasında  olduqca  maraqlıdır.  Bu  təkcə 

enerji sahəsi deyildir. Bəli, enerji sahəsi vacibdir, bilirik ki, bu, 

Azərbaycanın  apardığı siyasətin əsas istiqamətlərindən biridir. 

Lakin  mən hesab edirəm  ki, eyni  zamanda,  mədəni sahədə  də 

əməkdaşlığımız  davam  etdiriləcəkdir.  Bu  həm  prezidentlər, 

həm  Baş  nazirlər,  həm  də  Mədəniyyət  nazirləri  səviyyəsində 

aparıla bilər. 

Cənab Prezident, mən bir daha təkrar edirəm, ümid edirəm 

ki, Sizi öz ölkəmdə görəcəyəm. 

İ l h a m  Ə l i y e v: Mən əlavə etmək istəyirəm ki, bizim 

mədəniyyət sahəsində əlaqələrimizin çox böyük tarixi var. Hələ 

XIX  əsrin  sonları  –  XX  əsrin  əvvəllərində  Polşadan  gəlmiş 

mütəxəssislər  Azərbaycanda  müxtəlif  sahələrdə  çox  fəal  işlər 

görmüşlər.  Bakının  memarlıq  simasının  yaranmasında  böyük 

işlər  görmüşlər.  Bakının  bir  neçə  gözəl  tarixi  binalarının 

müəllifləri  Polşa  memarları  olmuşdur.  Onu  da  qeyd  etmək 



 

173 


istəyirəm  ki,  hələ  1909-cu  ildə  Bakıda  «Polşa  Evi»  yara-

dılmışdı.  Yəni  bu  tarixi  əlaqələr,  əlbəttə  ki,  indiki  müna-

sibətlərə çox gözəl təsir göstərir. 

Bir  məsələni  də  demək  istəyirəm  ki,  indi  Azərbaycanda 

katolik  kilsəsinin  tikintisi  davam  edir.  Bu  ilk  növbədə, 

Azərbaycanda  mövcud  olan  dözümlülüyün,  tolerantlığın  əla-

mətidir.  Digər  tərəfdən,  sirr  deyil  ki,  Azərbaycanda  əvvəllər 

yaşamış və indi yaşayan katoliklər Polşa mənşəlidirlər. Yəni bu 

çox  gözəl  və  güclü  zəmindir.  Bu  zəmin  əsasında  indiki 

mərhələdə  mədəni  əlaqələrin  inkişafı  mümkündür.  Biz  bu 

sahəyə böyük əhəmiyyət veririk. Cənab Prezidentin sözləri ilə 

razıyam  və  mən  də  demək  istəyirəm  ki,  bizim 

münasibətlərimizin  gündəliyi  çox  genişdir.  Bu  gündəliyi 

hansısa konkret bir məsələyə yönəltmək düzgün olmazdı. Həm 

siyasi,  həm  ikitərəfli  iqtisadi  münasibətləri,  energetika 

sektorunu,  təhlükəsizlik  məsələlərini  əhatə  edir.  Məsələn,  biz 

başqa ölkələrlə birlikdə sülhməramlı missiyanı həyata keçiririk. 

Yəni bu sahələr çoxşaxəlidir. Əlbəttə ki, bu istiqamətdə mədəni 

əlaqələrin  də  öz  rolu  var.  Əminəm  ki,  bu  səfərdən  sonra  bu 

əlaqələr daha da yüksək səviyyəyə qalxacaqdır. 

 



 174 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEV VƏ POLŞA RESPUBLİKASININ 

PREZİDENTİ  

LEX KAÇİNSKİ HEYDƏR ƏLİYEV  

FONDUNDA 

 

30 mart 2007-ci il 

 

Polşa  prezidenti  Lex  Kaçinski  və  Azərbaycan  prezidenti 

İlham Əliyev martın 30-da Heydər Əliyev Fondunda olmuşlar. 

Prezident  İlham  Əliyev  Polşa  dövlətinin  başçısını  və  xanı-

mını  müstəqil  Azərbaycan  dövlətinin  qurucusu  və  memarı, 

ümummilli lider Heydər Əliyevin adını daşıyan fondda görmək-

dən məmnun qaldıgını bildirdi. 

Dövlətimizin başçısı ali qonağı və onu müşayiət edən nüma-

yəndə heyətinin üzvlərini fondun zəngin ekspozisiyaları ilə tanış 

etdi. 

Ulu  öndərin  uşaqlıq,  gənclik,  təhsil  illərinə  aid  fotoşəkillər, 

sənədlər,  öz  əlilə  çəkdiyi  rəsmlər,  xüsusi  xidmət  orqanlarında 

çalışdığı  dövrü,  respublikaya  rəhbərliyinin  hər  iki  mərhələ-

sindəki, habelə Moskvadakı fəaliyyətini əks etdirən eksponatlar 

qonaqlarda xüsusi maraq oyatdı. 

Keçmiş  SSRİ-nin  rəhbərlərindən  biri  kimi  yüksək  nüfuz 

qazanmış  görkəmli  şəxsiyyətin  sovet  rəhbərliyinin  siyasətinə 

etiraz  əlaməti  olaraq  bəyanat  verib  Sov.İKP  sıralarından  çıx-

masının  böyük  cəsarət  olduğunu  bildirən  Lex  Kaçinski  Azər-

baycanın  dövlət  müstəqilliyinin  qorunub  saxlanmasında  və 

bunun  əsas  təməli  olan  iqtisadi  islahatların  həyata  keçiril-

məsində  Heydər  Əliyevin  oynadığı  həlledici  rolu  yüksək  qiy-

mətləndirdi. 

Prezident İlham Əliyev Polşa prezidentini ulu öndərin zəka-

sının  bəhrəsi  olan  və  indi  onun  adını  daşıyan  Bakı–Tbilisi–



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə