İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə60/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   56   57   58   59   60   61   62   63   ...   115

 210 

 

* * * 



 

Rəsmi  hissədən  sonra  incəsənət  ustalarının  konserti,  id-

mançıların nümunəvi çıxışları oldu. 


 

211 


 

 

 



AVROPA OLİMPİYA KOMİTƏSİNİN 

PREZİDENTİ PATRİK HİKEY İLƏ GÖRÜŞ 

 

Masallı Olimpiya İdman Kompleksi 



 

9 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti İlham  Əliyev ap-



relin  9-da  Masallı  Olimpiya  İdman  Kompleksinin  açılış 

mərasimindən  sonra  Avropa  Olimpiya  Komitəsinin  prezidenti 

Patrik Hikey ilə görüşmüşdür. 

Görüşdə  Azərbaycanda  idmanın  və  bədən  tərbiyəsinin  in-

kişafına,  maddi-texniki  bazasının  möhkəmləndirilməsinə  dövlət 

səviyyəsində  yüksək  qayğı  göstərildiyi  xüsusi  vurğulandı. 

Bildirildi  ki,  məhz  belə  kompleks  tədbirlər  sayəsində  Azər-

baycan  idmançıları  Olimpiya  oyunlarında,  dünya  və  Avropa 

çempionatlarında,  müxtəlif  beynəlxalq  yarışlarda  yüksək  nə-

ticələr göstərirlər. 

Azərbaycanda  mütəmadi  olaraq  ən  mötəbər  beynəlxalq  ya-

rışların keçirilməsi  təqdirəlayiq hal kimi dəyərləndirildi. Pay-

taxtda  və  bölgələrdə  istifadəyə  verilən  olimpiya  idman 

komplekslərinin  gənc  nəslin  sağlam  böyüməsində  böyük  əhə-

miyyəti qeyd olundu. 

Avropa  Olimpiya  Komitəsinin  prezidenti  Patrik  Hikey 

Azərbaycanda  idmana  dövlət  səviyyəsində  bu  cür  qayğının  öl-

kəmizin  idmançılarının  Pekin  olimpiadasında  da  yüksək  nəti-

cələr göstərmələri üçün geniş imkanlar açdığını bildirdi. 

Görüşdə Azərbaycanın beynəlxalq idman təşkilatları, o cüm-

lədən  Avropa  Olimpiya  Komitəsi  ilə  əməkdaşlığının  yüksək 

səviyyədə olduğu bir daha vurğulandı. 

  

 




 212 

 



 

213 


 

 

 



AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV 

CƏLİLABAD RAYONUNDA 

 

9 aprel 2007-ci il 



 

Azərbaycan  prezidenti  İlham  Əliyev  aprelin  9-da  Ma-

sallıdan Cəlilabad rayonuna gəlmişdir.  

Prezident  İlham  Əliyev  əvvəlcə  avtovağzalın  yenidən 

qurulan  binası  ilə  tanış  oldu.  Dövlətimizin  başçısına  məlumat 

verildi ki, 1982-ci ildə tikilmiş ikimərtəbəli bu avtovağzal binası 

son  beş  ay  ərzində  tamamilə  yenidən  qurulmuşdur.  Bu  işlər 

prezidentin  tapşırığına  əsasən  rayonda  aparılan  abadlıq  işləri 

çərçivəsində görülmüşdür. Avtovağzaldan gün ərzində 400–500 

sərnişin  yola  salmaq  mümkündür.  Hər  gün  30–40  avtobus 

respublikanın  müxtəlif  bölgələrinə  sərnişin  daşıyır.  Binada 

sərnişinlərin  rahatlığı  üçün  hər  cür  şərait  yaradılacaq, 

təxminən  iki  ay  ərzində  bütün  işlər  başa  çatdırılacaqdır.  Ha-

zırda  Ələt–Astara  avtomobil  yolunun  bir  hissəsi  əsaslı  təmir 

olunmuş,  Cəlilabad  şəhəri  ərazisindən  keçən  hissə  geniş-

ləndirilmiş,  yolun  kənarındakı  yöndəmsiz  tikililərin  yerində 

milli  üslubda  yeni  binalar  inşa  olunmuş,  işıqlandırma  sistemi 

yenidən qurulmuşdur. 

Məlumat  verildi  ki,  hazırda  şəhərdə  Heydər  Əliyev  sey-

rəngahının,  ulu  öndərin  adını  daşıyacaq  muzeyin,  parkın, 

habelə  məktəbin  və  yeni  iş  yerlərinin  açılacağı  beş  obyektin 

tikintisi  davam  etdirilir.  Bildirildi  ki,  ötən  əsrin  70–80-ci 

illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində 

Cəlilabadın siması tamamilə dəyişmişdi və hazırda prezidentin 

diqqət  və  qayğısı  nəticəsində  rayon  yeni  inkişaf  dövrünü 

yaşayır. 

Prezident  İlham  Əliyev  rayonda  tikilmiş  və  inşası  davam 

etdirilən  obyektlərin  layihələri  və  fotoşəkilləri  ilə  tanış  oldu, 


 214 

bütün  işlərin  vaxtında  və  yüksək  keyfiyyətlə  görülməsinin 

zəruriliyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, həqiqətən də 

70–80-ci illərdə Cəlilabad dirçəlişdə idi və indi də inkişaf etmiş 

ən qabaqcıl rayonlardan olacaqdır. 

 

 



 


 

215 


 

 

 



CƏLİLABAD ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV 

SEYRƏNGAHININ TİKİNTİSİ İLƏ TANIŞLIQ 

 

9 aprel 2007-ci il 

 

Prezident İlham Əliyev aprelin 9-da Cəlilabad şəhərində 

Heydər Əliyev seyrəngahının tikintisi ilə tanış olmuşdur.  

Dövlətimizin  başçısına  rayonun  sosial-iqtisadi  inkişafı  ilə 

bağlı  görülən  işlər  haqqında  məlumat verildi.  Bildirildi  ki,  şə-

hərin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması 

üçün  6  min  metr  əsas,  5,5  min    metr  məhəllədaxili  su  xətləri 

çəkilmişdir.  Privolnoye  kəndinin  su  təchizatının  yaxşılaşdırıl-

ması üçün 3 min metr su xətti təzələnmişdir. Cəlilabad şəhərində 

yeni kanalizasiya sisteminin tikintisinə başlanılıb və 6 min metrdən 

artıq xətt çəkilmişdir.  

Rayonda  yeni  tibb  müəssisəsinin,  Göytəpə  şəhərində 

mədəniyyət  evinin,  Cəlilabad  şəhərində  doğum  evinin,  idman 

kompleksinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Əlillər və 

şəhid  ailələri  üçün  də  yaşayış  binasının  inşası  nəzərdə 

tutulmuşdur.  Cəlilabadda  16  mənzilli  yaşayış  binası  istifadəyə 

verilmişdir.  7  nömrəli  şəhər  orta  məktəbi  üçün  1100  şagirdlik  

binanın tikintisi davam etdirilir.  

Cəlilabadlıların sevimli istirahət yeri olacaq Heydər Əliyev 

seyrəngahında,  ulu  öndərin  adını  daşıyacaq  muzeyin  tikin-

tisində  işlər  başa  çatır.  Heydər  Əliyev  prospekti  əsaslı  şəkildə 

yenidən qurulmuş, 1,5 kilometrlik məsafədə nəqliyyatın ikitərəfli 

hərəkəti  təmin  edilmiş,  19,4  min  kvadratmetr  asfalt  döşən-

mişdir.  12  min  kvadratmetr  ərazidə  çəmənliklər  salınmış,  su-

varma məqsədi ilə üç artezian quyusu qazılmış və çənlər qoyul-

muşdur.  Rayonda  taxılçılığın  inkişafına  xüsusi  diqqət  yetirilir. 

2006-cı  ildə  125  625  ton  taxıl    (2005-ci  ildəkindən  2  621  ton 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə