İNKİŞaf – MƏQSƏDİMİZDİr on beşİNCİ Kİtab



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə90/106
tarix12.10.2018
ölçüsü2,85 Mb.
#73742
1   ...   86   87   88   89   90   91   92   93   ...   106

 
 
328 
H.Əliyev 1998-ci il oktyabrın 11-də xalqın  yüksək siyasi fəal-
lığı  şəraitində  keçirilən  seçkilərdə  yekdilliklə  yenidən  prezident 
seçildi. 
H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəl-
xalq  Atatürk    Sülh  Mükafatına,  müxtəlif  ölkə  universitetlərinin 
fəxri  doktoru  adına  və  digər  yüksək  nüfuzlu  fəxri  adlara  layiq 
görülmüşdür.    –  6,11,44,49,83,84,101,111,127,133,148,160, 
161,162,179,184,186,209,210,212,213,219,221,224,227,228,232,2
52,253,254,271,285,301. 
 
8. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbay-
can,  Türkiyə,  Gürcüstan,  Qazaxıstan,  Özbəkistan  prezidentləri  və 
ABŞ-ın  Energetika  naziri  Bakı–Tbilisi–Ceyhan  marşrutunu 
müdafiə  edən  «Ankara  bəyannaməsini»  imzalamışlar.  Uzunluğu 
1695  km  olan  Bakı–Tbilisi–Ceyhan  neft  kəməri  2006-cı  ildə 
istifadəyə 
verilmişdir. 
– 
6,11,90,92,101,141,186,224, 
232,287,289,290,316. 
9.  Bakı–  Tbilisi  –  Ərzurum    –  Cənubi  Qafqaz  qaz  kəməri. 
Rəsmən  2007-ci  ildə  açılmışdır.  Kəmərin  uzunluğu  970  km-dir 
(442  km  Azərbaycandan,  248  km  Gürcüstandan,  280  km  isə 
Gürcüstan–Türkiyə sərhədindən Ərzuruma qədərdir). Kəmərə qaz 
«Şahdəniz»dən ötürülür. – 6,11,92,101,141,186. 
10.  ATƏT-in  Minsk  qrupu  –  1992-ci  il  martın  24-də  yara-
dılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlət-
lər  daxil  olmuşdur:  Azərbaycan,  Ermənistan,  Belarus,  Almaniya, 
İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-
cü  ilin  dekabrından  Minsk  qrupuna  iki  sədr  –  Rusiya  və  İtaliya 
rəhbərlik edirdi. 1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ 
və  fransalı  həmsədrləri  var.  Qrupun  əsas  vəzifəsi  Ermənistan–
Azərbaycan  münaqişəsinin  sülh  yolu  ilə  aradan  qaldırılmasına  və 
Dağlıq  Qarabağ  probleminin  dinc  vasitələrlə  həll  edilməsinə 
bilavasitə 
kömək 
etməkdir. 
– 
11,96, 
122,159,168,190,215,257,259,266,309. 
 


 
 
329 
11.  Birləşmiş  Ərəb  Əmirlikləri  –  Cənubi  Asiyada  dövlət. 
Sahəsi  83,6  min  km
2
,  əhalisi  2,5  milyon  nəfərdir.  BƏƏ-nin 
tərkibinə 7 əmirlik daxildir. Ali orqanı – Federal Milli Şuradır ki, 
prezidenti  5  il  müddətinə  seçir.  Paytaxtı  Əbu-Dabi  şəhəridir.  –  
14,15. 
 
12.  Zaid  bin  Sultan  əl-Nəhəyyan  (1918–2004)  –  Əbu-Dabi 
Əmirliyində 250 il hökmranlıq etmiş ən-Nəhəyya sülaləsinin 14-cü 
hakimi olmuşdur. – 14. 
 
13. Şeyx Məktum bin Rəşid əl-Məktum (d.1949) – Birləşmiş 
Ərəb  Əmirlikləri  Baş  naziri  və  vitse-prezidenti,  Dubay  əmiri. 
1971-ci ildən Ərəb Əmirliklərinin Müdafiə  naziridir. – 15. 
 
14. M i l a d   b a y r a m ı – İsa peyğəmbərin anadan olması 
şərəfinə  keçirilən  xristian  bayramı.  Dekabrın  25-də  qeyd  edilir. 
Milad  bayramının  ilkin  mənbəyi  hər  il  qış  günəş  duruşu  zamanı 
(21–25 dekabr) xilaskar Allahın «doğulması» ilə əlaqədar keçirilən 
qədim bütpərəst  mərasim bayramı olmuşdur. Milad bayramını ilk 
dəfə Roma xristian icmaları keçirmişdir. Milad bayramı 431-ci ildə 
Efes kilsə yığıncağında qanuniləşdirilmişdir. – 16–17. 
 
15. Qurani–Kərim,  ə l - Q u r a n – müsəlmanların müqəddəs 
kitabı. Quranı Allah Cəbrayıl vasitəsilə Məhəmməd əleyhüssəlama 
göndərib.  Quran  qafiyəli  nəsrlə  yazılmış  114  surə      və  6200-dən 
çox  ayədən  ibarətdir.  «Məkkə  surələrinə»  (610–622,  Məkkə,  90 
surə) və «Mədinə surələrinə» (622–632, Mədinə, 24 surə) bölünür. 
– 16. 
 
16. İsa, İ i s u s   X r i s t o s  –  xristianlığın əfsanəvi banisi. 
Xristianlığın  təliminə  görə  İsa  «Allah  insandır»  və  «Allah  
oğludur».  Rəvayətə  görə  İsa  Roma  imperatoru  Avqustun 
dövründə  Fələstinin  Vitleyem  şəhərində  doğulmuş  İudeya, 
Qalileya, Samariya və s. yerlərdə yeni dini təbliğ etmiş, çarmıxa 


 
 
330 
çəkilmiş,  sonra  dirilərək  qeyb  olmuşdur.  İsaya  etiqad  xristian-
lığın əsas ehkamlarındandır. – 16. 
 
17.  Qurban  bayramı  –  müsəlman  dünyasında  ən  əziz  
bayramlardan biri. Qurban bayramı zil-hiccə  ayının 10-cu günü 
başlayır. Müsəlmanlar bu bayramı islamın əsas şərtlərindən biri 
–  həcc  mərasimlərinin  yerinə  yetirilməsi  və  böyük  Allahın 
bəndələrinin  günahının  bağışlanması  günü  kimi  qeyd  edirlər. – 
18–19. 
18. Bəhreyn, B ə h r e y n   d ö v l ə t i – Cənub–Qərbi Asiyada 
dövlət  (əmirlik).  Sahəsi  0,69  min  km
2
,  əhalisi  598  min  nəfərdir. 
Bəhreyn  konstitusiyalı  monarxiyadır.  Dövlət  başçısı  əmirdir. 
Paytaxtı Manamadır. – 20. 
19.  Şeyx  Həməd  bin  İsa  əl-Xəlifə  (d.1950)  –  1999-cu  ildən 
Bəhreynin  əmiri,  2001-ci  ildən  isə  özünü  kral  elan  etmişdir.  Kral 
Bəhreyndə  bir  sıra  siyasi  islahatlar  aparmış,  eyni  zamanda  siyasi 
amnistiya və qadınlara  seçkilərdə iştirak etmək hüququ vermişdir. 
– 20. 
20. Küveyt, K ü v e y t   d ö v l ə t i – Qərbi Asiyada dövlət. 
Sahəsi  1708  km
2
,  əhalisi  2  milyondan  çoxdur.  Küveyt  konsti-
tusiyalı  monarxiyadır.  Dövlət  başçısı  əmirdir.  Qanunverici 
orqan  və  hökumət  əmirə  və  birpalatalı  Milli  Məclisə  tabedir. 
Paytaxtı əl-Küveytdir.  – 21,74,128. 
21.  Sabah  Cabir  əl-Əhməd  (1926–2006)  –  Küveyt  dövlətinin 
(1977–90,  1991–2006)  əmiri  olmuşdur.  1990-cı  il  avqustundan 
1991-ci ilin mart  ayına qədər mühacir olmuşdur. – 21. 
22.  Amerika  Birləşmiş  Ştatları  (ABŞ)  –  Şimali  Amerikada 
dövlət.  Şimaldan  Kanada,  cənubdan  Meksika,  şərqdən  Atlantik 
okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon 
km
2
, əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata 
bölünür.  Ali  qanunvericilik  orqanı  ikipalatalı  (Nümayəndələr 


Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə