İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə61/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   57   58   59   60   61   62   63   64   ...   115

 216 

çox)  istehsal  olunmuş,  hər  hektardan  26,1  sentner  məhsul 

götürülmüşdür. 

Fiziki və hüquqi şəxslər tərəfindən 729 hektar sahədə üzüm 

bağları  salınmışdır.  Damazlıq  quşçuluq  təsərrüfatının  və 

broyler  fabrikinin  fəaliyyətinin  bərpası  üçün  də  işlər  gedir. 

Hazırda  fabrikin  dörd  sexi  bərpa  edilmiş  və  200  ton  quş  əti 

istehsal olunmuşdur.  

Sonra dövlətimizin başçısı rayon ağsaqqalları ilə görüşdü.  

Ə d a l ə t   Ə s g ə r o v (Cəlilabad Rayon Təhsil Şöbəsinin 

müdiri):  Cənab  Prezident,  icazə  verin  öz  adımdan,  ağsaqqallar 

adından,  rayon  ictimaiyyəti  adından,  rəhbərlik  adından  Sizə 

minnətdarlıq  edim.  Qədəmləriniz  mübarək  olsun.  Siz  bu  gün 

bizi  şərəfləndirdiniz,  bizə  ilham  verdiniz.  Xoş  gəlmisiniz,  ulu 

öndərimizin  yadigarı  İlham  müəllim.  Siz  Cəlilabadı  həmişə 

yaşatmısınız.  Ulu  öndərimiz  də  rayonumuzu  yaşatmışdır. 

Cəlilabad 40 ildir ulu öndərimizin qoyduğu yol ilə gedir, Allah 

qoysa,  hələ  40  il  bundan  sonra  da  inkişaf  yolu  ilə  gedəcəkdir. 

Biz  Sizə  çox  minnətdarıq  ona  görə  ki,  bu  gün  bir  daha 

Cəlilabada  gəlməklə  bizə  yeni  ruh  verdiniz.  Bu  gün  Sizin 

qarşınıza çıxarmağa az-çox işimiz var. Yadınızdadırsa, Heydər 

Əliyev  adına  məktəbin  açılışına  gələndə  buranın  vəziyyəti 

barədə  məndən  soruşmuşdunuz.  Onda  xəcalət  çəkirdim,  indi 

görün necə dəyişibdir. Fikirləşirdim ki, cənab Prezident buranı 

məndən niyə soruşur? 

İ l h a m   Ə l i y e v: O, 2004-cü il idi. 

Ə d a l ə t   Ə s g ə r o v: Bəli, layihəni Siz o vaxt vermişdi-

niz. İndi bura tanınmır. Səhər-səhər işə gələndə hər kəs rayonda 

yenilik görür. İnsanlarda böyük həvəs var, inciyirlər, deyirlər ki, 

bəs  bizi  niyə  işlətmirsiniz?  Hər  kəs  istəyir  ki,  işləməklə  iz 

qoysun.  Biz  ulu  öndərimizin  layiqli  davamçısı  İlham  Əliyevi 

çox  istəyirik,  rəhmətlik  Heydər  Əliyev  Cəlilabadı  çox  sevirdi. 

Ulu  öndərimizi  Azərbaycanın  hər  yerində  çox  sevirlər,  ancaq 

Cəlilabadda  hamıdan  çox  sevirlər.  Bu  sözü  Sizə  tam 

səmimiyyətlə deyirəm. O vaxt ümummilli liderimiz Cəlilabada 

3 dəfə səfər etmişdi və rayonumuza hər gəlişində burada bir iz 




 

217 


qoyurdu.  Allah  Sizin  ömrünüzü  uzun,  canınızı  da  sağ  eləsin. 

Çünki Siz rəhmətlik Heydər Əliyevin ideyalarını uğurla davam 

etdirirsiniz. Allah Sizi bizlərə çox görməsin.  

Cənab  Prezident,  Sizdən  bir  xahişim  var,  bu  obyektlərin 

açılışında iştirak edin.  

İ l h a m   Ə l i y e v: Mən də o illəri çox yaxşı xatırlayıram. 

Ulu öndər həmişə Cəlilabada gələndə mən də onunla gəlirdim. 

Burada dəfələrlə olmuşam, bu yerləri çox yaxşı xatırlayıram və 

bura  mənim  üçün  çox  əzizdir.  Ona  görə  2004-cü  ildə  sizdən 

soruşdum ki, bura nə vəziyyətdədir. Sizin sözünüzdən bildim ki

o  qədər  də  yaxşı  vəziyyətdə  deyil.  Fikirləşdim  ki,  biz  mütləq 

burada böyük yenidənqurma işləri aparmalıyıq. 70–80-ci illərdə 

Heydər Əliyev Cəlilabadı, demək olar ki, inkişaf etdirdi, burada 

üzüm  bağları  salındı,  çox  işlər  görüldü,  insanlar  yaxşı  pul 

qazandılar,  ev  tikdilər,  maşın  aldılar.  İndi  biz  Cəlilabada  yeni 

həyat veririk.  

