İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə53/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   49   50   51   52   53   54   55   56   ...   115

 

183 


məlumat  verən  qonaq  missiyasının  yekunlarına  dair  BMT-nin 

İnsan  Hüquqları  Şurasına  hesabat  verəcəyini  bildirdi.  Valter 

Kalin  Azərbaycan  hökumətinin  qaçqınların  və  məcburi  köç-

künlərin  vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  gördüyü 

böyük işlərdən məmnun qaldığını vurğuladı. 


 184 

 

 



 

FƏRMAN SALMANOVUN AİLƏSİNƏ 

 

Fərman  Qurban  oğlu  Salmanovun  vəfatı  xəbəri  məni 



dərindən kədərləndirdi. 

Azərbaycan  xalqı  adından  və  şəxsən  öz  adımdan  sizə, 

Fərman Salmanovun bütün qohumlarına və yaxınlarına ən dərin 

hüznlə başsağlığı verirəm. 

Görkəmli dövlət xadimi və ictimai xadim, məşhur neft ustası, 

böyük  tədqiqatçı  alim  və  nadir  istedadlı  praktik  neftçi  olan 

Fərman  Salmanovun  adı  Azərbaycanın,  Rusiyanın  neft  və    qaz 

sənayesinin,  bütün  dünyanın  yanacaq-energetika  kompleksinin 

inkişafının şanlı salnaməsində layiqli yer tutur. 

Fərman  Salmanov  gözəl  insan,  özünün  bütün  həyat  və 

fəaliyyətini xalqa sədaqətlə  xidmətə, seçdiyi işə – planetin neft-

qaz  sərvətlərinin  axtarışına  və  işlənilməsinə    həsr  etmiş 

yorulmaz  və  fədakar  əmək  adamı  kimi  xatirəmizdə  əbədi 

qalacaqdır. 

Agır  itki  ilə  əlaqədar  dərdinizi  ürəkdən  bölüşür,  sizinlə 

birlikdə kədərlənirəm. 

 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 2 aprel 2007-ci il 



 

 


 

185 


 

 

 



ŞƏHİDLƏR XİYABANINDA APARILACAQ 

TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ 

TANIŞLIQ 

 

2 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin 3-də Şəhidlər xiyabanına gəlmişdir. 

Prezident  İlham  Əliyevin    «Azərbaycan  Respublikasın-

dakı  monumental  heykəltəraşlıq  abidələri,  xatirə-memorial  və 

memarlıq  kompleksləri  haqqında»  aprelin  2-də  imzaladığı 

sərəncamda  vahid kompleks olaraq mənzərəsi mərhələ-mərhələ 

formalaşmış Şəhidlər xiyabanının ümumi görkəminin memarlıq 

baxımından    yenidən  işlənməsinə  ciddi  ehtiyac  duyulduğu 

xüsusi  vurğulanmışdır.  Bununla  bağlı  Bakı  Şəhər  İcra    Ha-

kimiyyətinə  əlaqədar  qurumlarla  birlikdə  Şəhidlər  xiyabanının 

yeni  layihəsinə  dair  təkliflərini  bir  ay  müddətində  dövlət 

başçısına təqdim etmək tapşırılmışdır. 

Prezident  İlham  Əliyev  xiyabanı  gəzdi,  kompleksin  azər-

baycançılıq fəlsəfəsinin meyarlarına uyğunlaşdırılmasının zəru-

riliyini  vurğuladı.  Bildirdi  ki,  xatirə-memorial  və  memarlıq 

komplekslərinin  ümumi  bədii-estetik  görkəmi  milli-mənəvi 

dəyərlərlə  ahəngdarlıq  təşkil  etməli,  onların  yerləşdikləri  əra-

zilər yüksək səviyyədə abadlaşdırılmalıdır. 

