İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə45/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   41   42   43   44   45   46   47   48   ...   115

 152 

Azərbaycan  dövlətinin  başçısını  və  xanımını  Vnukovo  hava 

limanında  Rusiya  Xarici  İşlər  Nazirliyinin  yüksək  vəzifəli  nü-

mayəndələri və digər rəsmi şəxslər yola saldılar. 

 

* * * 



 

Prezident İlham Əliyev həmin gün Bakıya gəldi. 

Dövlətimizin başçısını  Heydər Əliyev adına Beynəlxalq Ha-

va  Limanında  Prezidentin  İcra  Aparatının  rəhbəri  Ramiz 

Mehdiyev  və  Bakı  Şəhər  İcra  Hakimiyyətinin  başçısı  Hacıbala 

Abutalıbov qarşıladılar.  


 

153 


 

 

 



BELARUSUN BAŞ NAZİRİ SERGEY SİDORSKİ 

İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 



 

28 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 



martın 28-də Prezident sarayında Belarusun Baş naziri Sergey 

Sidorskini qəbul etmişdir. 

Dövlətimizin  başçısı  Azərbaycan  ilə  Belarus  arasında  iki-

tərəfli  münasibətlərin  inkişafından  məmnun  olduğunu  bildirdi. 

O,  Belarusa  rəsmi  səfərindən  qısa  müddət  keçməsinə  bax-

mayaraq,  əlaqələrimizin  daha  da  genişləndirilməsi  istiqamə-

tində  artıq  konkret  nəticələrin  əldə  olunduğunu  vurğuladı. 

Pezident  İlham  Əliyev  Belarusun  Baş  nazirinin  Azərbaycana 

səfərinin  iki  ölkə  arasında  əlaqələrin  bundan  sonra  da  inki-

şafına öz tövfəsini verəcəyinə əminliyini ifadə etdi. 

Sergey  Sidorski  Belarusun  prezidenti  Aleksandr  Lukaşen-

konun salamlarını prezident İlham Əliyevə çatdırdı. O, Belarus 

prezidentinin  Azərbaycana  bu  yaxınlarda  həyata  keçiriləcək 

rəsmi  səfərinə  hazırlıq  işlərinin  aparıldığını  və  bu  səfərin 

əlaqələrimizin  daha  da  möhkəmlənməsinə  mühüm  töhfə 

verəcəyini  bildirdi.  Belarusun  Baş  naziri  Azərbaycan  prezi-

dentinin  Belarusa  səfəri  zamanı  imzalanmış  sənədlərin  həyata 

keçirilməsi  sahəsində  görülən  işlər  barədə  dövlətimizin  baş-

çısına məlumat verdi. 

Prezident  İlham  Əliyev  Belarusun  prezidenti  Aleksandr  Lu-

kaşenkonun salamlarına görə minnətdalığını bildirdi və özünün 

də salamlarını ona çatdırmağı xahiş etdi.  


 154 

 

 



 

RUSİYA FEDERAL MƏCLİSİ FEDERASİYA 

ŞURASININ SƏDRİ SERGEY MİRONOVUN 

BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ  

HEYƏTİ İLƏ GÖRÜŞ 

 

Prezident sarayı 

 

28 mart 2007-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 

martın  28-də  Prezident  sarayında  Rusiya  Federal  Məclisi 

Federasiya  Şurasının  sədri  Sergey  Mironovun  başçılıq  etdiyi 

nümayəndə heyətini qəbul etmişdir. 

Azərbaycan prezidenti bildirdi ki, istər dövlət orqanları, hökumət 

qurumları,  istərsə  də  parlamentlərarası  əlaqələr  ikitərəfli  mü-

nasibətlərin  inkişafında  mühüm  rol  oynayır.  Beynəlxalq  təşkilatlar 

çərçivəsində də nümayəndələrimiz fəal əməkdaşlıq edirlər.  

Dövlətimizin  başçısı  martın  27-də  Rusiya  prezidenti  Vla-

dimir Putinlə keçirdiyi görüşü xatırladaraq bildirdi ki, bu görüş 

zamanı  münasibətlərimizin  müxtəlif  sahələri  ilə  bağlı  səmərəli 

fikir  mübadiləsi  aparıldı  və  bütün  məsələlərə  yanaşmada 

fikirlərin  üst-üstə  düşməsi   əlaqələrimizin  uğurlu  inkişafını  bir 

daha təsdiq etdi.  

Sergey  Mironov  Azərbaycan  prezidentinin  Rusiya  prezidenti  ilə 

keçirdiyi görüş barədə  dediyi  fikirlərin nümayəndə heyətində böyük 

məmnunluq hissi doğurduğunu vurğuladı. O qeyd etdi ki, Rusiya ali 

qanunverici  orqanının  üzvləri  də  dövlət  başçılarının  keçirdiyi  bu 

görüşün  ruhuna  uyğun  olaraq,  ikitərəfli  münasibətlərin  hüquqi 

bazasının  daha da  möhkəmləndirilməsi istiqamətində bundan sonra 

da  fəal  çalışacaqlar.  O,  Milli  Məclisdə  keçirdiyi  görüşlər  barədə 

məlumat  verərək  bildirdi  ki,  səfəri  zamanı  parlamentlərarası 

əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq konkret 

addımlarla bağlı səmərəli müzakirələr aparılmışdır. 


 

155 


 

 

 



SENEQAL RESPUBLİKASININ PREZİDENTİ 

ZATİ-ALİLƏRİ  

CƏNAB ABDULLAY VADA 

 

Hörmətli cənab Prezident! 

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə 

Sizi və bütün Seneqal xalqını ürəkdən təbrik edirəm. 

Əminəm  ki,  dost  ölkələrimiz  arasında  əməkdaşlığın  hərtə-

rəfli  inkişafı  üçün  bundan  sonra  da  səylərimizi  davam    etdi-

rəcəyik. 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm 

cansağlığı,  işlərinizdə  uğurlar,  xalqınıza  sülh  və  firavanlıq 

diləyirəm. 

 

Hörmətlə, 

İLHAM ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı, 28 mart 2007-ci il 




Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə