İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə88/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   84   85   86   87   88   89   90   91   ...   106

 
 
320 
 
 
 
LİTVA PREZİDENTİNİN MÜŞAVİRİ  
XANIM HALİNA KOBESKAYTEN İLƏ  
GÖRÜŞ 
 
Prezident sarayı 
 
15 mart 2006-cı il 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 
15-də  Prezident  sarayında  Litva  prezidentinin  müşaviri  xanım 
Halina Kobeskayteni qəbul etmişdir. 
Görüş  zamanı  Azərbaycan  ilə  Litva  arasında  müxtəlif  sa-
hələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycan 
diasporunun  Litvanın  iqtisadi,  ictimai  həyatında  fəal  iştirakı 
bildirildi. 
 
 
 
 


 
 
321 
 
 
 
ÇEXİYA VƏ AVROPA PARLAMENTLƏRİNİN 
ÜZVÜ JAN BREZİNAN İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
15 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın 15-də Prezident sarayında Çexiya və Avropa parlament-
lərinin üzvü Jan Brezinanı qəbul etmişdir. 
Görüşdə Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq məsə-
lələri barədə fikir mübadiləsi aparılmışdır. 


 
 
322 
 
 
 
QIRĞIZISTANIN DÖVLƏT KATİBİ                                               
DASTAN SARIQULOV İLƏ GÖRÜŞ 
 
Prezident sarayı 
 
15 mart 2006-cı il 
 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
martın  15-də  Prezident  sarayında  Qırğızıstanın  Dövlət  katibi 
Dastan  Sarıqulovu  qəbul  etmişdir.  Görüş  zamanı  Azərbaycan–
Qırğızıstan ikitərəfli münasibətlərinin müxtəlif sahələri ilə bağlı 
məsələlər  müzakirə  edilmişdir.  Qırğızıstanın  Dövlət  katibi 
ölkəsinin  prezidenti  Kurmanbek  Bakiyevin  ehtiramını  və 
salamlarını dövlətimizin başçısına çatdırmış, Qırğızıstan prezi-
dentinin məktubunu prezident İlham Əliyevə təqdim etmişdir. 
Qırğızıstan  prezidenti  Dünya  azərbaycanlılarının  II  qurul-
tayının  keçirilməsi  münasibətilə  dövlətimizin  başçısını  təbrik 
etmişdir.  Məktubda  Azərbaycan  Respublikasının  milli  maraq-
larının  müdafiə  olunması  ilə  bağlı  həyata  keçirilən  taraz-
laşdırılmış  dövlət  siyasətinin  əsasının  xalqımızın  ümummilli 
lideri  Heydər  Əliyev  tərəfindən  qoyulduğu  vurğulanmış,  müasir 
tariximizdə  Azərbaycanın  üzləşdiyi  çətin  anlarda,  o  cümlədən 
20  Yanvar  hadisələri  zamanı  məhz  Heydər  Əliyevin  xalqımızın 
tarixi  məsuliyyətinin  müstəsna  daşıyıcısı  kimi,  siyasi  iradəsini 
irəli  sürmüş  milli  lider  olduğu  qeyd  edilmişdir.  Daha  sonra 
məktubda qardaş Azərbaycanın qırğız xalqı üçün müasir inkişaf 
istiqamətinin 
mühüm 
mənbələrindən 
biri 
olduğu 
vurğulanmışdır.  Prezident  İlham  Əliyev  salamlara  görə  min-
nətdarlığını  bildirdi  və  onun  da  salamını  Qırğızıstan  prezi-
dentinə çatdırmağı xahiş etdi. 


 
 
323 
 
 
 
QEYDLƏR  
 
1. Birləşmiş  Millətlər  Təşkilatı (BMT) – müasir dünyanın ən 
nüfuzlu  beynəlxalq  təşkilatı.  Qərargahı  Nyu-York  şəhərindədir. 
Əsas  vəzifəsi  beynəlxalq  sülhü  və  təhlükəsizliyi  qorumaq  və 
möhkəmlətmək, 
dövlətlər 
arasında 
əməkdaşlığı 
inkişaf 
etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-
Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imza-
lanmış,    1945-ci  il  oktyabrın  24-də  qüvvəyə  minmişdir.  Hazırda 
BMT-yə 198 dövlət daxildir. 
 BMT-nin  əsas  orqanları  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 
İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə 
və Katiblikdir. 
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.  
Dövlətimizin  apardığı  uğurlu  xarici  siyasət  nəticəsində  Azər-
baycan  2011-ci  ilin  oktyabr  ayında  BMT-nin  Təhlükəsizlik 
Surasına  qeyri-daimi  üzv  qəbul  olunmuşdur.  –  5,79,189,190, 
207,224,258,307. 
 
2. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşki-
lat.  1949-cu  ildə  yaradılmışdır.  Qərargahı  Fransanın  Stras-
burq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü 
və  təhlükəsizliyi  qorumaq,  seçki  sistemində  çoxpartiyalılığa 
riayət  etmək,  demokratiyanı  və  insan  hüquqlarını  müdafiə 
etmək,  möhkəmləndirmək,  Avropa  ölkələrinin  mədəniyyət-
lərinin  yaxınlaşmasına  çalışmaq  və  s.  ibarətdir.  AŞ-nın  ali 
orqanları  Nazirlər  Komitəsi,  Məsləhət  Assambleyası,  Sahə 
Nazirliklərinin Müşavirəsi  və  Katiblikdir.  Azərbaycan  2001-
ci 
ildən 
Avropa 
Şurasının 
üzvüdür. 
– 
5,24,79,85,86,87,88,188,190,298. 
 


 
 
324 
3.  ATƏT  –  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təş-
kilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə qoyulmuşdur. 
Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və 
hökumət  rəhbərləri  iştirak  edirdi.  ATƏT  «soyuq  müharibə»nin 
qurtarmasından  sonra  ümumavropa  təhlükəsizlik  sistemini 
formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil 
birgəyaşayış  qaydalarını  müəyyən  edən,  dövlətlərarası  mü-
nasibətləri  rəqiblik  və  münaqişə  yolundan  əməkdaşlıq  və 
qarşılıqlı  mənafe  istiqamətlərinə  yönəldən  bir  təşkilat 
funksiyasını icra edir. 
Azərbaycan  1992-ci  ildən  ATƏT-in  üzvüdür  və  1993-cü  ilin 
ikinci  yarısından  ATƏT-in  zir  əvə  görüşlərində    Azərbaycan 
nümayəndə heyəti fəal iştirak edir. – 5,55,79,190,294,295. 
 
4. Avropa İttifaqı – 1992-ci ildə 12 ölkəni  (Belçika, Böyük 
Britaniya,  Almaniya,  Yunanıstan,  Danimarka,  İrlandiya,  İspa-
niya,  İtaliya,  Lüksemburq,  Niderland,  Portuqaliya,  Fransa) 
birləşdirən  Avropa  Birliyi  bazasında  1993-cü  ildə  Maastrixt 
müqaviləsinə əsasən yaradılmışdır. 
Sonralar  Avropa  İttifaqına  Avstriya,  Finlandiya  daxil  ol-
muşdur.  Müqavilə  vahid  siyasi,  iqtisadi  mühitin  və  valyutanın 
yaradılmasını,  malın,  kapitalın  və  adamların    azad  hərəkətinə 
bütün  maneələrin  aradan  qaldırılmasını  irəli  sürmüşdür.  Vahid 
Avropa  vətəndaşlığı  qəbul  edilmişdir.  Avropa  Mərkəzi  Ban-
kında  Avropa  valyuta  interneti  fəaliyyət  göstərir,  1999-cu  ildə 
vahid  valyuta–avro  işlənir,  vahid  pul-kredit  siyasəti  aparılır.  – 
5,54,57,131,296,297. 
 
5.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  –  Azərbaycan  Respub-
likası  ərazisində  muxtar  vilayət.  1923-cü  il  iyulun  7-də  təşkil 
edilmişdir.  Dağlıq  Qarabağda  1988-ci  ilə  qədər  170  min  əhali 
yaşayırdı. Ərazisi 4 min  km
2
-dir. Mərkəzi Xankəndidir.  
1988–92-ci  illərdə  muxtar  vilayətin  erməni  separatçıları  və 
millətçiləri  Ermənistan  silahlı  qüvvələri  ilə  birlikdə  bu  ərazidə 
yaşayan  azərbaycanlıları  doğma  torpaqlarından  çıxararaq  Dağlıq 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə