İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə52/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   48   49   50   51   52   53   54   55   ...   115

 

179 


ümumi əlaqələrimiz təkcə İkinci dünya müharibəsindən sonrakı 

dövrü əhatə etmir, təbii ki, bizim bundan əvvəlki vaxtlarda, yəni 

çar Rusiyası zamanı da geniş münasibətlərimiz olubdur. Cənab 

Prezident  burada  çox  düzgün  qeyd  etdi  ki,  polyaklar  həmin 

dövrlərdə Azərbaycana gəlmiş, burada yaşamış  və yaratmışlar. 

Mən  burada  xüsusilə  xatırlatmaq  istəyirəm  ki,  Polşanın 

müstəqilliyinə həsr olunmuş və ölkədə çox oxunan romanların 

biri  Polşa  istiqlaliyyətinin  məhz  Azərbaycanla  bağlı  səhifələri 

ilə  başlayır.  Həmin  müstəqillik  uğrunda  aparılan  mübarizənin 

əsas  qəhrəmanlarından  biri  burada  təhsil  almışdır.  Daha  sonra 

inqilab  baş  vermiş  və  o,  Polşaya  qayıtmışdır.  Həmin  romanın 

yazılması  özlüyündə  bizim  yaşadığımız  ümumi  taleyi  bir  daha 

sübuta  yetirir.  Belə  deyə  bilərik  ki,  həmin  əlaqələrin  fəlsəfəsi 

bizim  hazırda  həyata  keçirdiyimiz  siyasətin  fəlsəfəsini  təşkil 

edir. Polşa NATO-ya və Avropa İttifaqına üzv olduqdan sonra 

tarixən istədiyi istiqamətə bir daha qayıtdı. Tarix artıq bizə belə 

bir dərs verib ki, ümumiyyətlə, tariximiz Polşanın şərq hissəsin-

dəki sərhədlə bitmir, yəni Buq çayının sahili ilə bitmir. Həmin 

istiqamətdən cənuba doğru da tarixi hadisələr baş vermişdir və 

bu,  bizim  ümumi  böyük  tariximizdir.  Həmin  hadisələr  zamanı 

biz də təcrübə qazanmışıq. 

Bu gün qəhrəman Qafqaz ölkələri azadlıq yolunu seçmişdir. 

Lakin həmin xalqların hər biri müxtəlif şəraitlərdədir və onların 

getdiyi  yol  eyni  deyildir.  Bizim  fikrimizcə,  Azərbaycan  ən 

optimal  yolu  seçmişdir.  Siz  məhz  bu  səbəbdən  bizə  daha 

yaxınsınız. 

Bu gün apardığım söhbət Polşa prezidenti kimi mənim üçün 

ən  maraqlı  söhbət  oldu.  Hesab  edirəm  ki,  bu  fikir  bizim 

hadisələrə verdiyimiz ümumi qiymətdən və ümumi biliklərimiz-

dən irəli gəlir. 

Biz  bir  çox  məsələlər  haqqında  danışdıq  və  eyni  zamanda, 

mürəkkəb  olan  Dağlıq  Qarabağ  məsələsini  müzakirə  etdik. 

Polşa  qətiyyətlə  bəyan  etmək  istəyir  ki,  kim  haqlıdır,  kim 

haqsız.  Biz  münaqişənin  dinc  yolla  həllini  görmək  istəyirik. 

Lakin  yaşadığımız  bugünkü  dünyada  iki  həqiqət  nəzərə 



 180 

alınmalıdır.  Birincisi,  heç  kim  etdiyi  təcavüzün  nəticələrindən 

istifadə  etməməlidir.  İkincisi  isə  ondan  ibarətdir  ki,  heç  kim 

«parçala və hökm sür» prinsipindən istifadə etməməlidir. 

Sonda  mən  bir  daha  öz  təşəkkürümü  bildirirəm  və  eyni 

zamanda,  onu  da  demək  istəyirəm  ki,  əfsuslar  olsun,  bu  gün 

dünya  ölkələrində  polyak  dili  tədris  edilən  universitetlər  çox 

deyildir.  Amma  Bakı  Slavyan  Universiteti  bu  dilin  tədris 

edildiyi  universitetlər  sırasındadır  və  biz  buna  görə  sizə 

minnətdarlığımızı bildiririk. 

Cənab  Prezident,  mən  bu  badəni  Sizin  sağlığınıza,  xanım 

Əliyevanın  sağlığına, qonaqlarımızın  sağlığına,  Azərbaycan  və 

Polşa xalqları arasında dostluğun şərəfinə qaldırıram! 

 

 

 



 

181 


 

 

 

MAVRİTANİYA İSLAM RESPUBLİKASININ 

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB SİDİ MƏHƏMMƏD ULD  

ŞEYX ABDELLAHİYƏ 

 

Hörmətli cənab Prezident! 



Mavritaniya  İslam  Respublikasının  prezidenti  vəzifəsinə 

seçilməyiniz  münasibətilə  Sizi  ürəkdən  təbrik  edirəm. 

Ümidvaram  ki, Azərbaycan ilə Mavritaniya arasında dostluq və 

əməkdaşlıq  münasibətlərinin  inkişafı  daim  xalqlarımızın 

mənafelərinə xidmət edəcəkdir. 

Sizə  möhkəm  cansağlığı,  xoşbəxtlik,  dost  xalqınızın  rifahı 

naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm. 

 

Hörmətlə, 

 İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 30 mart 2007-ci il 



 

 

 



 

 

 



 


 182 

 

 



 

BMT BAŞ KATİBİNİN MƏCBURİ  

KÖÇKÜNLƏRİN İNSAN HÜQUQLARI  

ÜZRƏ NÜMAYƏNDƏSİ VALTER KALİNİN 

RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

2 aprel 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



aprelin  2-də  Prezident  sarayında  BMT  Baş  katibinin  məc-

buri  köçkünlərin  insan  hüquqları  üzrə  nümayəndəsi  Valter 

Kalinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Ermənistanın  Azərbaycana  təcavüzü 

və  xalqımıza  qarşı  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasəti 

nəticəsində bir milyondan artıq soydaşımızın doğma torpaq-

larından  didərgin  düşdüklərini  və  uzun  müddət  ərzində  ağır 

şəraitdə  yaşadıqlarını  qeyd  etdi.  Son  illər  ərzində 

qaçqınların  və  məcburi  köçkünlərin    yaşayış  şəraitinin  yax-

şılaşdırılması  işinə  Azərbaycan  hökumətinin  yüz  milyonlarla 

ABŞ  dolları  məbləğində  vəsait  xərclədiyini  bildirən  prezident 

İlham  Əliyev  qaçqınlar  və  məcburi  köçkünlər  üçün  bütün 

lazımi  şəraiti  olan  şəhərciklərin  salındığını,  bu  il  sonuncu  

çadır  düşərgəsinin  ləgv  olunacağını  vurğuladı.  Bununla 

yanaşı,  dövlətimizin  başçısı  görülən  bu  tədbirlərin müvəqqəti 

xarakter  daşıdığını  bildirdi,  qaçqınların  və  məcburi  köçkün-

lərin  tezliklə  öz  doğma  torpaqlarına  qayıdacaqlarına 

əminliyini ifadə etdi. 

Valter  Kalin  ölkəmizə  səfərindən  məmnunluğunu  ifadə  etdi. 

BMT  Baş  katibinin  məcburi  köçkünlərin  insan  hüquqları  üzrə 

nümayəndəsi  kimi  fəaliyyəti  barədə  prezident  İlham  Əliyevə 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə