İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə59/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   55   56   57   58   59   60   61   62   ...   115

 

207 


yaradır.  İdman  sahəsinə  qoyulan  vəsait  insanların  sağlamlığına 

qoyulan vəsaitdir. 

Azərbaycan  eyni  zamanda,  bir  sıra  beynəlxalq  yarışların 

keçirilməsi  üçün  çox  tanınan  ölkələrdən  birinə  çevrilibdir. 

Artıq  bir  neçə  ildir  ki,  Azərbaycanda  beynəlxalq  yarışlar 

təşkil  olunur  və  bu  il  güləş  üzrə  dünya  çempionatı,  bədii 

gimnastika  üzrə  Avropa  çempionatı  keçiriləcəkdir.  Olimpiya 

oyunlarına  lisenziya  verən  iki  turnir  keçiriləcəkdir.  2004-cü  il 

Olimpiya  oyunları  ərəfəsində  üç  lisenziya  turniri  keçirilmişdir. 

Yəni  bütün  bunlar  Azərbaycanın  idman  gücünü  göstərir.  Bir 

tərəfdən, 

beynəlxalq 

idman 

qurumları 



ilə 

səmərəli 

əməkdaşlığımız,  digər  tərəfdən,  maddi-texniki  bazanın 

möhkəmləndirilməsi  və  gözəl,  əzəmətli  komplekslərin  tikintisi. 

Siz  də  görürsünüz  ki,  bu  kompleks  eyni  zamanda,  memarlıq 

abidəsidir.  Bizim  məqsədimiz  sadəcə,  idmanla  məşğul  olmaq 

üçün bir salon, yaxud da ki, bina tikmək deyildir. Özü də təkcə 

Bakıda  yox,  Azərbaycanın  müxtəlif  rayonlarında  tikilən  bu 

komplekslər məhz dünya standartlarına cavab verir. 

Bunlar  Azərbaycan  regionlarının  sosial-iqtisadi  inkişafı 

Dövlət  Proqramının  tərkib  hissəsidir.  Sosial sahəyə  diqqət  də 

həmçinin.  Son  3  il  ərzində  Azərbaycanda  təxminən  800 

məktəb  tikilibdir.  Məktəb  tikintisi  gələcək  nəslə  olan 

dəstəkdir.  Bilik,  savad,  elm – bizim gənclərimiz həm əqli,  həm 

də  fiziki  cəhətdən  hazırlıqlı,  güclü  olmalıdırlar.  Onlar  gözəl 

şəraitdə  həm  oxumalıdırlar,  həm  də  idmanla  məşğul 

olmalıdırlar.  İnsanların  sağlamlığı  üçün  indi  Azərbaycanın 

müxtəlif  bölgələrində  yeni,  müasir  diaqnostika  və  müalicə 

kompleksləri  tikilir.  Biz  bunu  edirik  ki,  insanlara  ən  yüksək 

tibbi  xidmət  göstərilsin.  Qonşu  şəhərdə,  Lənkəranda  ən  müasir 

diaqnostika  və  müalicə  mərkəzi  yaradılıbdır  və artıq orada  açıq 

ürək  üzərində  əməliyyatlar  aparılır.  Masallılılar  da  o 

imkanlardan  istifadə  edəcəklər.  İndi  biz  hər  bir  bölgədə  belə 

müalicə-diaqnostika kompleksləri yaradırıq ki, yaxın rayonlarda 

yaşayanlar da ondan istifadə edə bilsinlər. 

Amma  vaxt  gələcək,  hər  bir  rayonda  belə  gözəl  müalicə 




 208 

mərkəzləri tikiləcəkdir.  Yəni biz bu məsələyə kompleks şəkildə 

yanaşırıq.  O cümlədən idmanın inkişafı  həm ölkəmizin imicinə 

çox  böyük  töhfədir,  Azərbaycanı  dünyada  tanıdır,  eyni 

zamanda,  millətimizin  sağlamlığı  üçün  çox  lazımdır  və  bu  iki 

amil burada birləşir. 

İdmanın  inkişafı  idmançıların  uğurları  ilə  ölçülür.  Mən  çox 

şadam ki,  Azərbaycan idmançıları  ölkəmizin  idman  şöhrətini  

çox    uca    tutur,    beynəlxalq    yarışlarda    –    dünya,    Olimpiya,  

Avropa yarışlarında Azərbaycanı ləyaqətlə təmsil edirlər. 2004-cü 

ilin  Yay  Olimpiya  oyunlarında  idmançılarımız  beş  medal 

qazanmışlar. Bu çox böyük göstəricidir. Eyni zamanda, dünya və 

Avropa çempionatlarında da çox uğurla çıxış edirlər. 

Hər  il  Azərbaycan  idmançıları  müxtəlif  beynəlxalq  ya-

rışlarda  yüzlərlə  medal  qazanırlar.  Bu  da  Azərbaycanın  idman 

gücünü  göstərir.  İdmançılara  olan  diqqət,  idmançılara  olan 

hörmət,  onların  nailiyyətlərinin  qiymətləndirilməsi,  tanınmış 

idmançılara  cəmiyyətdə  olan  münasibət  uşaqlarda  stimul 

doğurur. Görəndə ki, idmançı Azərbaycanda çox böyük hörmətə 

layiq  bir  insandır,  onlar  da  idman  bölmələrinə  çox  həvəslə 

gedirlər. Yəni bu işlər bir-biri ilə sıx bağlıdır.  

Əlbəttə  ki,  Azərbaycanın  Milli  Olimpiya  Komitəsinin 

prezidenti  və ölkə prezidenti kimi, qürur  hissi  ilə  deyə  bilərəm 

ki,  Azərbaycan  sözün  əsl  mənasında,  idman  ölkəsidir.  Biz 

bundan  sonra  da  bütün  bu  sahədəki  işlərimizi  çox  böyük 

səmərə  ilə  aparacağıq,  Azərbaycanın  idman  şöhrətini  qaldı-

racağıq  və  elə  edəcəyik  ki,  hər  yerdə  idmanla  məşğul  olmaq 

üçün imkanlar olsun. 

Mən  bizim  üçün  yeni  olan  bir  məsələyə   toxunmaq  istə-

yirəm.  Bildiyiniz  kimi,  bu  yaxınlarda Azərbaycan  2016-cı  ildə  

Yay  Olimpiya  oyunlarinin  ölkəmizdə  keçirilməsi  üçün  rəsmi  

qaydada    müraciət  etmişdir.  Deyə  bilərəm  ki,  bu,  postsovet 

məkanında Yay Olimpiya oyunlarinin keçirilməsi üçün ilk belə bir 

müraciətdir.  Mən  onu  deyə  bilərəm  ki,  bir  neçə  il  bundan  əvvəl 

bəlkə də heç kimin ağlına gəlməzdi ki, biz belə bir təşəbbüslə çıxış 

edərik.  Ancaq  bu  gün  Azərbaycanın  həm  idman  potensialı,  həm 




 

209 


idmanın  maddi-texniki  bazası,      idmançılarımızın  nailiyyətləri, 

eyni zamanda, ölkəmizin maddi   imkanları   belə   qərarın   qəbul 

olunmasında  ən  başlıca  rol  oynamışdır.  Yəni  bizim  ölkəmiz 

Olimpiya  oyunlarını  keçirməyə  hazırdır,  buna  qadirdir  və  bütün 

imkanlar var. Mən ümid edirəm ki, beynəlxalq idman qurumları 

bizim  müraciətimizə  diqqətlə  yanaşacaqdır.    Onu    da    başa  

düşürük  ki,  adətən,  ilk  dəfə  edilən  müraciət  təmin  olunmur.  

Yəni    bilirsiniz,  Olimpiya  oyunlarını  keçirmək  istəyən  çox 

ölkələr  var,  şəhərlər  var,  hansılar  ki,  artıq  bir  neçə  dəfə  belə 

müraciətlər  etmişlər,  ancaq  buna  nail  ola  bilməmişlər.  Yəni  biz 

bu məsələyə real yanaşmalıyıq. Amma biz Azərbaycanda nəinki 

2016-cı ildə, hətta indi Olimpiya oyunlarını ən yüksək səviyyədə 

keçirməyə  qadirik.  Bu,  ölkəmizin  potensialını,  bizim  iqtisadi 

gücümüzü  göstərir.  Sirr  deyil  ki,  Azərbaycan  son  üç  il  ərzində 

dünya  miqyasında  iqtisadi  cəhətdən  ən  dinamik  inkişaf  edən 

ölkədir.  Bizim  iqtisadi  artımın  dünyada  analoqu  yoxdur.  Artım  

2005,  2006-cı  illərdə  26  və  35  faiz  olmuşdur.  Bu  il  də  iqti-

sadiyyatımız təxminən həmin səviyyədə artacaqdır. Bölgələrimiz 

inkişaf  edir,  iş  yerləri  açılır,  yeni  müəssisələr  yaradılır.  Hər  bir 

bölgənin  problemi  diqqət  mərkəzindədir,  o  cümlədən  Masallıda 

da inkişaf üçün lazımi tədbirlər görülür. Ümid edirəm ki, Masal-

lıda  gedən  quruculuq-abadlıq  işlərinin  nəticələri  yaxın  za-

manlarda özünü göstərəcəkdir. Rayonun çox böyük potensialı var 

və biz  bu potensialdan tam şəkildə istifadə edəcəyik. 

Olimpiya  kompleksinin  açılışı,  əlbəttə  ki,  özlüyündə  böyük 

hadisədir.  Bununla  bərabər,  mən buna  geniş səpkidə  rayonların 

inkişafı kontekstində baxıram. Mənim məqsədim Azərbaycanda 

hər  bir  rayonun  inkişaf  etməsidir.  Hər  bir  rayonda  inkişaf 

səviyyəsi  Avropa  səviyyəsində,  dünya  səviyyəsində  olmalıdır. 

Azərbaycan  xalqı  buna  layiqdir  və  biz  birgə  səylərlə  buna  nail 

olacağıq. 

Əziz dostlar, mən sizi bu  gözəl  gündə bu gözəl  kompleksin 

açılışı  münasibətilə  bir  daha  ürəkdən  təbrik  edirəm,  sizə 

cansağlığı,  masallılılara  bütün  işlərində  uğurlar  arzulayıram. 

Sağ olun! 



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə