188
1998-ci ilin dekabrında Bakıda keçirilmiş «İslam sivili-
zasiyası Qafqazda» adlı Beynəlxalq simpoziumda Heydər
Əliyevin transmilli münasibətlərdə və cəmiyyət həyatında din
amili, dünyada gedən mürəkkəb etno-siyasi proseslərdə islam
dininin yeri və rolu, bəşəriyyətin gələcək taleyi naminə
sivilizasiyalararası dialoqun zəruriliyi kimi qlobal məsələləri
əhatə edən tarixi çıxışı bu gün də öz aktuallığını və siyasi
dəyərini saxlamaqdadır.
Müasir mərhələdə Azərbaycan hökumətinin din siyasəti
Heydər Əliyevin demokratik dövlət quruculuğu kursuna
əsaslanır. Ölkədə mövcud ictimai-siyasi sabitlik, milli-mənəvi
həmrəylik, etnik-dini tolerantlıq mütərəqqi tarixi ənənələrdən
bəhrələnən belə uğurlu siyasətin məntiqi nəticəsidir.
Bu gün ölkəmizdə dini etiqad və vicdan azadlığının Azər-
baycan Respublikasının Konstitusiyasına, eyni zamanda,
beynəlxalq hüquqi sənədlərin tələblərinə uyğun olaraq təmin
edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdır.
Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və
əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-
islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst
şəkildə icra edirlər. Son illər tarixi mədəniyyət abidələrinin,
məscid və ziyarətgahların, yəhudi və xristian məbədlərinin
bərpası və təmiri, o cümlədən regionda ən böyük sinaqoqun
inşası, vaxtilə bolşeviklər tərəfindən dağıdılmış rus pravoslav
kilsə kompleksinin əsaslı surətdə yenidən qurularaq dindarların
istifadəsinə verilməsi – bütün bunlar Azərbaycan gerçəkliyini
əks etdirən sağlam dini-mənəvi durumun göstəriciləridir.
Hörmətli konfrans iştirakçıları!
Azərbaycanda dini etiqad azadlığı və dözümlülük mühiti
dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar və görkəmli
din xadimləri tərəfindən dəyərli örnək kimi qiymətləndirilir.
Əminəm ki, əhəmiyyətli bir mövzunun müzakirəsinə həsr
olunan toplantınız Azərbaycanda tarixən formalaşmış milli-
mənəvi mədəniyyətin, tolerantlıq ənənələrinin, ümummilli lider
Heydər Əliyevin zəngin irsinin və dövlət-din münasibətləri
189
sahəsində Azərbaycan Respublikasının nümunəvi təcrübəsinin
beynəlxalq miqyasda öyrənilməsində və təbliğində mühüm rol
oynayacaq, mədəniyyətlərarası dialoqa və əməkdaşlığa öz
layiqli töhfəsini verəcəkdir.
Bu xeyirxah və gərəkli fəaliyyətinizdə hər birinizə can-
sağlığı, konfransın işinə uğurlar arzulayıram.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 2 aprel 2007-ci il