138
bayram kimi bu, son 15 il ərzində qeyd olunur. Amma bütün
ailələrdə əsrlər boyu bu bayram qeyd olunub və beləliklə,
bayram, bizim milli mənəvi dəyərlərimiz, ənənələrimiz
Azərbaycan xalqının inkişafında çox böyük rol oynamışdır.
Azərbaycan xalqını bir xalq kimi qorumuşdur, möhkəm-
ləndirmişdir. Baxmayaraq ki, müstəqillikdən məhrum idik,
ancaq bizim ənənələrimiz, mədəniyyətimiz, milli mənəvi
dəyərlərə bağlılığımız bizi bir millət kimi qorudu və möh-
kəmləndirdi.
Bu gün müstəqillik şəraitində Azərbaycan çox uğurla, çox
inamla addımlayır. Qarşıda duran bütün vəzifələr – istər iqtisadi
sahədə, istərsə də başqa sahələrdə – öz həllini tapır. Son üç il
ərzində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyada
birinci ölkədir. Bu liderliyi əldə etmək çox çətin məsələ idi.
Onu qoruyub saxlamaq isə bundan da çətin məsələdir. Çünki
ildən-ilə artan iqtisadi potensialı yüksək səviyyədə saxlamaq,
əlbəttə ki, çox böyük fədakarlıq tələb edir. Bu inkişaf bizim
üçün çox böyük imkanlar açır. Azərbaycan xalqı bu gözəl
imkanlardan artıq bəhrələnir. İqtisadi artım hər sahədə özünü
göstərir. Aparılan geniş quruculuq-abadlıq işləri ölkəmizi
hərtərəfli inkişaf etdirir. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı uğurla icra olunur. Azərbaycanda yoxsulluq
kəskin şəkildə aşağı düşübdür, işsizlik azalıbdır. Vəzifə isə
ondan ibarətdir ki, Azərbaycanda yoxsulluq tamamilə aradan
götürülsün və biz bunu edəcəyik. Üç il bundan əvvəl bu vəzifə
qarşıya qoyulub və bu üç il ərzində görülən işlər göstərir ki, biz
düzgün istiqamətdə inkişaf edirik.
Azərbaycanda siyasi proseslər çox müsbət istiqamətdə
inkişaf edir.
B
ərqərar olunmuş ictimai
-
siyasi sabitlik ölkəmizin
inkişafı üçün başlıca şərtdir. Ölkəmizdə qayda-qanun var,
nizam-intizam var, eyni zamanda, hüquqi dövlət qurulur.
Demokratikləşmə prosesləri çox sürətlə gedir. Azərbaycan
dünya birliyinə çox sürətlə inteqrasiya edir və dünyada mövcud
olan ən mütərəqqi təcrübəni tətbiq edir. Bu bizə imkan verəcək
ki, dünya iqtisadiyyatına daha da sürətlə inteqrasiya edək,
139
Azərbaycanda açıq cəmiyyət möhkəmlənsin, demokratik
proseslər daha da sürətlə getsin. Bütün azadlıqlar təmin olunsun
və qanunun aliliyi tam şəkildə təmin edilsin.
İqtisadi islahatlarla bərabər, siyasi islahatların da böyük
önəmi var. Azərbaycanın müsbət təcrübəsi onu göstərir ki,
bütün istiqamətlərdə addımlar vaxtında və düzgün atılmışdır.
Bütövlükdə, ölkəmizin gələcəyi üçün çox gözəl şərait var.
İqtisadi gücümüz artır, siyasi sabitlik bizə əlavə güc verir.
Bölgədəki layihələrdə Azərbaycan fəal rol oynayır və bölgədəki
imkanlarımız genişlənir. Bakı–Tbilisi–Ceyhan neft kəmərinin
işə düşməsi bizim önəmimizi xeyli dərəcədə artırıbdır. Bu il
Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin işə düşməsi nəzərdə
tutulub və biz Azərbaycan üçün, bütün bölgə üçün çox böyük
önəm daşıyan Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisinə də
başlayacağıq. Uzun illər ərzində müzakirə olunan bu layihə
artıq reallığa çevrilir. Bu bizim iradəmizin, bizimlə qonşu
ölkələrin birgə səylərinin nəticəsidir. Azərbaycan xalqının
iradəsinin nəticəsidir. Bu bir daha göstərir ki, bizim qarşımızda
duran hər bir məsələ, hər bir vəzifə öz həllini tapır. Elə məsələ
yoxdur ki, biz onu həll etmək istəyək, fəqət nail olmayaq. Bu
bizim gücümüzü, Azərbaycanın müstəqil ölkə kimi möhkəm
olduğunu göstərir. Biz müstəqil siyasət aparırıq. Bizim
siyasətimiz yalnız və yalnız Azərbaycan xalqının milli
maraqlarına söykənir və Azərbaycan xalqının milli maraqlarının
təmin edilməsi üçün aparılır.
Bizim şəhərimiz, paytaxtımız Bakı da gözəlləşir. Bir müddət
bundan əvvəl Bakının qəsəbələrinin inkişaf proqramı qəbul
edilibdir. Bu proqram uğurla icra olunur. Çoxlu məktəblər,
xəstəxanalar tikilir, bütün lazımi infrastruktur layihələr həyata
keçirilir. O cümlədən şəhərimiz də gözəlləşir. Şəhər infrastruk-
turuna böyük investisiyalar qoyulur. Bildiyiniz kimi, dünən
Bakının nəqliyyat probleminin həlli üçün yeni iki gözəl körpü
və tunel istismara verilibdir. Bu, insanlara daha çox rahatlıq
verəcəkdir. Bundan əvvəl iki körpü istismara verilmişdir və
növbəti aylarda beş yerdə yeni körpülərin açılması nəzərdə
140
tutulur. Biz bütün bunları insanların rahatlığı üçün, yaxşı
yaşaması üçün edirik. Bu məsələlərə çox böyük vəsait sərf
olunur. Bildiyiniz kimi, bu vəsait gəlir gətirən investisiyalar
deyildir. Sadəcə olaraq, bakılıların rahatlığı üçündür. Bu
məqsədlə bir müddət bundan əvvəl Bakını içməli su ilə təmin
etmək üçün böyük su kəməri tikilməyə başlanmışdır. Bu da çox
böyük layihədir. Uzun illər, bəlkə də onilliklər ərzində müzakirə
olunan bu layihəni artıq biz öz vəsaitimizlə həyata keçiririk.
Beləliklə, 2008-ci ilin sonuna qədər Bakının su problemi
tamamilə aradan qaldırılacaqdır. Biz böyük neft layihələrini
həyata keçirdik və o layihələrdən, neft kəmərlərindən əldə
olunan gəlirləri məhz su kəmərinin tikintisinə yönəldirik.
Bunun da çox böyük rəmzi mənası var. Yəni Azərbaycanın
milli sərvətləri Azərbaycan xalqının yaxşı yaşamasına yö-
nəldilir. Elə etmək istəyirik ki, Azərbaycanda insanları narahat
edən heç bir məsələ qalmasın.
İndi Bakıda çox böyük, geniş quruculuq, abadlıq işləri
aparılır. Tarixi binalar təmir olunur. Vəzifə qoymuşam ki,
Bakının bütün tarixi binaları yüksək səviyyədə təmir olunsun,
ən müasir standartlara cavab versin. Bununla bərabər, bütün
muzeylərdə təmir işləri aparılır, onların həm daxili, həm də
xarici görünüşü yeniləşir. Teatrlarda təmir işləri gedir. İndi
Bakıda Yaşıl Teatrın təmir-bərpa işləri sona çatır. On ildən
artıqdır ki, Yaşıl Teatr, bakılıların sevimli yeri yararsız,
dağılmış vəziyyətdə idi. Biz onu ən yüksək səviyyədə bərpa
edirik. Bakıda Muğam Teatrının tikintisinə başlanmışdır. Xalça
muzeyi üçün çox möhtəşəm, əzəmətli və milli ənənələrə uyğun
olan yeni binanın tikintisi nəzərdə tutulubdur. Başqa layihələr
də var. Yəni bizim gözəl şəhərimiz daha da gözəlləşməlidir. Biz
bunu edirik və edəcəyik, çünki imkanlarımız artır.
Bildiyiniz kimi, biz bütün imkanları Azərbaycanın dünyada
mövqelərinin möhkəmlənməsinə yönəldirik, daxili məsələlərin
həllinə və insanların gündəlik tələbatlarının ödənilməsinə
yönəldirik. Bu baxımdan sosial məsələlərin həlli də çox
önəmlidir. Maaşlar və pensiyalar ildə ən azı iki dəfə artırılır.
Dostları ilə paylaş: |