İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə58/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   54   55   56   57   58   59   60   61   ...   115

 204 

Kompleksin  ikinci  mərtəbəsində  gimnastika  və  boks,  üçüncü 

mərtəbəsində  isə  güləş,  trenajor  salonları  yerləşir.  Kompleksə 

açıq  səma  altında  müasir  standartlara  cavab  verən  otüstü 

xokkey  stadionu  daxildir.  Sahəsi  6,3  min  kvadratmetr  olan 

stadionun 210  tamaşaçı tutan tribunası var. 

Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Avropa  Olimpiya 

Komitəsinin  prezidenti  Patrik  Hikey  kompleksin  xarici  görü-

nüşünə  baxdılar,  Cəlilabad  və  Lənkəranın  otüstü  xokkey  ko-

mandalarının  yoldaşlıq  görüşünə  tamaşa  etdilər  və  idmançı-

larla xatirə şəkli çəkdirdilər. 

Sonra  Azərbaycan  prezidenti  İlham  Əliyev  və  Avropa  Olim-

piya  Komitəsinin  prezidenti  Patrik  Hikey  Olimpiya  İdman 

Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər və ölkəmizin 

Olimpiya  oyunları  mükafatçılarına  həsr  olunmuş  guşəyə, 

kompleksin  idman salonlarına  və  xidmət  otaqlarına,  üzgüçülük 

hovuzuna baxdılar. 

Olimpiya    İdman    Kompleksinin    təntənəli    açılış    mərasimi  

oldu.  Mərasimdə    Masallı    Rayon    İcra  Hakimiyyətinin  başçısı 

Qəzənfər  Ağayev,  voleybol  üzrə  gənclərdən  ibarət  milli  yığma 

komandanın  üzvü  Şəfəq  Kərimova  və  Avropa  Olimpiya  Komi-

təsinin prezidenti Patrik Hikey çıxış etdilər. 

 

* * * 



 

Cənab  Patrik  Hikey  Avropa  Olimpiya  Komitəsi  adından 

Azərbaycan  prezidenti  İlham  Əliyevə  xatirə  hədiyyəsi  təqdim 

etdi. 

Prezident İlham Əliyev mərasimdə nitq söylədi. 


 

205 


 

 

 

MASALLI OLİMPİYA İDMAN KOMPLEKSİNİN 

TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ  

NİTQ 

 

9 aprel 2007-ci il 

 

Əziz qonaqlar! 



İlk  növbədə,  mən  sizin  hamınızı  Masallı  Olimpiya  İdman 

Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. 

Azərbaycanda  səfərdə  olan  Avropa  Olimpiya  Komitəsinin 

prezidenti  cənab  Patrik  Hikeyi  və  onun  xanımını  ürəkdən 

salamlayıram. 

Bildiyiniz  kimi,  Azərbaycanın  idman  ictimaiyyəti  beynəl-

xalq  idman  qurumları  ilə  çox  sıx  əlaqədədir.  Azərbaycanın 

Milli Olimpiya Komitəsi uzun illərdir ki, Avropa və beynəlxalq 

olimpiya komitələri ilə çox sıx əməkdaşlıq  edir,  birgə  tədbirlər 

keçirilir  və  Azərbaycan  olimpiya  hərəkatında  çox  fəal  iştirak 

edir.  Təsadüfi  deyil  ki,  beynəlxalq  və  Avropa  olimpiya 

komitələrinin  prezidentləri  Azərbaycana  səfərlər  edir,  buradakı 

vəziyyətlə  tanış  olurlar.  Bizim  birgə  səylərimiz  nəticəsində 

Azərbaycan qısa müddət ərzində idman ölkəsinə çevrilibdir. Bu 

gözəl  olimpiya  kompleksinin  tikilib  istifadəyə  verilməsi  bir 

daha  göstərir  ki,  Azərbaycanda  idmanın  inkişafına  çox  böyük 

diqqət  yetirilir.  İdmanın  hərtərəfli  inkişafı  bizim  üçün  vacibdir 

və  bu  məqsədlə ilk  növbədə,  idmanın  maddi-texniki  bazasının 

yaradılması  və  möhkəmlənməsi  çox  böyük  əhəmiyyət  daşıyır. 

Sirr  deyil  ki,  əvvəllər  Azərbaycanın  bölgələrində  idmanla 

məşğul  olmaq  üçün  kifayət  qədər  imkan  yox  idi.  Vaxtilə 

tikilmiş  idman qurğuları yararsız vəziyyətə  düşmüşdü  və  bizim 

idmançılarımız  məşq  etmək,  yaxud  da  yarışlar  keçirmək  üçün 

çətinliklərlə  üzləşmişdilər.  Məhz  bunu  nəzərə  alaraq,  2000-ci 

ildən Milli Olimpiya Komitəsinin təşəbbüsü və bilavasitə iştirakı 



 206 

ilə  Azərbaycanın  bölgələrində  yeni,  müasir  olimpiya 

kompleksləri  tikilməyə  başlamışdır.  İlk  kompleksin  açılışını  biz 

2000-ci  ildə  etdik  və  onun  açılışında  Avropa  Olimpiya 

Komitəsinin o vaxtkı prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin 

indiki prezidenti cənab Jak Roqq iştirak etmişdir. Yəni  bu   gözəl  

ənənə  davam  edir,   beynəlxalq    olimpiya    hərəkatının   rəh-

bərləri   ilə  çox   sıx əməkdaşlığımız var. Eyni zamanda, Azərbay-

canın  müxtəlif  rayonlarında  yeni  gözəl  komplekslərin  tikintisi 

davam edir. 

2000-ci  ildən  bu  günə  qədər  11  gözəl,   müasir   olimpiya  

kompleksi    tikilmişdir.    Bundan    əlavə,  federasiyalar  tərəfindən 

ixtisaslaşdırılmış olimpiya kompleksləri  tikilmişdir və onların da 

sayı  10-a  yaxındır.  Hazırda  14  olimpiya  kompleksinin  tikintisi 

başlanmışdır,  yaxud  da  buna  hazırlıq  işləri  gedir.  Yəni  bizim 

məqsədimiz    bütün  bölgələrdə  gözəl,  müasir  komplekslər 

tikməkdir və bu, artıq reallığa çevrilir. Bu bir daha onu göstərir ki, 

Azərbaycanda çox güclü idman potensialı var. Biz istəyirik ki, hər 

bir  insan,  xüsusilə  gənclər,  uşaqlar,  yeniyetmələr  idmanla  məşğul 

olsunlar. Çünki idman sağlamlıq, sağlam həyat tərzi deməkdir. Son 

illər  ərzində  Azərbaycanda  idman  bölmələrinə  müşahidə  olunan 

kütləvi  axın  onu  göstərir  ki,    idman  cəmiyyətimizin  çox  önəmli 

amilinə çevrilibdir. 

Bununla  bərabər,  vaxtilə  Bakıda  tikilmiş  əzəmətli  idman 

qurğularında yenidənqurma və bərpa işləri aparılır.  Bakı  İdman 

Sarayı  əsaslı  təmir  olunubdur.  Heydər  Əliyev  adına  İdman–

Konsert  Kompleksində  çox  böyük  yenidənqurma  və  bərpa 

işləri  aparılır.  Mingəçevirdə  Beynəlxalq  Avarçəkmə  bazası  və 

mərkəzi  yaradılır. O,  vaxtilə  sovet  məkanında  yeganə  baza  idi 

ki,  il  ərzində  orada  təlim-məşq  toplanışları  keçirilirdi.  Biz  indi 

o bazanı  faktiki  olaraq  yenidən  qururuq.  Ancaq  bir  addım  da 

irəliyə  getmişik.  İndi  həm  təlim-məşq  toplanışları  keçirilməsi 

üçün  imkanlar  yaradırıq,  eyni  zamanda,  orada  ən  mötəbər 

yarışlar,  hətta  dünya  çempionatları  da  keçirmək  mümkün 

olacaqdır.  Bütün  bu  işlər,  əlbəttə  ki,  böyük  vəsait  tələb  edir 

və  Azərbaycanın  indi  iqtisadi  imkanları  bizə  belə  şəraiti 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə