196
TÜRKİYƏNİN ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
VƏ MEŞƏ TƏSƏRRÜFATI NAZİRİ
OSMAN PEPEN İLƏ GÖRÜŞ
Prezident sarayı
6 aprel 2007-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 6-da Prezident sarayında Türkiyənin Ətraf Mühitin
Mühafizəsi və Meşə Təsərrüfatı naziri Osman Pepeni qəbul
etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında mü-
nasibətlərin yüksək səviyyədə olduğunu vurğuladı. Bu yaxın-
larda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə
səfərinə toxunan prezident İlham Əliyev dedi ki, vaxtaşırı
olaraq Türkiyədən Azərbaycana müxtəlif qurumların nümayən-
dələri gəlir və bu səfərlər qarşılıqlı əməkdaşlıq üçün geniş
imkanlar açır. Azərbaycan prezidenti ölkəmizdə ekologiya sahə-
sində genişmiqyaslı proqramların həyata keçirildiyini bildirdi
və bu sahədə Azərbaycanla Türkiyənin müvafiq qurumlarının
əməkdaşlığının əhəmiyyətini vurğuladı.
Nazir Osman Pepen Azərbaycan–Türkiyə münasibətlərinin
bütün sahələrdə inkişaf etdiyini bildirdi. O qeyd etdi ki, təməli
ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dostluq, qardaşlıq
və əməkdaşlıq münasibətləri Azərbaycan prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Qonaq ətraf
mühitin qorunması sahəsində ölkələrimiz arasında qarşılıqlı
surətdə faydalı əməkdaşlığın həyata keçirildiyini bildirdi.
198
SURİYA ƏRƏB RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB BƏŞŞAR ƏL-ƏSƏDƏ
Hörmətli cənab Prezident!
Suriya Ərəb Respublikasının milli bayramı – Müstəqil-
lik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı
ürəkdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq və əmək-
daşlıq münasibətləri, ikitərəfli əlaqələrimiz bundan sonra da
inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Suriya xalqına sülh və
rifah diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2007-ci il
199
DANİMARKA KRALİÇASI
ÜLYAHƏZRƏT II MARQRETƏ
Ülyahəzrət!
Ölkənizin milli bayramı – Təvəllüd gününüz münasibətilə
Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirməkdən
məmnunluq duyuram.
Ümidvaram ki, Azərbaycan–Danimarka münasibətlərinin,
dostluq əlaqələrimizin və əməkdaşlığımızın inkişafı daim
xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə ugurlar,
xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2007-ci il
200
AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN
İCMASINA
Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə Azərbaycanın
bütün xristianlarını ürəkdən təbrik edir, hər birinizə cansağlığı
və xoşbəxtlik arzularımı yetirirəm.
Əsrlər boyu dünya dinləri Azərbaycanda qarşılıqlı etimad və
əmin-amanlıq şəraitində fəaliyyət göstərərək insanlar arasında
humanizm, həmrəylik, dözümlülük kimi bəşəri dəyərlərin bərqərar
olmasında, cəmiyyətimizdə mükəmməl etnik-dini tolerantlıq
mühitinin formalaşmasında böyük rol oynamışdır.
Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin
inkişafı, etnik-mədəni müxtəlifliyin, tarixi-mənəvi irsin qoru-
nub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət və
qayğıyla yanaşdığı məsələlərdəndir. Müstəqil Azərbaycan
Respublikasında dövlət-din münasibətləri demokratik prinsip-
lərə və beynəlxalq hüquq normalarına uyğun olaraq tənzim-
lənmiş, vicdan azadlığının maneəsiz həyata keçirilməsi üçün
lazımi siyasi-mənəvi şərait təmin olunmuşdur. Bu gün ölkənin
dindar təbəqəsi, o cümlədən xristian icması öz dini etiqad və
inanclarını, adət-ənənələrini, bayram və mərasimlərini azad və
sərbəst şəkildə icra edir, respublikanın ictimai-siyasi, mədəni-
mənəvi həyatında və vətəndaş cəmiyyəti quruculuğunda yüksək
fəallıq göstərir.
Hər il Azərbaycanda təntənə ilə keçirilən Pasxa bayramı
xeyirxahlığın, mərhəmət və şəfqət duyğularının ifadəsidir. Bu
əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc
və rifah arzulayıram.
Bayramınız mübarək olsun!
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 aprel 2007-ci il