Artıq müasir səviyyədə, yəni dünya səviyyəsində. Dünyanın 

istənilən ölkəsinə getmək olar, amma bu gözəlliyi orada görmək  

mümkün  deyildir.  Hər  yer  abadlaşır,  hər  yer  gözəlləşir.  Mən 

indi avtovağzalın binasına baxdım. Müasir, gözəl binadır, orada 

gözəl  xidmət  göstəriləcəkdir.  Bu  yerlər  abadlaşır,  insanların 

rahatlığı,  istirahəti  üçün  park  salınacaqdır.  Bunlar  Cəlilabadın 

ümumi inkişafının dinamikasını göstərir. Bizim də məqsədimiz 

odur  ki,  insanlar  rahat  yaşasınlar.  Gözəl  binalar,  istirahət, 

dincəlmək  üçün  yaxşı  yerlər  olsun,  iş  yerləri  olsun,  məktəb 

tikilsin.  Sizin  çox  gözəl  məktəbiniz  var.  Yadımdadır,  o  vaxt 

açılışında da oldum.  



Ə d a l ə t   Ə s g ə r o v: Cənab Prezident, ondan da gözəl 

məktəbimiz olacaq və Siz açılışına gələcəksiniz. 



 İ  l  h  a  m      Ə  l  i  y  e  v:  Bəli,  indi  ondan  da  gözəl  məktəb 

tikilir,  şəkilləri  görmüşəm,  buradan  sonra  gedib  baxacağam. 

Yəni  bütün  bunları  edirik  ki,  Azərbaycan  xalqı  daha  da  yaxşı 

yaşasın. Maaşlar, pensiyalar artırılır, bu öz yerində, amma belə 

gözəl  məktəb,  istirahət  yerləri  də  olmalıdır.  Xüsusilə 

ağsaqqallar  üçün,  onlar  böyük  zəhmət  çəkiblər,  Azərbaycanın 




 218 

inkişafında çox fəal iştirak ediblər. Bu gün də iştirak edirlər və 

onların fəaliyyəti gənc nəsil üçün böyük örnəkdir.  

Mən  bu  yerin  ilkin  planını  görəndə  oraya  bəzi  düzəlişlər 

etdim. Yəni bilirəm ki, burada nələr olacaqdır. Çünki bu yerin 

planını  özüm  təsdiq  etmişəm  və  şəkildəkindən  də  gözəl 

olmalıdır.  Şəkildə  çox  gözəldir,  həyatda  ondan  da  gözəl  ol-

malıdır.  Ona  görə  bu  işlər  tezliklə  başa  çatacaq  və  mən  də 

bundan sonra buraya dəfələrlə gələcəyəm.   

Ə d a l ə t   Ə s g ə r o v: Cənab Prezident, ümummilli lide-

rimiz gənclərə çox böyük qayğı göstərirdi. Çox şadıq ki, o xətti 

Siz ləyaqətlə davam etdirirsiniz. Təyin etdiyiniz kadrlar Sizin iş 

sürətinizlə işləyirlər.  



İ l h a m   Ə l i y e v: Onlar mənim tələblərimi bilirlər və 

təyin edəndə deyirəm ki,  get düz işlə, insanlara qulluq et, qur, 

yarat,  rayonu  gözəlləşdir.  Çalış  ki,  insanlara  maksimum 

dərəcədə kömək edəsən. Yəni, mənim iş prinsiplərim belədir.  



Ə d a l ə t   Ə s g ə r o v: Sizin bir kəlamınız var: «Azər-

baycan Heydər Əliyevin şah əsəridir».  Allah buna görə də ona 

rəhmət eləsin.  

V ə d u d   M ə m m ə d o v (rayon ağsaqqalı): Ümummilli 

liderimiz  Heydər  Əliyevin  çox  sevdiyi  və  rəğbət  bəslədiyi 

Cəlilabad  torpağına  xoş  gəlmisiniz!  Qədəmləriniz  mübarək, 

gəlişiniz uğurlu olsun!  

Hörmətli  Prezident,  biz  Sizin  istər  xarici,  istərsə  də  region-

lara səfərlərinizi diqqətlə izləyirik. Xarici səfərləriniz dövlətlər 

arasında  ünsiyyət,  mehribanlıq,  əməkdaşlıq  yaradır  və  buna 

sevinirik.  Respublikanın  regionlarında  olarkən  əhali  Sizə,  Siz 

əhaliyə  yaxınlaşırsınız,  xalq  Sizi  sevir,  camaatın  Sizə  rəğbəti 

artır,  Sizin  camaata  rəğbətiniz  artır.  Hamı  ürəyində  istilik  hiss 

edir,  qəlblərə  işıq,  nur  çökür.  Bilir  ki,  qayğıkeşi,  problemlərə 

diqqətlə yanaşanı var. Bizim rayona da xoş gəlmisiniz. Biz çox 

sevinirik, neçə illərdir Sizinlə görüşməyi gözləyirdik.  

İ  l  h  a  m      Ə  l  i  y  e  v:  İllər  yox,  mən  2004-cü  ildə  gəl-

mişdim.  Ondan  əvvəl  2003-cü  ildə  prezident  seçkilərində  də 

gəlmişdim. İndi də gəlmişəm, bundan sonra da gələcəyəm.  



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə