İNKİŞaf – MƏQSƏDİMİZDİR İYİRMİ ÜÇÜNCÜ Kİtab



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə44/115
tarix12.10.2018
ölçüsü2,32 Mb.
#73741
1   ...   40   41   42   43   44   45   46   47   ...   115

 148 

Qonaqlar arasında maestronun pərəstişkarları – Avropanın 

kral  ailələrinin  üzvləri,  Monako  knyazı  II  Albert,  RF  höku-

mətinin  rəsmi  şəxsləri,  Rusiyanın  bəzi  regionlarının  rəhbərləri 

də vardı. 

M s t i s l a v   R o s t r o p o v i ç: Hörmətli xanımlar və 

cənablar! 

Əziz dostlar! 

Mən  özümü  ən  xoşbəxt  adam  sanıram:  ailəm,  dostlarım  və 

həmkarlarım  mənimlədirlər.  Bu  hədiyyəyə  –  yubileyi  əziz 

dostlarımın  arasında  bayram  etməyə  görə  sizə  və  prezidentə 

təşəkkür edirəm. Əgər bu gecə sizin üçün xoş olarsa, mən daha 

xoşbəxt olaram. Mən buna çox ümid bəsləyirəm. Çox sağ olun.  



V l a d i m i r   P u t i n: Hörmətli Mstislav Rostropoviç! 

Hörmətli xanımlar və cənablar! 

Əziz qonaqlar! 

Bu  gün  təkcə  vətənimizin  mədəniyyətində  deyil,  həm  də 

dünya  mədəniyyətində  böyük  hadisədir.  Çünki  bu  gün  biz 

görkəmli  musiqiçinin  və  gözəl  insanın  yubileyini  qeyd  edirik. 

Rostropoviçin  əli  nəyə  toxunursa-toxunsun  –  istər  violonçelin 

kamanı  olsun,  istərsə  də  dirijor  çubuğu,  fərqi  yoxdur  – 

hamısından  istedad  ətri  gəlir.  Bilirik  ki,  Rostropoviçi  dünya 

insanı adlandırırlar. Həqiqətən də belədir. Lakin onun Rusiyanı 

necə  həssaslıqla  duyduğunu  və  öz  ölkəsini  necə  sevdiyini 

şəxsən  mən  də  bilirəm,  salondakıların  çoxu  da  bilir. 

Hakimiyyətdə  olan  bir  çox  insanlar  Rostropoviç  yaradıcılığını 

sevirlər.  Lakin  onun  qüdrəti  milyonlarla  sadə  insanın 

sevgisindədir.  Mstislav  Rostropoviç  təkcə  görkəmli  musiqiçi 

deyil, o həm də 25 ildir xeyriyyəçiliklə məşğuldur.  

Əziz  Slava,  biz  səni  yubiley  münasibətilə  səmimi-qəlbdən, 

ürəkdən təbrik edirik!  

Bu  təntənəli  gündə  bildirmək  istəyirəm  ki,  mən  Mstislav 

Rostropoviçin  Rusiyanın  ali  mükafatlarından  biri  ilə  –  «Vətən 

qarşısında  xidmətlərə  görə»  ordeninin  I  dərəcəsi  ilə  təltif 

edilməsi haqqında fərman imzalamışam.  

 

Sonra Rusiya prezidenti mükafatı yubilyara təqdim etdi.  



 

149 


 

 

 



 

 

İ l h a m   Ə l i y e v:  Əziz Slava! 

Əziz Qalina Pavlovna! 

Hörmətli xanımlar və cənablar! 

Bu  gün,  bu  gözəl  gündə  şanlı  yubiley  münasibətilə  bütün 

Azərbaycan xalqının hərarətli salamını və ən xoş arzularını əziz 

həmyerlimizə  çatdırmaq  istəyirəm.  Azərbaycanda  biz  belə 

böyük həmyerlimizlə fəxr edirik. Bakıda Rostropoviçlərin adını 

daşıyan küçə var. Slava hər il öz Vətəninə gəlir, ustad dərsləri 

keçir, gənc istedadlara, xəstə uşaqların müalicəsinə kömək edir, 

öz Vətəni üçün çox böyük humanitar iş görür. 

Məlum  olduğu  kimi,  Azərbaycan  uzunömürlülər  diyarıdır. 

Dünyanın ən məşhur uzunömürlü insanı Azərbaycanda yaşamış 

və o, 160 yaşınadək ömür sürmüşdür. Lakin bu heç də yeganə 

hal  deyildir.  120–130  il  yaşayan  çoxlu  adam  var.  Odur  ki, 

Azərbaycan  meyarlarına  görə  Slava  hələ  çox  cavandır.  Ruhən 

də  gəncdir.  O  həmişə  ətrafdakılarda  nikbinlik  doğurur,  həmişə 

öz  enerjisi,  təşəbbüsü  və  fəallığı  ilə  ilham  verir.  Biz  həyatı 

sevməyi, həyatdan kam almağı və xeyirxah işlər görməyi ondan 

öyrənirik. 

Hamı  bilir  ki,  Slava  Rostropoviç  böyük  musiqiçi,  böyük 

vətənpərvər,  böyük  humanistdir.  O  ən  ağır  anlarda  belə,  öz 

prinsiplərinə  sadiq  qalmış,  həmişə  haqq-ədalət  uğrunda 

mübarizə  aparmış  insandır.  Lakin  necə  gözəl  insan  olduğunu 

yalnız  onu  tanıyan  adamlar  bilirlər.  Onun  özünə  dost  bildiyi 

adamlar bununla haqlı olaraq fəxr edirlər.  

Bu gözəl gündə elan etmək istəyirəm ki, Azərbaycan dövləti 

özünün görkəmli həmyerlisini Azərbaycanın ən ali ordeni ilə – 

Slavanın  dostunun  adını  daşıyan  ordenlə,  «Heydər  Əliyev» 

ordeni  ilə  təbrik  etmişdir.  İndi  mən  bu  ordeni  təqdim  etmək 

istəyirəm.  




 150 

* * * 


 

Azərbaycan  prezidenti  İlham  Əliyev  «Heydər  Əliyev» 

ordenini Mstislav Rostropoviçə təqdim etdi. 

 

* * * 



 

Qəbul  başa  çatdıqdan  sonra  Dövlət  Kreml  sarayında 

Azərbaycan  prezidenti  İlham  Əliyevin  və  Rusiya  prezidenti 

Vladimir Putinin görüşü oldu.  


 

151 


 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 

İLHAM ƏLİYEVİN   

RUSİYA FEDERASİYASININ PREZİDENTİ  

VLADİMİR PUTİN İLƏ GÖRÜŞÜ 

 

 

Moskva, Kreml sarayı 

 

27 mart 2007-ci il 

 

 



 

 

Martın  27-də  Moskvada,  Dövlət  Kreml  sarayında  Azər-



baycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  və  Rusiya 

Federasiyasının Prezidenti Vladimir Putinin görüşü oldu. 

Dövlət  başçıları  ölkələrimiz  arasında  ikitərəfli  münasibət-

lərin  müxtəlif  sahələrdə,  o  cümlədən  siyasi,  iqtisadi,  mədəni, 

humanitar  və  digər  sahələrdə  əməkdaşlığın  uğurla  inkişaf 

etdiyini vurğuladılar.   

Prezidentlər  qarşılıqlı  münasibətlərin  dərinləşməsində  yük-

sək  səviyyələrdə  keçirilən  görüşlərin  xüsusi  əhəmiyyəti  oldu-

ğunu  qeyd  etdilər.  Ölkələrimiz  arasında  etibarlı  tərəfdaşlıq 

prinsiplərinə  əsaslanan  əməkdaşlığın  genişlənməsindən  məm-

nunluqlarını bildirdilər.  

Söhbət  zamanı  prezidentlər  Azərbaycan–Rusiya  əməkdaş-

lığının  bundan  sonra  da  uğurla  inkişaf  edəcəyinə  əmin  olduq-

larını vurğuladılar.  

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müza-

kirə olundu. 

 

* * * 


 

Zəmanəmizin  görkəmli  musiqiçisi  və  dirijoru  Mstislav 

Rostropoviçin  80  illiyi  münasibətilə  Moskvada  keçirilmiş 

yubiley  tədbirlərində  iştirak  edən  Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev martın 28-də Vətənə yola düşmüşdür. 


Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə