292
istəmirsiniz. Siz Birləşmiş Ştatlarla münasibətlərinizi necə
qurursunuz? Biz bilirik ki, ABŞ strateji baxımdan mühüm
olan bu regiona böyük maraq göstərir.
C a v a b: Bizim ABŞ-la uzun müddətdir gözəl münasi-
bətlərimiz var. Müstəqilliyimizi qazandıqdan bəri həmin
münasibətlər get-gedə daha çox sahələri əhatə edir. Misal üçün
sizə deyə bilərəm ki, Bakı–Tbilisi–Ceyhan boru kəmərinin
çəkilməsində ABŞ hökumətinin oynadığı rol çox mühüm idi.
Bildiyiniz kimi, Bakı–Tbilisi–Ceyhan boru kəməri beynəlxalq
maliyyə təsisatlarının ayırdığı kreditlər hesabına tikilmişdir.
Layihənin 70 faizi kredit hesabına, qalan 30 faizi isə payçıların
vəsaiti hesabına həyata keçirilmişdir. Ona görə də Birləşmiş
Ştatların siyasi və əməli dəstəyi bizim enerji layihələrimiz üçün
həlledici olmuşdur.
Eyni zamanda, biz müxtəlif iqtisadi sahələrdə də əməkdaşlıq
edirik. Terrorizmə qarşı əməliyyatlarda da çox yaxşı əməkdaşlıq
aparırıq. Bildiyiniz kimi, Azərbaycan antiterror koalisiyasının
üzvüdür və bizim əsgərlər Amerika qoşunları ilə birgə dünyanın
müxtəlif
yerlərində
sülhməramlı
əməliyyatların
həyata
keçirilməsində iştirak edirlər. Bir sözlə, əlaqələrimizin çox
möhkəm bünövrəsi var və biz bundan çox məmnunuq.
O ki qaldı, xarici hərbi bazalar məsələsinə, bildiyiniz kimi,
biz dəfələrlə tamamilə aydın şəkildə bəyan etmişik və Amerika
rəsmiləri də bildiriblər ki, bu məsələni müzakirə etmirik. Buna
ehtiyac yoxdur. Azərbaycanda heç bir ölkənin hərbi qüvvəsi
yoxdur.
S u a l: Azərbaycanın Qərb ilə Şərq arasında
yerləşməsini, bir tərəfdən Birləşmiş Ştatlar və Avropa
ölkələrinin, digər tərəfdən isə Rusiyanın olmasını nəzərə
alsaq, bu vəziyyətdə Siz tarazlığı necə qoruyub saxlayırsınız
və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini necə
görürsünüz?
C a v a b: Bilirsiniz, mən tamamilə əminəm ki, ölkənin və
xalqın maraqlarını tam əks etdirən uğurlu siyasəti həyata
keçirmək üçün aparılan siyasətin özü düzgün olmalıdır. Çox
293
səmimi, açıq və ürəkli olmaq lazımdır. Biz ikitərəfli müna-
sibətlərimizə aid olan hər hansı çox ciddi məsələni bir çox
ölkələrlə müzakirə etməkdən çəkinmirik. Ona görə də bu
baxımdan spekulyasiya üçün yer yoxdur. Eyni zamanda, digər
vacib məsələ var və Azərbaycan buna çox sadiqdir. Həmin
məsələ müstəqil siyasətin aparılmasından ibarətdir. Azərbaycan
müstəqil ölkədir və hər hansı qarşıdurma üçün yer deyildir. Bu
baxımdan, mənim apardığım siyasət olduqca açıq siyasətdir.
Mən tərəfdaşlarımızı və dostlarımızı bizimlə əməkdaşlıq etmək,
işbirliyi qurmaq məqsədi ilə Azərbaycana dəvət edirəm. Biz
qarşıdurmadan uzaq olmalıyıq. Fikrimcə, ölkənin uğurlu
inkişafı da məhz bu mövqeyə əsaslanır. Çünki bizim müxtəlif
hallarda bir-biri ilə qarşıdurmada olan ölkələrlə çox düzgün,
açıq və səmimi münasibətlərimiz var.
S u a l: Birləşmiş Ştatlarla Rusiya arasındakı əlaqələr
son bir-iki il ərzində o qədər də rəvan deyildir. Siz bu iki
ölkə arasındakı münasibətləri necə təhlil edirsiniz?
C a v a b: Siyasətimizin mühüm elementlərindən biri də
ondan ibarətdir ki, biz digər ölkələrin daxili işlərinə qarışmırıq.
Eyni zamanda, biz hər hansı qüvvənin bizim işlərimizə
müdaxilə etməsini görəndə və ya hiss edəndə, buna çox həssas
yanaşırıq. Bu səbəbə görə də həmin məsələ siyasətimizin
mühüm meyarlarından biridir. Biz digər ölkələr arasındakı
əlaqələrə müdaxilə etməyə yox, onlarla yaxşı münasibətlərdə
olmağa, əməkdaşlıq etməyə çalışırıq. ABŞ-la Rusiya arasında
olan münasibətlər onların hökumətlərinin və xalqlarının işidir.
Biz əməkdaşlıq məsələsinə öz töhfəmizi vermək istəyirik.
Mən sizə deyə bilərəm, Azərbaycan regionda nadir ölkə-
lərdən biridir ki, orada həmin iki ölkədən olan şirkətlər çox sıx
və uğurlu əməkdaşlıq edirlər. Əgər biz bu əməkdaşlığa töhfə
verə bilsək, bundan çox şad olardıq. Zənnimcə, ən yaxşı iş
məhz əməkdaşlıq yollarının tapılmasıdır. Diqqəti mübahisələrə
yönəltməkdənsə, yaxşı olardı ki, əməkdaşlıq naminə işləyək.
294
S u a l: Siz regionunuzda sabitliyin bərqərar
olunmasındakı rolunuzu necə görürsünüz? Sabitlik üçün
hansı işləri görə bilərsiniz?
C a v a b: Sabitliyin yaradılmasında vacib olan elementlər
əməkdaşlıq və iqtisadi təkanlardır. Çünki regionda və ümumən,
dünyada bir çox problemlər yoxsulluq, işsizlik, ağır iqtisadi
vəziyyət və sərvətlərin qeyri-düzgün bölüşdürülməsi ilə
bağlıdır. Ona görə də əminəm ki, real xeyir gətirən iqtisadi
inkişaf, uğurlu əməkdaşlıq sabitlik və sülhə yaxşı töhfə verə
bilər. Əgər biz Azərbaycanın öz sərvətlərinin ixracçısı və tranzit
ölkə kimi rolunu götürsək görərik ki, bu rol tərəfdaşlarımızın
iqtisadiyyatının möhkəmlənməsinə xidmət edir.
Məsələn, bizimlə əməkdaşlıq edən ölkələr sərfəli qiymətlə
enerji daşıyıcılarını ala biləcək və Xəzərin şərq hissəsində
yerləşən ölkələri götürsək, onlar beynəlxalq bazarlara çıxış əldə
edəcək, bizim ərazimizlə malların daşınmasına nail olacaqlar.
Əgər siz Şərq–Qərb kommunikasiyalarını, İpək Yolunu nəzərdə
tutursunuzsa, Azərbaycandan yan keçə bilməzsiniz. Şərq–Qərb
nəqliyyat dəhlizini götürsək, burada da Azərbaycanın öz yeri
var və heç kim bizdən yan keçə bilməz.
Bir sözlə, bura strateji yerdir, önəmli coğrafi mövqeyi, yaxşı
resursları və nəqliyyat xətti var. Bizim yaxşı və bərabər tərəfdaş
olmağa hazırlığımızı da nəzərə alsaq, bütün bunlar sabitliyə
əlavə dəstək verə bilər.
S u a l: İranda çoxlu azərbaycanlı yaşayır. Hazırda isə
İran nüvə məsələsinin əsas səbəbkarına çevrilmişdir. Bu
məsələnin həllində Siz hansı rolu oynaya bilərsiniz? Sizin
fikrinizcə, nizamlanma üçün nə isə edə bilərsinizmi?
C a v a b: Bilirsiniz, mən bir daha təkrar etmək istəyirəm,
biz müxtəlif ölkələrə öz iradəmizi qəbul etdirmək və ya hər
hansı nizamlanmada xidmətimizi təklif etmək fikrində deyilik.
Bu bizim işimiz deyildir. Əgər müxtəlif ölkələr arasında daha
yaxşı anlaşmanın qurulmasında Azərbaycanın iştirakına ehtiyac
duyularsa, biz bunu etməyə hazırıq. Mən hesab edirəm ki,
Azərbaycan prinsip etibarilə bu sahədə rol oynaya bilər. Çünki
Dostları ilə paylaş: |