Dövlətimizin  başçısı  Şəhidlər  xiyabanında  Azərbaycanın 

müstəqilliyi  və  ərazi  bütövlüyü  uğrunda  canlarından  keçmiş 

qəhrəman Vətən oğullarının uyuduğunu və buranın ziyarətgaha 

çevrildiyini  nəzərə  alaraq,  xiyabanın  yüksək  səviyyəli  xatirə-

memarlıq  kompleksi  kimi  yenidən  qurulmasına  dair  fikirlərini 

söylədi. 

Sonra  prezident  İlham  Əliyev  vaxtilə  Kirovun  heykəlinin 

yerləşdiyi əraziyə gəldi. Xatırladaq ki, dövlət başçısı 2006-cı ilin 


 186 

dekabrında  Bakıda  İstiqlal  muzeyinin  yaradılması  və  İstiqlal 

abidəsinin ucaldılması haqqında sərəncam imzalamışdır. Sərən-

cama  əsasən,  həmin  muzey  və  abidə  bu  ərazidə  yerləşəcəkdir. 

Prezident  İlham  Əliyev  sərəncamın  icrası  ilə  bağlı  görüləcək 

işlərlə maraqlandı və müvafiq tapşırıqlarını verdi. 

Dövlətimizin başçısı paytaxtın ümumi mənzərəsini seyr etdi. 

Məhz prezident İlham Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə 

hazırda qədim Bakının abadlaşdırılması, bütün tarixi binaların 

və  abidələrin  bərpası  ilə  əlaqədar  genişmiqyaslı  işlər  görülür. 

Prezident İlham Əliyev bu işlərin ən yüksək səviyyədə və ardıcıl 

şəkildə  davam  etdirilməsinin  vacibliyini  vurguladı,  bununla 

bağlı konkret tapşırıqlarını çatdırdı. 


 

187 


 

 

 



«HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANDA DİN 

SİYASƏTİ: GERÇƏKLİKLƏR VƏ 

PERSPEKTİVLƏR» MÖVZUSUNDA 

KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN  

İŞTİRAKÇILARINA 

 

Hörmətli konfrans iştirakçıları! 



Sizi  –  «Heydər  Əliyev  və  Azərbaycanda  din  siyasəti: 

gerçəkliklər  və  perspektivlər»  mövzusunda  Bakıda  keçirilən 

Beynəlxalq  konfransın  iştirakçılarını  ürəkdən  salamlayır, 

hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.  

Tarixən dünya dinlərinin  yayıldığı və dinc yanaşı fəaliyyət 

göstərdiyi  qədim  Azərbaycan  torpağında  yüz  illərlə  qarşılıqlı 

etimada  və  hörmətə  əsaslanan  mütərəqqi  milli-mədəni  və  dini 

münasibətlər  sistemi  formalaşmışdır.  Diqqətəlayiq  faktdır  ki, 

ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç 

vaxt  milli  və  dini  zəmində  ayrı-seçkilik  və  qarşıdurma  halları 

baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların 

əsrlərlə  əmin-amanlıq  şəraitində  yaşamasında,  etnik-mədəni 

müxtəlifliyin 

günümüzədək 

qorunub 

saxlanmasında 

Azərbaycan  xalqının  və  islam  dininin  misilsiz  tarixi  rolu 

danılmazdır. 

Çoxmillətli  və  çoxkonfessiyalı  dövlət  olan  müstəqil  Azər-

baycan  Respublikasının  bütöv  bir  tarixi  mərhələsi  bilavasitə 

ümummilli  lider  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Ulu  öndər 

ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din 

münasibətlərinin  sivil  prinsiplərə  uyğun  olaraq  tənzim-

lənməsində,  dini  etiqad  və  vicdan  azadlığının  maneəsiz 

təminatında,  dini-mənəvi,  əxlaqi-etik  dəyərlərin  cəmiyyətin 

prioritet yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər 

göstərmiş,  bu  sahədə  özündən  sonra  böyük  siyasi  irs  və 

dövlətçilik təcrübəsi miras qoymuşdur. 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə